Dünyanın "ƏN"ləri..

  1. Dünyanın ən çox səhifəli kitabı..
    Dünyanın ən çox səhifəli kitabı olan «One Piece» (“Bir Parça”)
    21 min 450 səhifədən ibarətdir. Naşiri İlan Manouaş əsərə kitab kimi deyil, “heykəltəraşlıq materialı” kimi yanaşdığını bildirib. Bir cilddə nəşr olunan bu Kitabın müəllifi Eiiçiro Odadır.

  2. Dünyanın ən uzun heykəli..
    Dünyanın ən uzun heykəli Hindistanın baş naziri vəzifəsini icra etmiş və Hindistanın müstəqillik hərəkatının liderlərindən biri olan Vallabhai Patelin şərəfinə ucaldılmışdır. Birlik heykəli adlanan bu heykəlin hündürlüyü 182 metrdir. (Azadlıq heykəlindən 4 dəfə böyük)
    Dünyanın ən uzun heykəli

  3. Dünyanın ən qısa çayı..
    Dünyanın ən qısa çayı 18 metr uzunluğuna sahib «Reprua» çayıdır. Abxaziyanın Qaqra bölgəsində axan bu çay dünyanın ən dərin mağarası Krubera-Voronyanın suları ilə qidalanır və Qafqazın Qara dəniz sahillərindəki ən soyuq çaylardan biri hesab olunur.

  4. Dünyanın ən hündür körpüsü..
    Malayziyada 660 metr yüksəklikdə yerləşən dünyanın ən yüksək tək dayaqlı piyada körpüsü yalnız bir polad dayağa bərkidilib.
    Uzunluğu 125 metr olan körpü bənzərsiz olmaqla havadan asılı qalan dünyanın ən hündür qurğusudur.

  5. Dünyanın ən küləkli yeri…
    Antarktidada yerləşən “Viktoriya Torpağı” dünyanın ən küləkli yeri hesab edilir. Burada küləyin sürəti-saatda 215 kilometr təşkil edir.

  6. Dünyanın ən böyük piramidası..
    Çolula piramidası dünyanın ən böyük piramidası hesab edilir. Xeops ehramından da 4 dəfə böyük Çolulanın hündürlüyü 66 m-dir. İspanca Gran Piramide de Cholula adlanan bu piramida Meksikanın paytaxtı Meksikoda, Puebla əyalətinin Çolula şəhərində yerləşir.
    Dünyanın ən böyük piramidası..

  7. Dünyanın ən kiçik paytaxtsız müstəqil respublikası,,
    Nauru dünyada ən kiçik müstəqil respublikası və ən kiçik ada dövlətidir. Nauru Respublikasında rəsmi bir paytaxt və ya şəhər yoxdur, sadəcə müəyyən bölgələr var. Sahəsi 21,3 km² təşkil edən bu ada Sakit okeanın qərbində, Mikroneziyanın cənubunda yerləşir(Şərqində Yeni Qvineya yerləşir, Ekvatorun və Marşall adalarının cənubundadır).

  8. Dünyanın ən çoxdilli ölkəsi..
    Papua Yeni Qvineyada 3 rəsmi dili olmasına baxmayaraq, müxtəlif dialektlərlə birgə cəmi 850 dildə danışılır! Bura həmçinin Qrenlandiyadan sonra Yer kürəsinin ikinci ən böyük adasıdır.

  9. Dünyanın ən şəffaf çayı..
    30 km uzunluğu olan Verzaska çayı bütün dünyada öz şəffaf, kristal kimi təmiz firuzəyi suları və dibindəki rəngarəng daşları ilə məşhurdur. İsveçrənin italyandilli hissəsində — Ticino vadisində yerləşən 30 kilometrlik Avropanın ən gözəl dağ çaylarından biridir. Hər il yüzlərlə turist bu heyrətamiz mənzərəni seyr etmək, şəffaf suda üzmək üçün bura üz tutur.

    Dünyanın ən şəffaf çayı.. 30 km uzunluğu olan Verzaska çayı

  10. Dünyanın ən sürətli liftinə malik göydələn..
    Tayvanın paytaxtı Taybeydə tikilən 101 mərtəbəli göydələnin saatda 63 kilometr sürət yığan dünyanın ən sürətli liftinə malikdir.
    Belə ki, bu liftlə birinci mərtəbədən 89-cu mərtəbədəki müşahidə göyərtəsinə 39 saniyəyə çatmaq olar. İnşası 1,7 milyard dollara başa gələn bu göydələn şüşə, polad və alüminiumdan tikilən bina hər biri 80 metr olan, 380 beton dayağa “söykənib”. Bina güclü qasırğa və zəlzələyə qarşı da dözümlüdür.
 

0 şərh