Dünyanın məşhur elm adamları haqqında bir-birindən maraqlı məlumatlar

 

Nikola Tesla – Dünyanın ən qəribə ixtiraçısı 

 Dünyanın məşhur elm adamları haqqında bir-birindən maraqlı məlumatlar

1000-dən çox ixtirası ilə gələcəyi dəyişən məşhur serb ixtiraçı Nikola Tesla həm də qəribə adətləri və vərdişləri ilə tanınırdı. Gündə orta hesabla 15 km piyada gedən Tesla bunun beyinə və yaradıcılığa çox faydalı olduğunu düşünürdü!
O, hər gecə cəmi iki saat yatır və vaxtının çoxunu öz laboratoriyasında keçirirdi. Hətta bir dəfə Teslanın
84 saat, yəni 3,5 gün fasiləsiz olaraq işlədiyi qeyd olunur.
Nikola Tesla göyərçinləri həddən çox sevirdi və onlara xüsusi diqqət göstərirdi.

 Dahi alimin qəribəlikləri bununla bitmir. O, həmişə axşam eyni saatda və həmişə eyni restoranda tək yeyir, hər zaman eyni ofisiantın onun yeməyini gətirməsini istəyirdi.

Tesla həmçinin 3 rəqəmini də xüsusi və ilahi hesab edir, gündəlik həyat tərzində bu rəqəmdən geniş istiadə edirdi.

 


 

Fədakar elm adamı Maria Kürinin təkrar olunmaz uğuru

 Fədakar elm adamı Maria Kürinin təkrarlanmaz uğuru

Radioaktivliyi kəşf edilməyində böyük pay sahibi olan, polşalı alim Mari Küri iki dəfə Nobel mükafatı alan yeganə qadındır. O, həmçinin bu mükafatı iki fərqli sahədə – həm fizika, həm də kimya üzrə qazanan iki nəfərdən biri kimi tarixə düşmüşdür.

 


 

Eynşteynin beynini oğurlanması

 Eynşteynin beynini oğurlanması

Həm böyük dahi həm də bir az dəli saya biləcəyimi məşhur fizikçi Eynşteyni tanımayan yoxdur. Onun çoxları tərəfindən bilinməyən maraqlı bir hekayəsi var. 18 aprel 1955-ci ildə daxili qanaxmadan vəfat edən məşhur Eynşteynin bədənin yandırılması planlaşdırılmışdı. Bu zaman Princeton Xəstəxanasının patoloqu Tomas Stolts Harvey Eynşteynin beynini oğurlayıb evə apardı və elmi araşdırmalar aparmaq üçün beyindən istifadə etdi..

 


 

Hokinqin həyat mübarizəsi və qələbəsi

 Dünyanın məşhur elm adamları haqqında bir-birindən maraqlı məlumatlar

“Böyük partlayış” nəzəriyyəsi ilə məşhurlaşan Hokinqə 21 yaşında ALS diaqnozu qoyuldu. Həkimlər ona cəmi 2 il ömrünün qaldığını demişdi. Bununla belə, Hokinq həkimlərin qoyduğu diaqnozu geridə qoyaraq 76 yaşına kimi yaşadı.

 


 

Dueldə burnunu itirən astronom

 Dueldə burnunu itirən astronom

Danimarkalı astronom Tycho Brahe 20 yaşında riyazi problem üzərində bir şəxslə mübasihə edir. Mübahisə böyüyür və onlar duelə girirlər. Brahe duel nəticəsində burnunu itirir. Beləcə o, bütün həyatı boyu mis, gümüş və qızıldan hazırlanmış yalançı burunlar taxaraq həyatına davam edir

 


 

Bütün günahlarını hesablayan alim

 Bütün günahlarını hesablayan alim

Nyuton həm də çox dindar bir insan idi. Belə ki, 19 yaşında o günə qədər bütün günahlarının siyahısını tutmuşdu! Bu qırx səkkiz bəndlik günah siyahısında anasının şirniyyat qutusundan konfet oğurlamaq, bacısını çimdikləmək, anasına qarşı kobudluq etmək kimi qəribə günahları da var idi! Əslində bəzi günahlar siyahıda bir dəfədən çox yazılmışdı.Deyəsən, İsaak eyni səhvləri bir neçə dəfə təkrarlayıb!

BAX: Maraqlı suallar


 

Lobyaya nifrət edən vegeterian alim

 Dünyanın məşhur elm adamları haqqında bir-birindən maraqlı məlumatlar

Həndəsənin atası kimi tanınan Pifaqor qədim zamanlarda vegeterianlığı mənimsəmişdi. Onun qəribə adətlərindən biri də lobyaya toxunmamaq və onu yeməkdən qəti şəkildə imtina etməkdir.

 


 

Leonardo da Vinçinin tərs yazıları

 Dünyanın məşhur elm adamları haqqında bir-birindən maraqlı məlumatlar

Tanınmış elm adamlarından biri olan Leonardo Da Vinçi adi mətnləri və eskizlər normal qaydada yazarkən, öz şəxsi qeydlərini sağdan sola tərsinə yazırdı. Bunları oxuya bilmək üçünsə güzgüdən istifadə edirdi.

 

 

0 şərh