Pulsuz dolanan adam

İngiltərədə yaşayan 31 yaşındakı Mark Boyl 2008-ci ilin noyabr ayından pulsuz dolanır. "Daily Telegraph" qəzeti yazır ki,Mark Boyl Bristol yaxınlığındakı tarlada yaşayır.Yediklərini özü əkib becərir,odun sobası yandırır,elektrik mənbəyi kimi Günəş batareyalarından istifadə edir.Cib telefonu yalnız gələn zənglər üçün açıqdır,bir də Günəş enerjisi ilə işləyən noutbuku var.Mark Boyl 6ildir ki,vegeteriandır. O,deyir ki,günlərin bir günü öz dostu ilə sahibkarların adamları ucuz işçi kimi işlətməsindən,ətraf mühitin belə çirklənməsindən,müharibələr və dünyadakı başqa problemlər haqqında danışırmış:"Onda bütün bunların kökündə pulun dayandığı qənaətinə gəldim.Elə həmin andan puldan əl çəkmək qərarını verdim".
Mark Boyl bundan sonra Bristoldakı evini satır və işdən çıxır.Pulla aldığı hər şeyin siyahısını tutur.Bunların yerinə nədən istifadə edəcəyini düşünür.Axtarır və tapır.Dişlərini yumaq üçün razyana toxumlarından və diş fırçası kimi balığın kiçik sümüklərindən istifadə edir.İPod kimi şeyləri yadından çıxarıb,onun yerinə quş səslərini dinləyir.
Amma razılaşaq ki,indiki zəmanədə pulsuz dolanmaq hər adamın işi deyil.
Həmçinin bax: Pul adamı xoşbəxt edirmi?

16 şərh

Ad_Familiya
Deyirlər TARİX OLUNAR TƏKRAR, YENƏ DƏ GƏLƏR NATURAL TƏSƏRRÜFATLAR…
BaKiNeC
Vallah diyesen axirda bizimde yawayimiz ele olacaq :))
kulturoloq
pul insanı mənəvi cəhətdən bəlkəm xoşbəxt etsin
Medikamentoz
Bugünkü dünyanın yeganə Allahı-puldur!
Aysel77
Allah insanları uçuruma aparmır...Allah haramlara sövq etmir...Allah insanı insaniyyətlikdən uzaqlaşdırmır…
Medikamentoz
Hamının Allah anlayışı fərqlidir,adam var daşa Allah deyir.Heçkimin inancına toxunmaq olmaz.Toxunan İnsan deyil!
asel
indi pul her sey olmasa da, cox seydi. 
Medikamentoz
Pul dolanışıq vasitəsidir.
asel
elbet ki
Medikamentoz
Cavabınız faydalı xarakter daşımırsa yazmayın.
asel
siz cox faydalı melumat yazdınız guya?
Medikamentoz
Xəbərdarlıq xarakteri daşıyır hər halda,Sizi istiqamətləndirir.amma Sizin yazınız heçkimi istiqamətləndirmir. 
asel
yazıb yazmayacağımı siz deye bilmezsiz
Medikamentoz
Mən əmr etmirəm ki,fikir bildirirəm,istəyirsiniz lap ilk ağlınıza gələn şeyi yazın,bir gün xəbərdarlıq alsanız və ya cəzalandırılsanız sonra deməyinki,niyə bir nəfər məni xəbərdar etmədi?!
kay1
düzdü pul olmasa müharibeler  olmaz
 
Elvininho
Hami oz intellektual seviyyesine uyghun werh yazir.Mence Mark Boylun etdiyini qehremanliq adlandirmaq olar.Mence chox maraqli idi,maraqsiz oldughunu duwunenler kitab oxumagha bugunden bawlasinlar.