Ban - qadağan olunmuş filmlər

Cinsi zorakılıq, ölüm, kütləvi qətl səhnələri ilə dolu olan filmlər çox vaxt tamaşaçılar tərəfindən birmənalı qarşılanmır. Dünyanın bir çox ölkələrində məhz bu səbəblərdən dolayı bəzi qorxu filmləri qadağan edilib. Amma buna baxmayaraq bu tərz filmlərin çoxlu sayda izləyicisi var.
Bir çox ölkədə qadağan edilmiş 10 ən məşhur qorxu filminin siyahısı: 

1."Qrotesk"

Qrotesk ("Grotesque") 2009-cu ildə Yaponiyada çəkilən qorxu filmidir. Film iki gənc cütlüyün küçədə oğurlanmasından və bir ruhi xəstə tərəfindən işgəncələrə məruz qalmasından bəhs edir. Çox kəskin zorakılıq səhnələrinə görə film Böyük Britaniya da daxil olmaqla, bir çox ölkələrdə qadağan edilib.

2."Mikey"

1992-ci ildə təqdim edilən filmə bir çox ölkələrdə qadağa qoyulub və hələ də Britaniyada filmin nümayişinə qadağa var. Ekran əsərində olan işgəncə və ölüm səhnəsi, həmçinin iki uşağın balaca körpəni öldürməsi səhnəsi filmin qadağan olunmasına səbəb olub. Filmdə valideynlərini və dostlarını öldürən 9 yaşlı uşağın hətatından danışılır.

3."Qırxayaq insan 2″

Əgər siz "Qırxayaq insan 2″ ("The Human Centipede 2") haqqında filmə baxmısınızsa, onda onun qadağan olunmasını eşidəndə təəccüblənməzsiniz. Bu filmdə əsas sujet dəli bir hollandiyalı alimin 3 amerikalı turisti oğurlaması və onları bir-birinə tikməsi haqdadır. Film qəddar səhnələrinə görə çox böyük tənqid atəşinə tutulub.

4. "Skum"

"Skum" ("Scum") 1970-ci illərdə "British Borstal"dakı gənc cinayətkarların çətin və dəhşətli həyatından bəhs edir. Ekran əsəri ilk baxışda irqçiliyin, zorlamanın, intihar və zorakılıq səhnələrinə görə televiziyada qadağan edilib. Film 1979-cu ildə yenidən çəkilsə də, bu versiyasına da qadağa qoyulub.

5."Serbiya filmi"

İspaniya, Norveç və Braziliyada qadağan olunan "Serbiya filmi" ("A Serbian Film") bütün zamanların ən ziddiyyətli filmlərindən biridir. Filmin qadağan olunmasına səbəb kimi uşaq zorlanması, inçest, cinayət və başqaları aiddir.

6. "Anadangəlmə qatillər"

"Anadangəlmə qatillər" ("Natural Born Killers") 1994-cü ildə rejissor Oliver Stoun tərəfindən Kventin Tarantinonun yazdığı ssenari əsasında çəkilib. Film İrlandiyada qadağan olunub, ABŞ-da isə yayılmasına qadağa qoyulub. Film qətl hadisəsini tərənnüm etdiyinə görə çoxlu mübahisələrə səbəb olub.

7. "Şeytan öldü"

"Şeytan öldü" ("The Evil Dead") 1981-ci ildə çəkilən film 5 kollec tələbəsinin tətildə başına gələnlərdən danışır. Film tənqidçilər tərəfindən müsbət qarşılansa da, qorxu və zorakılıq səhnələrinə görə Finlandiya, Almaniya, İslandiya və İrlandiya da daxil olmaqla bir sıra ölkələrdə qadağan edilib.

8. "Hannibal soyqırımı"

"Hannibal soyqırımı" ("Cannibal Holocaust") indiyə kimi 50-dən çox ölkədə qadağan edilmiş İtaliya qorxu filmidir. Film təqdim ediləndən sonra rejissor Rocer Deodata həbs edilib, daha sonra isə azadlığa buraxılıb. Film Amazon meşələrində çəkilib və çəkilişdə yerli tayfaların nümayəndələri iştirak edib. Filmin çəkilişi zamanı 7 heyvan öldürülüb. "Cannibal Holocaust" indiyə kimi çəkilən ən ürəkbulandıran, qorxulu filmlərdən biridir.

9. "Texas kütləvi qırğını"

"Texas kütləvi qırğını" ("Texas Chainsaw Massacre") 1974-də ekranlaşdırılan kimi bir çox ölkələrdə birbaşa qadağan olunub. Film silsilə qətllər törədən qatil Ed Geynin cinayətləri əsasında çəkilib.

10. "Ovsunçu"

Ovsunçu ("The Exorcist") 1973-cü ildə yayımlanıb. Filmin populyar mədəniyyət üzərində böyük təsiri olub və indiyə kimi bir çoxları tərəfindən ən qorxulu film adlandırılır. Film bir çox şəhərlərdə və ölkələrdə çox qorxulu olduğuna görə, həmçinin dini səbəblərdən dolayı qadağan olunub. "Ovsunçu" şeytan tərəfindən ələ keçirilən gənc qızdan bəhs edir. Digər filmlərdən fərqli olaraq "Ovsunçu" zorakılıq səhnələri ilə yox, psixoloji triller olması və izləyənləri qorxutmaq üçün şüuraltı mesaj verdiyinə görə qadağan olunub.

Mənbə:ann.az

37 şərh

Türkəl
Natural Born Killers haqda düzəlişlər:
1. Film Quentin Tarantinonun senarisi əsasında yox, yazdığı əhvalat əsasında çəkilib, ssenarini isə Oliver Stone hazırlıyıb (fikrimcə Amerikanın 3 ən yaxşı kinorejisorlarından 2-si);
2. İrlandiyada qadağa çoxdan götürülüb, Amerikada isə ümumiyyətlə olmayıb, belə ki, film çıxmazdan əvvəl Stone bu barədə xəbərdarlıq alıb və montajda müvafiq dəyişikliklər edib.
3. Film qətli tərənnüm etmir, qəddar qatilləri və manyakları saatlarla ekranda göstərən (tərənnüm edən) kriminal tele-şouları parodiya edir.
4. Bu olduqca gözəl bir filmdir və hamıya baxmağı məsləhət görürəm!!!
Türkəl
Scum filmi haqqında maraqlı məlumat:
Film Britaniyanın BBC kanalının sifarişi ilə çəkilmişdi. Lakin film o qədər qəddar alınıb ki, BBC özü filmi çəkən şirkətə filmin nümayiş etdirilməməsinə dair qadağa qoymuşdu. Buna görə də çəkiliş heyəti filmi öz hesabına yenidən çəkməli olub. Hal-hazırda yeni filmə heç bir qadağa yoxdu, yalnız bir çox filmlər kimi yaş məhdudiyyəti var.

Onu da deyim ki, siyahıda göstərilmiş filmlərin bir qismi ümumiyyətlə qorxu (horror) janrına aid deyil.
Karizma
Gerek bu filmlerin hamisina baxim.Olmurem bele kinolar ucun
Türkəl
«Serbiya filmi»nə baxmaq məsləhət deyil, film çılğın rejissorun bənzərsiz pornoqrafiya çəkməsindən bəhs edir. Filmin bir səhnəsində porno-rejissor öz "şedevri" üçün ağıldan-kəm və yaşlı qadınları zorlayan «aktyordan» yenicə doğulmuş uşağı zorlamağı (born-porn) tələb edir.
Karizma
hec olmasa bir defe de olsun baxmaq lazimdir.Amma bir defe
Nailə_Rzayeva
Yaxşı ki, bu kinolara qadağa qoyulub. Heç sevmirəm bu tip şiddət, qan, qəddarlıq dolu filmləri. Onsuz da həyatda o qədər çətinliklər, problemlər, zülmkarlıqlar var ki… Bir də beə kinolara baxıb daha da ruh düşkünlüyünə uğramaq nəyə lazım?
Nailə_Rzayeva
Yaxşı ki, bu kinolara qadağa qoyulub. Heç sevmirəm bu tip şiddət, qan, qəddarlıq dolu filmləri. Onsuz da həyatda o qədər çətinliklər, problemlər, zülmkarlıqlar var ki… Bir də belə kinolara baxıb daha da ruh düşkünlüyünə uğramaq nəyə lazım?
tenqo

«Cannibal holocaust» filminə baxmağı heç kəsə məsləhət görmürəm. Çox iyrənc kinodur. Təxminən 10 il bundan qabaq baxsam da, səhnələri xatırlayanda birtəhər oluram. Kinoya demək olar baxmadım, ancaq yenə də maraqlı gəlirdi ki, görəsən bu vəhşi rejissor nə çəkib. Onu ömürlük həbs etmək lazım idi. O cür işgəncə səhnələrini canlandıran şəxsi insanlıqdan silmək lazımdır. Düzdür, indi adiləşib bu cür kinolar, çox adam həvəslə baxır. Yeni çəkilən filmlərin əksəriyyəti də işgəncə epizodları ilə doludur. Göz qabağınadır ki, bu cür səhnələrə insanlar tərəfindən tələbat da böyüyüb. Maraqlı süjet xətti olan filmlər get-gedə azalır.

Cavid
fikrimcə bir çox insanlar qadağa olunmuş filmlərə baxmağa daha da can atırlar, düşünürlər ki görəsən bu film niyə qadağa edilib və filmdə nələr baş verir, ancaq görünür Nailə Rzayeva haqlı olaraq əsəbləşib və şərhi iki dəfə yazıb) fikirlərinizlə razıyam
Ferbara
Psixoloji trillerlərə baxa bilmirəm. Baxdımsa, bir həftə özümə gələ bilmirəm. Səksəkəli olmasam da, rahatlığım pozulur. :)
Tunzale93
Mənə də çox təsir edir.belə deyildim o günə qədər ki,sosial şəbəkələrin birində adi bir videonu açdim və qorxunc bir görüntü və səslə qarşılaşdım(((
alan
mende
Shabnam_Ilham
@alan — mende nedi?! Əgər topik haqqında hər hansı fikriniz varsa yazın, yoxdursa sadəcə oxuyub səsinizi verməklə də kifayətlənə bilərsiz məncə…
Medikamentoz
Mən bu haqda xəbərdarlıq olunmuşam,admistratorluq bunu idareedici bir mexanizm yaratsa yaxşı olardı.
bahar
Pila- filmi də qadağan olunan filmlər sırasında olsaydı əla olardı
alan
amin
Medikamentoz
Amin deməyin,küfrdür.
Medikamentoz
Onun haqqında daha ətradlı məlumat yerləşdirəcəm,mütləq oxuyun.
alan
amin ne vaxtdan kuffr olub????????///
Medikamentoz
“Amin” sözünün etimologiyası qədim misir allah Amonun adı ilə bağlıdır. Amon və yaxud Amen, Amoun, Ammen, Amoun kimi adı gedən tanrı günəş tanrısı sayılır. Həmçinin Misir tarixində ilk tanrı sayılır.
Bibliya və Qurandan az çox başı çıxan biriləri də bilir ki, bu kitabların kökü gedib Misirə çıxır. Hətta Musa peyğəmbərin Misir fironu ilə söhbətlər və s.
Bundan əlavə bugün mövcud olan hər 3 ilahi dində günəşin tanrılaşması ilə bağlı simvollar və dəlillərə kifayət qədər çox rast gəlinir. Əgər “Zeigeist” filminin birinci hissəsinə baxan olubsa, orada İsa peyğəmbəri necə günəş simvolu kimi təqdim olunduğunu açıq aydın sübut edirlər.
Xristianların bibliyasında adı çəkilən “amin”lər İsa peyğəmbərlə bağlıdır. Halbuki Yəhudilərin Tövratında, özü də ilkin variant sayılan ibrani dildə olan kitabda isə Amin yaradılışın başlanğıcı və hər şeyin şahidcisi kimi təqdim olunur. “Tanrı Amin” sözü bir neçə yerdə işlədilir. Talmudda Amin sözü – “güvenilən tanrı” kimi qələmə verilir.
Beynəlmiləl dil sayılan latın dilində “amin” sözü “amen” kimi gedir. Həmçinin bir çox dillərdə “amin” sözü “amen” kimi yazılır və səslənir.
alan
muselmanlarin dininde yeni islamda amin demek savabdi.o ki qaldi misire misirde amon tekallahliliginin remzi idi.o dovrde ne oldugu mene maraqli deyi. esas o duki bizim dinimizde amin kufr deyil.misiri oxuyacagina bir az QURANI oxu
Medikamentoz
Quranı oxumaq mənə vacib deyil,mən özümü müsəlman hesab etmirəm,amma Siz müsəlman olduğunuza görə vacibdir və yaxşı-yaxşı oxuyun və o zaman görəcəksiniz ki,Amin sözü Quranda bir dəfə də olsun keçmir və xurafat şəklində yayılmış bir ayindir.Mən izah edirəm ki,insanlar şirkə düşməsin,amma Siz nə qədər də cılız reaksiya edirsiniz.İnandığını Səni qorusun :)
asel
hec ne anlamadım. yəni bunları yazan sizsiz7
Medikamentoz
Mən heç bir ibadəti yerinə yetirmirəmsə necə sinəmi qabağa verib deyə bilərəm ki,müsəlmanam.Allaha inamım sonsuz və şəksizdir,amma müsəlmanlığı icra etmirəm doğrusu.Sadə insanam :)
asel
yanılırsız.ibadət edənlər sadə deyil ki? men de ibadət etmirem. amma bu menim üzerimde bir borcdur Allah qarşısında.buna göre sineme döyüb demirem ki, men sadeyem
Medikamentoz
Mən Sadə insanam! Bu mövzu burada bağlanılmışdır!
alan
insan icinde dua etmekle de ibadet edir
alan
ALLAHA inanirsinizsa o da besdi.namaz qilib qelbi ALLAHLA bir olmayan o qeder insan var ki......hele namaz qilmaqdansa ele sizin kimi olmaq yaxsidi.ALLAH HER KESIN HERINI CENNET ETSIN.BILIB-BILMEDIYIMIZ GUNAHLARDAN QORUSUN
alan
hem deyisen ki muselman deyilem hemde deyirsen ki ALLAHA inaniram.ALLAHA inanan her kes muselmandi sadece momin deyil
alan
inandigim ALLAHDIR.gedin her hansisa bir molladan yaxud da din xadimlerinden sorusun .bilmemek ayib deyil oyrenmemek ayibdi.
alan
sen ozunu muselman etmirsen.amma men xalis muselmanam.ibadetlerimi de edirem.ramazan ayinda her hansisa kanalda iftar duasina baxin.goreceksiniz ki her duadan sonra AMIN deyilir.bilmediyiniz seyi danismayin. oki qaldi amona HEZRETI YUSIFIN kinosuna baxin.goreceksiniz ki o dovrde atun tekallahligin remzi kimi bilinirdi.bilindiyi kimi o dovrde muselman islam kimi ifadeler yoxuydu.ona gore de atuna sitayis edirdiler.amon ise sadece but idi.yeni sen indi bizim dinimizde olan amin sozunu butle muqayise edirsiz.????///
Medikamentoz
Mənim işim Haqqı bildirməkdir,hidayət etmək mənlik deyil.Sadəcə deyirəm ki,nəyə və niyə inandığınızı biləsiniz.Bu Allahın hüzurunda daha gözəldir.
alan
ALLAHA inaniram ve muselman oldugum ucun ozumu dunyanin en xosbext adami saniram.men esas sehvhinizi dedim inret cixarmaq artiq sizlikdi
Medikamentoz
Men bu situasiyada səhv etməmişəm.Hər halda Siz nəyisə səhv hesab edə bilərsiniz,amma bu o demək deyil ki,bu həqiqətən də səhvdir.
Medikamentoz
Sonuncu yəqin ki «Müsəlmanların məsumiyyəti » filmi olacaqdır.
alan
qirxayaq insan cox iyrencdi.yaxsi ki qadagan edibler
Medikamentoz
Sadəcə belə filmlərə baxmaq üçün güclü sinir sistemi olmalıdır.