Oskar bəxtsizləri

Film tarixinə nəzər yetirdikdə görürsən ki, elə filmlər var ki, çox uğurlu olsalar da ən nüfuzlu film mükafatı sayılan "Oskar"ın hər hansı bir nominasiyasında layiq olduğu mükafatı ala bilməyib. Bu yazıda siz  məhz belə filmlərdən bir neçəsini tanıya biləcəksiniz. 

Şouşendən qaçış (The Shawshank Redemption) - Bu filmi Oskarın ən bəxtsiz nominantı adlandıra bilərik. 1994-cü ildə Oskara üç real namizəd var idi: "Forrest Qamp"(Forrest Gump), "Kriminal qiraət"(Pulp Fiction) və "Şouşendən qaçış". Amansız mübarizədə "Forrest Qamp" rəqiblərinə şans vermədi. Bununla belə hər üç film ayrı-ayrı illərdə nominant olsaydılar, mümkün bütün kateqoriyalar üzrə qalib ola bilərdilər. 
Yaşıl mil (Green Mile)
- Film bütün nominsaiyalarda qalib ola biləcək gücdə idi.Xüsusən rejissor işinə görə.
Mənim sağ ayağım (My left foot) - ən yaxşı bioqrafik filmlərdən biri. 1989-cu ildə bu film qalib gəlməli idi! Amma olmadı.
Ayılma (Awakening)- Robert De Nironun bəlkə də ən yaxşı rolu idi, amma həmin il o, laureat ola bilmədi.
Sıravi Rayanı xilas etmə (Saving Private Ryan) - Hər halda "Aşiq Şekspir" dən qat-qat güclü film idi.
Pianoçu (The pianist) - 2000-ci ildə bu film ilin filmi olmalı idi, amma təəsüf ki, laureat Çikaqo filmi oldu.
Babil (Babel)
- 2006-cı ildə film yeddi nominasiyadan yalnız "soundtrack"inə görə laureat oldu. Fikrimizcə həmin ilin filmi "Dönməzlər" güclü film idi, amma ən azı ən orginal ssenari üzrə film Oskara layiq idi.
Benjamin Battonun qeyri adi həyat (The Curious Case of Benjamin Button)
- Film həmin il "Xarabalıqdan çıxan milyonçu"-ya rəqib olmasaydı sözsüz ki, üç deyil daha çox Oskar qazanardı. O cümlədən ilin filmi adına belə layiq görülə bilərdi.
Dalğaları yarark
ən (Breaking The Waves) - Emili Uotson ən yaxşı aktrisa nominasiyasında qalib gəlməli idi, amma Frensis Makdormant bunun qarşısını aldı .
Frida (Frida) - Salma Hayek Frida obrazında "ən yaxşı aktrisa titulunu" güclü rəqibinə - "Saatlar" filmindən Nikol Kidmana uduzdu. Bir başqa il sözsüz ki, Salma rəqib tanımayacaqdı.
Döyüş klubu (Fight Club) - Amerika fiaskosu! Film bir dənə də olsun Oskar qazanmadı. Əvəzində "Amerika sayağı gözəllik" filmi ilin ən yaxşı filmi oldu.
Fil adam (Elephant man)
- Con Hert yaratdığı obrazı ilə ən real namizəd idi, amma Robert De Niro öz vəhşi öküz obrazı ilə Hertin bu istəyini gözündə qoydu. Film səkkiz nominasiyadan heç birində laureat olmadı.
Nyu York bandaları (Gangs of New York) -
Ən yaxşı ssenari, dizayn və qrim üzrə qalib gələ bilərdi.
Güləşçi (Wrestler) - Ən azı Miki Rurk ən yaxşı aktyor nominasiyasında Oskara layiq idi.Filmin ssenarisi belə sanki Mikinin həyatından bəhs edirdi.
Portağal mexanizmi (A Clockwork Orange)
- Oskar mükafatının növbəti fiaskosu. Bu film ən yaxşı film, ən yaxşı aktyor, ən yaxşı rejissor, ən orjinal ssenari üzrə açıq aşkar favorit olsada heç birinin laureatı ola bilmədi. Taksist (Taxi Driver) - 1976-cı ildə Taksist filmi rəqibsiz idi. Amma Rokki qalib gəldi.
Təmiz düşüncənin əbədi parlaqlığı (Eternal Sunshine spottlessof the mind) - Keyt Uinslet Oskara ikinci dəfə ən real namizəd olsa da yenə də güclü rəqibə məğlub oldu. Bu dəfə Hilari Suonq artıq ikinci dəfə heykəlciyə sahib oldu.
Tutsi (Tootsie) - Dastin Hoffman Tutsi obrazıyla Ben Kinqslinin yaratdığı Qandi obrazına rəqib idi. Amma son anda Ben Kinqsli bu nominasiyada da filmə Oskar qazandırdı.
Ölü yazarlar dərnəyi (Dead Poets Society)- Gözəl film olsa da fiasko ilə üzləşdi. Robin Uilyams belə Daniel De Luisə qalib gələ bilmədi.
Biutiful (Biutiful) - Ən yaxşı aktyor nominasiyasında Xavier Bardem daha güclü idi. Film ən orjinal ssenari üzrədə rəqibsiz idi. Amma bu dəfə də hər şey tərsinə oldu.

Mənbə: "Film Fiction" jurnalı

3 şərh

Türkəl
Oskarları izlədiyim dövrdə ən böyük absurd «Slumdog Millionaire» (Xarabalıqdan Çıxmış Milyonçu) filminin bir neçə nominasiyada Oskar udması olub. Frida filminə gəldikdə isə nəinki, ən yaxşı qadın ifası, film hətta ən yaxşı musiqi parçası kateqoriyasında qələbəyə layiq idi. Amma Oskarı «8 Mile» filminin soundtreki qazandı, buna Eminemin fanatı olsam da, çox hiddətlənmişdim. Bu siyahıda yalnız son 35 ilin filmləri qeyd olunub. Lakin ən böyük Oskar ədalətsiziliyi 1941 ci ilin «Citizen Kane» (Vətəndaş Keyn) filminə qarşı olub, ən yaxşı amerika filmlərindən biri sayılsa da cəmi bir oskar alıb.
Taksi Sürücüsünə gəldikdə isə,… lənətə gəlsinlər filmdən başları çıxmayan, zövqsüz Akademiya üzvləri, 76'da Oskarı Skorseze ilə DeNiro almalıydı… 92-ci ili isə ümumiyyətlə yadıma salmayın ildə isə Oskar «Malcolm X» isə görə Denzel Vaşinqton və Spayk Liyə getməliydi, irqçilər isə mükafatı Al Paçinoya verdilər… nifrət edirəm həyata :)))
Gülnar
Təşəkkürlər, maraqlı məlumatlardır…
Medikamentoz
Bu yarışı bir dəfə izlədim,o da sevdiyim filmə görə və əvvəlkilərə baxmadıqlarıma da təəssüflənmədim,subyektiv faktorlar çox idi.