maraqlı faktlar 2

1.  Bədənimizdəki ən güclü əzələ dilimizdədir ·
2.  Sağ əllə işləyən insanlar solaxay insanlardan orta hesabla 9 il çox yaşayır ·
3.  Mirvarilər sirkədə əriyir ·
4.  Fillər tullana bilməyən yeganə heyvandır.
5.  Planetlərdən yalnız Venera saat əqrəbi istiqamətində fırlanır.
6.  İlbizlər üç il yata bilirlər.
7.  Gözlərimiz anadan olandan ölənə kimi eyni ölçüdə olurlar , amma qulaqlarımız və burnumuz daima inkişaf edir
8.  Dəvələrin gözlərini qumdan qoruyan üç göz qapağı var
9.  Delfinlər bir gözü açıq yatırlar
10. Əldəki dırnaqlar ayaqdakılardan təxminən 4 dəfə sürətlə böyüyür
11. Zürafələrdə heç bir səs teli olmur
12. Bal arılarının gözlərində də tük (saç) olur
13. Los_Ancelesdə avtomobillər insanlardan çoxdur  
14. Kosmosda astronavtlar qışqıra bilmir , çünki orda cazibə qüvvəsi yoxdu , həmçinin onların gözlərindən yaş da gəlmir ·
15. Son 4000 il ərzində yeni heyvan əhliləşdirilmib
16. Ağcaqanadların da dişləri olur
17. Molyuskların 4 burnu olur
18. Antarktida üçün beynəlxalq telefon kodu 672 -dir  
19. İngilis dilinin ən uzun sözü "pneumonoultramicroscopicsilicovolcanoconiosis" Oksford lüğətində  
20. Pinqivin yeganə quşdur ki, onunla üzə bilərsən uça bilməzsən  
21. İki başlı doğulan ilanlar qidanı yeyərkən bir birləri ilə vuruşurlar
22. Ürəyimiz gündə təxminən 100 000 dəfə vurur
23. Hər il ABŞ -da  166,875,000,000  bu qədər mail qəbul olunur
24. Zürafə dili ilə qulaqlarını təmizləyə bilir
25. Meduza 95% sudan ibarətdir  
26. Dəvənin südü çürümür  
27. 111,111,111 x 111,111,111 = 12,345,678,987,654,321  
28. Əfsanəyə görə Yaponiyada monarxiya bizim eradan əvvəl 7 - ci əsrdə yaranıb  
29. Yaponlar 4 müxtəlif yazı sistemindən istifadə edirlər
30. Yaponiyada əksər insanlar deyirlər ki buddistdirlər, amma Buddaya inanmırlar
31. Yapon küçələri çox dar olur
32. Yaponiyada küçələrin adları olmur                     Müəllif : Dilqəm Kərimov

40 şərh

2ral
28-cidən başqa məncə hamısı düzdür.Çox maraqlıdır.
kay1
2ral bu bloqu neçe yaratmısan
mr13

İngilis dilinin ən uzun sözü «pneumonoultramicroscopicsilicovolcanoconiosis» Oksford lüğətində


Bu sözü əzbərləmək lazımdı. :)))

Ferbara
O söz ingilisdən çox yunan sözünə oxşayır.
ramzes
Oksford lüğətinə yunan sözü salmazlar, qoyun deyllər ki.
Ferbara
Mən onun yunan mənşəli söz olduğunu düşünürəm.
ramzes

Elə isə araşdırın və sübut edin

ramzes
Mən araşdırdım qədim yunan sözü olub, bunu qeyd etdiyiniz üçün təşəkkürlər

Etymology


Coined by Everett K Smith, President of the National Puzzlers’ League, at their convention in 1935, from Ancient Greek πνεύμων (pneumōn, lung)Latin ultra (beyond)Englishmicroscopicsilico-volcanoAncient Greek κόνις (konis, dust)English -osis.


Pronunciation

Ferbara

düzü mən sübut edə bilməyəcəkdim. Amma çox oxşatmışdım. ))


 

raqa
Dəvə südünün tərkibində dəmirin miqdarı inək südündən dəfələrlə çoxdur
Everest zirvəsinə qalxmaq üçün hər 10 cəhdin biri ölümlə nəticələnir. 
papatürk
Everest haqqında statistika sizdə hardandır? İnandırıcı deyil.
IDEAL
Hal hazırda Azərbaycan dilində bu tip məlumatların olduğu kitabların çoxu SSSR dövründən qalan kitabların yeni nəşrləri olduğundan, statistik məlumatlar köhnə ola bilər deyə düşünürəm. Yəni ola bilər 20-ci əsrin əvvəllərində və ya ortalarında belə bir satatistika qeydə alınıb. Ümumiyyətlə statistikanı hansı kitab qeyd edirsə mütləq  hansı zamanla əlaqəli olduğu göstərilməlidi. Hər halda bu qüsur ramzesin yox mənbənin müəllifinin günahıdı (əgər mənbənin müəllifi bunu qeyd etməyibsə).
ramzes
Hörmətli İdeal burda zamanla nəlaqəli bir şey yoxdu, o ki qaldı mənbəyə mənə bu faktları Rusiya kitabları deyil, İndoneziyada yaşayan bir dostum verir özümdə də belə faktlar var
ramzes
Müəllif: Dilqəm Kərimov = Ramzes, hansı faktda səhv varsa, qeyd edin.
raqa

İnternetdə gəzişərkən belə məlumatlarla rastlaşanda copy-paste edib özüm üçün saxlayıram. Eversertlə bağlı olanı da oradan köçürmüşəm :)

mr13
Ana südündən sonra canlılar arasında körpəyə ən yararlı süd Eşşək südüdür.
fidan
Eşşək südü istehsalına başlayaq?)))
ramzes
Maraqlı təklifdi. Statistikaya baxdım eşşəklərin sayına görə Gürcüstandan geri qalırıq, hətta bir neçə dəfə, amma Ermənistanı bir neçə dəfə qabaqlayırıq hər halda bu yaxşıdı
papatürk
mr13,mənbə hardandır? Mənbəni göstərin. Əgər düzdürsə bankir biznes-plan hazırlayacaq.
ramzes
Hər birimizdə çoxlu maraqlı faktlar var. Məncə «maraqlı faktlar» adlı bir bloq yaradılmalı və bu yazılar da ora əlavə olunmalıdı.
raqa

Təklifinizi bəyənirəm. Maraqlı faktlarla bağlı ilk 2 addımı siz atmısınızsa məncə bloq yaratmaq da sizin boynunuza düşür. Davamı üçün inşallah köməkliyimizi əsirgəmərik.

IDEAL
Əslində mən paratürkün Everest statistikasına şübhə ilə yanaşasına bu sözləri yazmışam. Və onuda qeyd edim ki,
səhv etmişəm ki, raqa əvəzinə ramzes yazmışam. Üzrlü qəbul edin.
Ferbara
Kosmosda astronavtlar qışqıra bilmir, çünki orda vakkum şəraitidi, cazibənin ona dəxli yoxdu.
fidan
Cazibə və vakuum arasında əlaqə yoxdur ki?
Ferbara
Əlbəttə ki, yoxdur. Vakuumu Yerdə də yaratmaq olar. Vakuum havasız şəraitdir. Səs isə havada yayıla bilir.
səlahəddin
26. Dəvənin südü çürümür bu barədə ətraflı məlumat var? səbəbini kimsə izah edə bilər7
ramzes
Yuxarıda şərhlərdə izah olunub
Wizard
33. 7 həll edilməmiş riyazi problem var. Düzün desək 8 idi amma bir neçə il əvvəl birini həll etdilər (Puankare məsələsini) və qaldı yeddisi! Bəlkə saytımızın dahiləri həll edə biləcəklər :)
Magicboy

Daha doğrusu, 7 dənə idi, amma üç ölçülü fəza üçün Puankare fərziyyəsi həll olunandan sonra 6-sı qalıb. Kley Riyaziyyat İnstitutu hər məsələnin həlli üçün 1 milyon ABŞ dolları mükafat ayırıb. Puankare məsələsini Qriqori Perelman həll edib. 2010-cu il 18 Mart-da ona 1 milyonu verəndə isə, puldan imtina etdi. «Məni pul və ya şöhrət maraqlandırmır. Zooparkda olan meymun kimi nümayişdə olmaq istəmirəm», deyib.

fidan

Çox maraqlıdır. Belə çıxır ki,bu söhbət 2həftə bundan əvvəl olub. Alimin 1 milyonu rədd etməsi çox maraqlıdır.Niyə bu barədə kayzendə bir informasiya getməyib? Kimsə bu barədə post yazmağı öhdəsinə götürür? 
bu Puankare fərziyyəsi nə haqdadır ki?

Magicboy
Mən yazmağı öhdəmə götürürəm. Sadəcə mənə bir az vaxt verin, tərcümə işi çox vaxt aparır. Kurs işimin birici səhifəsini yazıb qurtaran kimi həm Puankare fərziyyəsi, həm də Rusiyanın ən kasıb sakinlərindən olan Qriqori Perelman haqqında ətraflı yazacam. Bir az səbrli olaq:)
fidan
34. 100 dollarlıq əskinaslardan ibarət 1 milyon dollar 10 kq çəkidədir.
papatürk
35.Dünyada hərbi xərclər təhsilə yarılan xərclərdən çoxdur.
Dior
Yaponiyada küçələrin adı yoxdursa,bəs necə tapırlar küçələri??
Wizard

36. MİT-də riyazıyyatdan kəsri olan tələbəyə taxta qaşıq hədiyyə edirlər.


37. Princeton-da isə həyatının məqsədinə nail olan şəxsə müəllimlər öz qələmlərini hədiyyə edirlər :)

kastanka
Mən birinci məlumatın səhv olduğunu düşünürəm.Çünki insanda ən güclü əzələ  çeynəmə  əzələsidir.
nərgiz
Düzdür.Ən güclü əzələ çeynəmə əzələsidir.Ən sürətli göz kirpikləri
DEMOS

həqiqətən maraqlıydı


amma əksəriyyətin bilirdim

kay1
eşşək sütü yaxşı fikirdi ama ermənistanda eşşəklər azərbaycandan çoxdu çünki hamı eşşəkdi