Dondurmanı kim fikirləşib?

Həqiqətən də görəsən hər bir kəsin rədd edə bilməyəcəyi şirniyyat olan dondurmanı kim fikirləşib? Bu məsələ amerikalılar, fransızlar və italyanlar arasında daimi mübahisəli məsələyə çevrilib. Lakin doğrudan da ilk dondurma satan müəssisə Amerikada açılıb, onun əsasını qoyan isə 1770-ci ildə İtliyanın Qenuya şəhərindən emiqrant olan bir italyan olub. Fransızlar isə iddia edirlər ki, hələ onlar 100 illər əvvəl dondurma istehsal etməyə başlayıblar. 1676-cı ildə fransız konditeri ilk dondurma şirkətini yaradıb.
Əslində həqiqətə qalsa tarixçilər dondurmanın yaradıcılarının əsgərlər olduğunu iddia edirlər və bu antik dövrə təsadüf edir. Onlar dondurmadan şirniyyat kimi yox, yaşamaq üçün qida kimi istifadə edirdilər. Makedoniyalı İsgəndərin əsgərləri isti şlkələrdə müharibələr aparırdılar və belə uzun mübarizələrdə onların suya və vitaminə ehtiyacları var idi.Buna görə də makedoniyalılar dağlara ən cəld qullarını yollayırdılr.Qullar dağlardann buzlu qar gətirir və onu giləmeyvələrlə qatırdılar.Yəqin fikirləşəcəksiniz ki, həmin qul gələnəcən axı o buz əriyər. Makedoniyalılar buna da çarə tapmışdılar. Belə ki, onlar sürətli qaçan qullar estafeti yaratmışdılar, onlar tez-tez bu buzları bir-birlərinə ötürürdülər, yəni birinci ikinciyə, ikinci üçüncüyə vəs. Bu müddətdə birinci tez gedib yeni buz gətirirdi.Əsgərlər bu yeni qidalarını bir az da zənginləşdirmək üçün ona gah şərab, gah meyvə, süd və ya bal qatırdılar. Bəs necə oldu ki, eskimo yarandı. 100 illər əvvəl amerikalı Nelson şokolad içində dondurma yaratdı və bunu askimo-pie( eskimo-pay), yəni eskimo pirojnası adlandırdı. Təzə dondurmanın reklamında isə eskimosların həyatını əks etdirirdi. Yeni dondurma həm uşaqların, həm də böyüklərin sevimli şirniyyatına çevrildi. Yavaş-yavaş pie sözü unuduldu. İndi biz çubuq üzərindəki şokoladlı dondurmanı eskimo adlandırırıq. Ümid edirəm ki, bu məlumatım hamınızın xoşuna gəldi.


P.S. Qeyd etmək istəyirəm ki, bu məqalə əslində rus dilində idi tərcümə etmişəm və üzv olduğum digər bir saytda yerləşdirmişdim. Amma sizinlə də bölüşmək istədim.  Lakin indi bu məqaləmin başqa bir saytda eyni ilə copy-paste olunduğunu gördüm. Bilirəm ki, kayzen.az- da bu kimi hallar xoşlanmır, ona görə  yenə də məqalənin mənə aid olduğunu qeyd etmək istədim...
loading...

9 şərh

fidan
Afərin! Bilirsiz ki Plombir dondurması əslində öz adını Fransa da şəhər adından (ПломбьерлеБен,ingiliscə Plombières-les-Bains) götürüb?
Magicboy

Məqaləyə görə təşəkkür. Əgər məqaləni hansısa mənbədən  tərcümə etmisinizsə, o zaman məqalə sizin deyil. Tərcüməsi sizindir. Əgər siz məqalənin mənbəyini sonda qeyd etsəniz, copy-paste məsələsinə görə narahat olmağa dəyməz. Səhv eləmirəmsə, pirojna doğma dildə piroq kimi səslənir.

Leyla
Əgər yazı bədii əsər,müəllif hüququ ilə qorunan yazıdırsa,onda mənbə göstərmək vacibdir.Əgər yazı ensiklopedik bilgidirsə,hamının bildiyi şeydirsə,onu tərcümə edəndə mənbə götərməyə ehtiyac yoxdur. Siz hər dəfə Təsir əks-təsirə bərabərdir deyəndə Nyutonun kitabını yaxud fizika 8-ci sinif dərsliyiini mənbə kimi göstərmirsiniz.Odur ki,Nailənin yazısında rusdilli mənbəni göstərməyə ehtiyac yoxdur.Amma Eskimo dondurmasının istehsalında şəkoladın qatılaşdırılmasının texnoloji əsaslarını göstərsə mənbəni göstərməyə borcludur.
Nailə,yazın maraqlıdır.
Magicboy
Bilirsiz, mən yazmamışam ki, mütləq göstərməlidir. Əgər siz diqqətlə oxusaz görərsiniz ki, mən o copy-paste məsələsinə görə bunu yazmışam. Əgər o mənbəni göstərsə, heç kəs məqalənin başqa saytdan oğurlandığına görə şübhələnməz. 
Yaxşı, deyirsiz ki, hər dəfə Təsir əks-təsirə bərabərdir deyəndə Nyutonun kitabını yaxud fizika 8-ci sinif dərsliyiini mənbə kimi göstərmirik. Yaxşı biri sizdən onu sübut etməyinizi soruşsa nə cavab verəcəksiniz. Əlbəttə ki, deməlisiniz ki, Nyutonun kəşfləri əsasında Təsir əks-təsirə bərabərdir. Yoxsa, fizikadan xəbəri olmayan insan sizə inanmaz.
Nailə_Rzayeva
Ok. Donqurma haqqında məqalənin rus versiyasını bu saytdan — otvet.mail.ru/question/18293590/,   Eskimo haqqında isə buradan — otvet.mail.ru/question/10311552/   oxuya bilərsiniz
Dior
Atrıq dondurmanında əsl vaxtı gəlib çatır.Dondurmanın bütün növlərini çox sevirəm.Ləzzət!
mr13
Bilirsiz Yaponca Dondurmaya nə deyirlər?  «ays-kurimu»
bloqçu
mmm...dondurma istədim))