İşdə stressə yox!

Yeni bir elmi tədqiqatda göstərilir ki, iş yerində keçirilən stress və əsəbilik 50 yaşına qədər qadınlarda ürək xəstəlikləri risqini artırır.

Tədqiqatda iştirak edən 12 min həkim və sanitar qadınların müayinəsi nəticəsində belə bir nəticə çıxarılıb ki, işdəki stress 50 və ya 60 yaşlarında olan qadınlardan daha daha çox gənc yaşlı qadınlara mənfi təsir göstərir.

İş yerində stressin kişilərdə ürək xəstəliyi yarada bildiyinə dair istənilən qədər sübutlar var. Lakin qadınlara bu amilin nə kimi təsir göstərdiyi o qədər də araşdırılmamışdır.

Danimarka alimləri 15 il ərzində qadın sanitarları müşahidə edərək iş yerində stressin onların sağlamlığına təsir dərəcəsini öyrənməyə çalışıblar.

Siqaret çəkmə kimi bir sıra digər risk faktorlarını da nəzərə aldıqdan sonra alimlər belə qənaətə gəliblər ki, işdə stress keçirən qadınlarda ürək xəstəliyinə tutulma ehtimalı stress keçirməyən qadınlarda olduğundan 35 faiz yüksəkdir.

Lakin yaş amili nəzərə alınanda məlum oldu ki, ən çox ürək xəstəliyinə, yəni, işdəki stressdən, 50 yaşından aşağı olan qadınlar məruz qalır. Alimlərin fikrincə, daha yaşlı qadınlarda ürək xəstəliyinə yüksək qan təzyiqi və xolesterol kimi başqa risk faktorları səbəb olur.

Britaniya Ürək Assosiasiyasının sözçüsü deyib ki, iş yerlərində stressə məruz qalan şəxslər öz həmkarları və ya müdirləri ilə bunun necə qarşısını almaq barədə danışmalıdırlar. Onlar eləcə də iş günü ərzində aktiv olmalıdırlar.

mənbə: BBC Azərbaycan

10 şərh

bahar
Dünən işləyəcəyim işdə 2-ci təcrübə günüm idi.Yeni olduğum üçün bir səhvə yol verdim.Abonent bir "şüvənlik" qoppartdı ki,gəl görəsən. Mənnən başqa bütün işçilər dilləndilər.Amma bu hadisə mənim əhval ruhiyyəmə heç də pis təsir etmədi.
umud600
Bir deyim var: Müştəri həmişə haqlıdır. Əgər o haqlı deyilsə, onda birinci punkta qayıt. Bahar xanım, bir əlacınız var: səbr etmək.:)
cahandar
Sizə uğurlar
bahar

Tamamilə doğrudur səbr,səbr.


Cahandar çox sağolun

dr_mahmud
Bele problemler hemise var. Ona gore ise getmeden once gicgaha lavanda yagi surmek ve sedativ cayi icmek yaxsidir. Adami yoxsa ele eseblesdiriler ki, lap ozunden cixirsan.
Nailə_Rzayeva
mənim işim birbaşa uşaqlarla əlaqəli olduğu üçün, çalışıram ki, nə qədər stress keçirsəm də bunu biruzə verməyim və bunu tezliklə unudum. Hətta birbaşa işimlə əlaqəli olsa da… Çünki balacalarımın bununla əhva-ruhiyyələrini korlamaq istəmirəm…
Kinosunas
Eseblesmemek mumkun deyil
cahandar
Hər kəsə işində uğurlar və səbr diləyirəm.Ancaq nəzərə alın ki,elə bir iş,elə sahə yodur ki,orda əsəb stress insanı izləməsin.Çünki,müdirin də müdiri var yəni hər işdə bizdən daha böyüklər,onların tələbləri var.Haqsızlıq,stavkadan artıq işlətmək,müştəri,xəstəxanada xəstələr,cəmiyyətli işlərdə demaqoqlar və.s bütün bunlar əsəb stressdir və Allah Təala müqəddəs Quarni Kərimdə səbr et,səbirli insanı Allah sevər kimi bir çox ayələr endirmişdir.Allahın adlarından biri də əs-Sabur-dur mənası  "Əzab etməkdə tələsik etməyən

Cəzanı, bir vaxta qədər təxirə salan." deməkdir
məryam

Mencede stressiz iş yoxdu. İnşallah gelecekde( indi 13 yaseım olduğunu nezere alsaq) işlerim gözel geder. Teşekkürler.

Medikamentoz
Müasir psixoloqların rəyinə əsasən nəinki işə getmək,hətta yuxudan ayılmaq da bir stressdir.