Güllər və "mənaları"

Təbiətdə hər şey gözəldir.İnsanın yaşadığı mühiti isə çiçəklər və güllər,onların ətri,rəngarəngliyi daha gözəl bəzəyir.Çiçək və güllər insana sevinc,fərəh,inam gətirir.Buna hələ çox keçmişlərdən insanlar diqqət yetirmişlər,onlara rəmzi mənalar vermişlər.Bunlardan aşağadakılar daha geniş yayılmışdır:

  • Qızıl gül,qırmızı rəng — məhəbbət və həyat,razılıq almaq,təntənə,qələbə
  • Qərənfil —          ehtiras
  • Su zanbağı —     su pərisi
  • Astra —             qəm-qüssə,xatirə
  • Sarı gül —          ayrılıq
  • Qanqal —           dəlicəsinə sevmək, «sevgidə qorxu bilmir»
  • Limon yarpağı — sevdiyi qızın razılığını almaq
  • Mavi rəng —        suya,havaya oxşatma,sakitləşdirici əlamət
  • Çəhrayı rəng —    gənclik, gözəllik, hörmət, səmimilik əlaməti
  • Boz şəbəgülü —   barışıq
  • İnciçiçəyi —        səni sevirəm
  • Tam açılmış gül — ötən günləri xatırlamaq
  • Yarı açılmış gül —  yeni gün
  • Qönçə və tumurcuq — gələcəyə inam
  • Ağ rəng ---   bitərəf,habelə təmizlik və saflıq əlaməti
  • Yaşıl  ---     cəlbedici, yorğunluq aradan qaldıran, sakitləşdirici əlamət

Bundan sonra birinə gül verərkən daha diqqətli olaq.

 

28 şərh

Ferbara
Qızıl gül, qırmızı rəng — məhəbbət və həyat, razılıq almaq, təntənə, qələbə rəmzidir.
Qədim zamanlardan bəri gənclər sevdikləri qıza qızıl gül göndərərdilər. Bununla da qızlara öz məhəbbətlərini elan etmiş olurdular. Əgər qız göndərilən qızıl gülü qəbul edirsə, bu sevgiyə razılıq əlaməti hesab olunur.
məryam
Mənimistədiyim gülün mənası səhvcən dağdan düşmüyüb?
Ferbara
Hansıdır?
məryam
Zanbaq. Normal zanbaq. Susuz olan. Axtarıram hər yeri, tapa bilmirəm heç bir gül mağazasında.
Ferbara
Zambaq — təravət, yenilik, intibah kimi başa düşülür.
Ola bilməz ki, tapılmasın. Yaxşı, yaxşı bax. :)
məryam
Melumata görə təşəkkürlər. Baxıram yoxdu. Gərək sifariş verəsən. O qədərdə pul verməzlər evdən.
Ferbara
Mənim nərgiz gülü xoşuma gəlir. Amma mənasını indi bildim.
Nərgiz — qarşılıqlı sevgi və arzu kimi başa düşülür. Həmçinin özünə məhəbbət və inam mənasındadır.
Xrizoberil
güllərin hər biri gözəldir… mənim də nərgiz gülü xoşuma gəlir. çox gözəl ətri var
Kinosunas
Təşəkkürlər. Özləri müxtəlif olduğu kimi mənaları da müxtəlifdir.Qönçə daha gözəl görünür
Responsible
Yəni limon yarpağı verənlər olur? Məs:
Oğlan qıza deyir: Razı olduğun üçün minnətdaram. Bu limon yarpağı sənə çatacaq :)
Kinosunas
Zarafatla aram olmasa da. Sizin zarafat anlayışınız superdi.Bir dəfə verərsiz.Nəticəsin xahiş edirəm paylaşın.Aramızda qalacaq:)
Responsible
Təşəkkürlər :) Gərək limon yarpağını verəndə mənasını başa düşəcək birinə verəsən ki nəticə də «paylaşa biləcək dərəcə»də olsun :)
Kinosunas
Sizcə bilən var? Çətin.Ən yaxşısı lazım deyil,hə almaq istədiyiniz yerdə səhv anlaşılmaya görə ömürlük  YOX alacaqsız.Əlimizdə başqa güllər də var: )
Responsible
Bilsə-bilsə kayzençilər biləcək :) Mən siz fikirləşdiyiniz qədər də cəsarətli deyiləm :)
Kinosunas
Düzü Sizin cəsarətli olduğunuzu düşünməmişdim.Etirafa görə təşəkkürlər:)
Responsible
Özümü İlham Mirzəyevin qarşısında hiss etdim:)
Kinosunas
İnanın mən də özümü İ.Mirzəyev hiss etmişdim.Sonra fikirləşdim ki, ayılmalıyam.Etirafdan sonra ağladız? :)
Kinosunas
Olmadı kiii.Ağladacam:) Heç yerdə eşimədiyiniz sualı verəcəm.Dünyaya bir daha gəlsəydiz yenə bu sənəti seçərdiz?
Kinosunas
burda müsahibə ala bilməyəcəm.Geceniz xeyrə
puma
Oğlan qıza yox, qız oğlana verməlidir,oğlanı sevirsə, «hə» cavabı əvəzinə limon yarpağı verə bilər. Əslində məntiqə uyğundur, qız oğlana çiçək vermir ki, yarpaq verir də, bu elə də pis görünməz.Bəzən danışmaq əvəzinə jest göstərmək  sözdən daha təsirli olur.
Responsible
Mənası güllərin içində idi deyə elə yazdım. Sizin də dediyiniz kimi qız oğlana çiçək vermir ona görə mənə maraqlı gəldi.
Kinosunas
Puma,bunu bilmirdim. Maraqlı oldu.Oğlan cavab gözləyir qız da çıxarıb limon yarpağı verir.Hemin oğlanın reaksiyası çox marağlı oldu.
puma
Son yazdığım Responsible aiddir.
məryam
Güllərin mənaları həqiqətəndə maraqlıdır.
Medikamentoz
Zanbaq gülünü sevirəm,çünki intibahın və yeniliyin rəmzidir!
Ferbara
Limon yarpağı çayı xatırladır. Elçilikdə razılığı bildirən şirinçaydı. Qız oğlana limon yarpağı verməklə demək istəyir ki, elçilərini göndər, şirinçaylarını içsinlər. :) Bu qədər sadə. :)
pascal
Səliqəsiz yazılıb. puma, düzəldin, zəhmət olmasa.