Insan beyni haqqında maraqlı faktlar

1. İnsan beyninin ağırlığı təxminən 1.3 kiloqram civarındadır.
2. Beyniniz ölməyə başlamazdan əvvəl ən çox 4-6 dəqiqə arasında oksigensiz qala bilər.
3. Beyninizdə tam 100 milyard sinir hüceyrəsi var.
4. “İnsan beyninin yüzdə onunu istifadə edir” deyimi səhvdir. Beynin hər bölgəsinin bir funksiyası vardır.
5. Hər insan doğulanda eyni sayda beyin hüceyrəsinə malik olur. Bu ədəd altı yaşında maksimum səviyyəyə çatır.insan beyni
6. Yeni doğan bir körpənin beyni sonrakı ilk ildə tam üç qat böyüyür.
7. Toxunma duyğusu ilk yaranan duyğudur. Ana qarınında əmələ gəlir.
8. Beyninizi davamlı işlədin, çünki zehni fəaliyyətlər beyninizdə yeni sinir hüceyrələrinin meydana gəlməsini təmin edir.
9. Hər vaxt müsbət düşünün. Araşdırmalar həkimlərə müraciət edənlərin yüzdə 60-nın psixoloji səbəblərlə həkimə müraciət etdiyini ortaya qoyur.
10. Qidalanmanın beynə olduqca faydalı təsiri vardır. Nyu-Yorkda aparılan bir araşdırmada günorta yeməyində süni souslar və qidalandırıcılar istifadə etməyənlərin IQ səviyyələrinin digərlərinə nisbətən yüzdə 14 daha yüksək olduğunu ortaya qoyub.
12. Bir şey xatırladığınız və yeni düşüncələr yaratdığınız hər an beyninizdə yeni əlaqələr qurursunuz.
13. Qoxu vasitəsilə əldə etdiyiniz bir xatirəniz, beyninizdə qurulan ən romantik əlaqədir.
14. Yuxunuzu təşkil edin. Beyninizin ən çox istirahət etdiyi an yuxuda olduğunuz anlardır.
15. Başınız ağrıyanda beyniniz heç bir ağrı hiss etməz. Hadisə tamamilə acı qəbulediciləriylə əlaqəlidir.
16. Yatdığınız müddət içində beyniniz yarıparalizə olur. Bu müddətdə beyniniz bir hormon ifraz edir. Bu hormon yuxularınız əsnasında reaksiya vermənizi qarşılayır.
17. İnsanlar orta hesabla yuxusunu yüzdə 12-sini ağ-qara görür.
18. Beyniniz soyuducunuzun lampasından daha az enerji istehlak edər. Beyin 12 watt gücündə enerji istifadə edirr ki, böyük ölçülü iki banandan əldə ediləcək enerjiyə bərabərdir.
19. Sıx yaşanan reaktiv-lag yaddaşa zərər verə bilər. Sıxlıqla qitələr arası uçuş edən insanlar beyin ziyanı və ya yaddaş zəifliyi yaşaya bilərlər. Ehtimalla bunun səbəbi reaktiv-lag əsnasında çoxlu sayda stress hormonu ifraz olunması və bu hormonların beyinə lobuna və yaddaşa zərər verməsidir.
20. Gurultulu bir otaqda nə üçün telefonla danışmaq çətindir? Bu vəziyyətdə beyniniz telefondakı yoldaşınızın səsiylə otaqdakı digər səsləri ayırd etməkdə çətinlik çəkir. Telefonunuzun mikrofonunu əlinizlə bağladığınız anda əslində içində olduğunuz otaqdakı səslərin telefona girməsinə mane olduğunuz üçün səs qarışığına mane olmaqla beyninizin işini asanlaşdırır.
21. Video oyunları eyni anda birdən çox işi edə bilmənizə köməkçi ola bilər. Bu mövzuda edə biləcəyiniz təcrübə isə bir çox hədəflərə atəş açmaq məcburiyyətində qaldığınız bir video oyunu ola bilər.

25 şərh

yravil
Copy Paste edende hec olmasa herfleri duzeldin!!!
Ferbara

Bu məqaləni telefondan oxuyurdum. Oxuduqca o qədər sözüm yarandı ki, kompyuterdə yazmağa qərar verdim. :)
Adətən ətrafında əvəzinə civarında sözü çox işlənir.
2-ciyə aid bir əlavəm var. Alman alimlərinin araşdırmasına görə insan ölən anda beyinin əvvəlcə sağ yarımkürəsi, sonra sol yarımkürəsi «sönür». Bu zaman ardıcıl olaraq əvvəlcə sağ ətraflar, sonra isə sol ətraflar boşalır.
Buna görə Məhəmməd peyğəmbər (s) məscidə sağ ayağı ilə, ayaqyoluna sol ayağı ilə daxil olurmuş. Bu, məscid qapısında canını tapşırarsa içəriyə, ayaqyolu qapısında canını tapşırarsa, çölə yıxılmağı üçün idi.
8 və 9-la tam razıyam.
13-ü çox bəyəndim. Doğurdan da belədir. İnsan 60-70 yaşında da uşaq vaxtı tez-tez duyduğu qoxunu illər sonra təkrar duyduğunda xatirələr təhrifsiz, olduğu kimi canlanır.
15. Sinir sistemində beyin yeganə hissədir ki, sinir ucluqları olmadığına görə heç bir ağrı hiss etməz. Burda acı əvəzinə ağrı düzgün olardı.
19-cuda reaktiv-lag sözünü anlamadım. Sıxlıqla əvəzinə tez-tez yazılmalıdı. Lobuna nə deməkdi?
20-cinin son cümləsini tam anlamadım. Başa düşən anlatsın.
21-ci ilə heç razı deyiləm. Əvəzində başqa üsullardan istifadə edərdim. 

Aysel218, təşəkkür edirəm. Yəqin ki, osmanlıcadan tərcümədi.

Aysel218
diqqetin ucun tesekkur Ferbara...bezi sehvlere gore uzr istirem hamidan :) beyin lobu--beyin yarimkuresi demekdir...lag ise gerileme demekdir...:)
Ferbara
Aysel218, açıqlama üçün sən də sağ ol. :)
Rene

20-cini mən belə başa düşdüm: səsli-küylü yerlərdə telefon dəstəyinin aşağı (yəni danışdığımız) hissəni əlimizlə tuturuq, o nəzərdə tutulub məncə.

Rene
Amma burda mikrofon yazılıb, mikrofonun nə əlaqəsi var, başa düşmədim.
Ferbara
Salam,  Rene. cümlənin sonunda " səs qarışığına mane olmaqla beyninizin işini asanlaşdırır" yazılıb.  Beyinin işi necə asanlaşa bilər. Biz telefonla danışanda səs-küylü yerdən çox uzağa çəkilirik.
Aysel218
Əllə tutanda beynin o biri səslərə qarşı reaksiyası az da olsa zəifləyir və buna görə də beyin bir səsə reaksiya verir...bu da az da olsa beynə kömək edir...bilmirəm fikrimi çatdıra bildim ya yox :)
Ferbara
Anladım. Deməli, özümüzə təlqin etmiş oluruq.  :)
Aysel218
Təxmini hə...:)...ama beyinə doğurdan da kömək etmiş oluruq :)
Ferbara
Hmm… Gərək yoxlayam. Çox sağ ol,  Aysel218.
Rene
Hə də, biri var səs-küydə güclə səsləri ayırd etməyə çalışırsan, yəni ki beyin ayır etməyə çalışır və səs-küy nə qədər çox olsa beyin üçün də bir o qədər çətin olur. Məncə bu nəzərdə tutulub.
P.S. Salam, Ferbara :)
Aysel218
tamamile doğru fikirdesiz :)
Rene

Çox sevindim :)

Niyaz
Həzrəti Əlinin bir kəlamı var:«Allah insana beynini tam işlətməyə imkan versəydi özünü Tanrı hesab edərdi» Doğurdanda insan beyni çox şeyə qadirdir işlətsən təbii ki.Səhv etmirəmsə İQ göstəricisi ən yüksək Albert Eynşteyndə olub təxminən 4-5 %.Müasir insanlar isə öz beyinlərini təxminən 1-2 % işlətməyə qadirdilər.1-2 % lə insan bu qədər işlər görə bilirsə texnika-texnologiya,müxtəlif qurğular,maşınlar və s.siyahını artırmaq olar görün indi insan beynini 100% işlədə bilsə nələr edər təsəvvür edə bilmirəm mən).
Aysel218
Sehv etmiremse Eynwteyn beyninin 86 faizini isledib//belke de daha cox..,,
«Albert Eynşteynin baş beyninin slaydlarının tədqiqi zamanı mənə aydın oldu ki, beynin strukturu və hüceyrələrin quruluşu qeyri-adidir. O öləndə 76 yaşı olub, amma baş beynin hüceyrələri və neyronları qocalıq əlamətinə malik deyillər. Biz qocalanda, orqanizmimizin hüceyrələri və neyronlar dəyişir, bu, xüsusi piqmentasiya ilə seçilir. Amma onun neyronlarının rəngi demək olar ki, dəyişməyib və mən elmi karyeram ərzində belə şey heç vaxt görməmişən — onun beyni gənc oğlana məxsusdur», Bu sozleri meshur nevropatoloq alim  Lüsi Rork-Adams deyib...
SABINA ZZ
mence copy etmek sehv is deyil.bunlari axtarmaq tapmaq,bir yere toplamaq o qeder eziyyetlidir ki.belke de biz hec birimiz bu melumata internetde axtaris ederken rast gelmemisik(men ozum melumatsiz idim).Ayselin sayesinde biz melumati oxuduq,biraz daha maariflendik,nese yeni bir sey oyrendik.Eziyyetinize gore bunlari tapib paylasdiginiza gore tesekkur edirem.Menasiz topik deyil,pis serh verek,ya da pis qiymet.
Aysel218
Tesekkurler Sabina:)
Ferbara
SABINA ZZ, «mence copy etmek sehv is deyil» cümləsini mən də təzə gələndə demişdim. Amma indi razılaşmıram bu sözlə. :)
Aysel218
Her halda hansisa taninmayan saytlardan melumat yigib  burada paylasmaq pis sey deyil :)
SABINA ZZ
niye?menasiz copy ile men de razilasmiram,eger bizim bilmediyimiz,maraqli melumati tapib paylasir sa ne var bunda?biz ansaq Aysele tesekur ede bilerik
Aysel218
Chox sağ ol Sabina :)
Ferbara
Eynilə mən də sənin kimi düşünürdüm. İndi də dəyərli copy-paste topiklərə göz yummaq olar. Amma bu o demək deyil ki, ancaq CP məqalələr görməliyik burda. Əziyyətə gəlincə, əvvəllər burdakı topiklərin əksəriyyəti əllə yığılırdı. Bu da topik yazana zövq verirdi. Buranın mövzusu deyil. :) İstəsən inboksda davam edə bilərik, SABINA ZZ. :)
Medikamentoz
Mən sanki bunları Kayzendə ikinci dəfədir ki oxuyuram(((