Məhəmməd Əli haqqında maraqlı faktlar

*  "Hollywood Walk of Fame" (Hollivud Məşhurlar Xiyabanı) ABŞ Kaliforniya əyalətinin Los Anceles şəhərində məşhurların adlarının yazıldığı piyada (səki) yoludur. 
2002-ci ildə isə Məşhurlar Xiyabanı rəsmiləri öz ənənələrini pozaraq İslam dinini qəbul edən amerikalı boksçu Məhəmməd Əlinin adını divara yazıb. Buna səbəb isə İslam dininin iki əhəmiyyətli şəxsinin adını daşıyan boksçunun bu adların ayaq altında qalmasına razılıq verməməsi olub. 


*  11 sentyabr hadisəsindən sonra ticarət mərkəzlərinin birində məşhur boksçu Məhhəmməd Əliyə CNN jurnalisti Mc.Oneli sual verir:
11 sentyabr terror hadisəsini gerçəkləşdirən terroristlərlə eyni dini paylaşmaqla nə hiss edirsiniz?
Siz Hitler ilə eyni dini paylaşan insan kimi nə hiss edirsizsə mən də onu...


*Mən siqaret çəkmirəm,amma hər zaman cibimdə  kibrit paketi olur.Nə vaxt bir günah işlədəndə,bir kibriti yandırıb  əlimi atəşə yaxınlaşdırıram və özümə deyirəm ki: "Əli sən bu atəşə dözə bilmirsən,Cənənnəm atəşinə necə dözəcəksən?"



Məlumatları topladı və redaktə etdi:Musalı Azər

 

11 şərh

Xrizoberil
çox maraqlı idi. Təşəkkürlər ORİGİNAL ))
Türkəl
Hə, amma Kalsiusun kimin köməyi ilə Məhəmməd olduğunu yazmadın...

ORIGINAL
Bu haqqda məlumatım yox idi.İnternetdə indi axtarış nəticəsində bunu tapdım,başqa bir detal varsa əlavə edə bilərsən.

Barəsində xoşagəlməz söz-söhbətlər gəzirdi. Hamısı da islam dinini qəbul etdiyinə görə. Qaradərili müsəlmanların təşkilatına onu ilk dəfə gətirən elə rəhbər Aliya Məhəmməd olmuşdu. Kasius Kleyə Məhəmməd adını verən və bunu radiodan elan edən, müsəlmanları müjdələyən də Aliya idi. Boksçunun yeni adını öncə ictimaiyyət həzm etmək istəməsə də, bəzi jurnalistlər onun hüquqlarına hörmətlə yanaşırdı. Ancaq söz-söhbət, şayiə səngimirdi.

Türkəl
Aliya Elayca Məhəmməd (Elijah Muhammad) Nation of Islam (qıcasa NOI) deyilən Amerika təşkilatın rəhbəri idi. Bu təşkilat İslam ənənələrinə tam uyğun deyildi və üzvlüyə yalnız qaraları qəbul edirdi. Kalsiusu NOI'la təşkilatın ən fəal üzvü Malkolm X (Malik əl-Həcc Şahbaz) tanış etmişdi, və bundan sonra bokçunun əksər təşkilat üzvləri kimi X soyadını götürməyi gözlənirdi. X və ya Eks, yəni məchul, naməlum, Amerikadakı qaradərililər bu sonluğu ağların onlara vediyi soyaddan imtina etmək üçün adlarına əlavə edirdilər. Əgər kimsə təşkilatda daxil olurdusa və onun orda heç bir adaşı yox idisə onda o sərbəst X soyadını götürə bilərdi, əgər onun adda artıq bir üzv var idisə onda 2X, 2 başqa üzv olduğu halda isə 3X və s. soyadını götürürdü. Sonda isə Kassiusa Əli soyadının verilməsi qərarına gəlindi. Qısa müddət sonra Əlinin dostu Malkolm NOI'ı tərk edir və ənənəvi İslamı — sünniliyi qəbul edir, bir müddət sonra isə elə təşkilatın üzvləri tərəfindən də qətlə yetirilir. Üstündən 10 il eçdikdən sonra isə Məhəmməd Əli artıq ikinci dəfə Malkolmun hərəkətini təkrarlayaraq təbii müsəlman olur.
Türkəl
— Əli, nə üçün Vyetnam müharibəsinə getmədin?
— Hələ heç bir Vetkonqçu məni «nigger» adlandırmayıb.
ORIGINAL
Çünki özləri də bizim dillə desək «kitaygöz»-dü axı.«Nigger» desələr özlərinə qarşı olan razismdən istifadə etmiş olarlar :)
Türkəl
O başqa şeyi vurğulamaq istəyirdi, NOI ona dünyagörünüşünü tamamilə dəyişmişdi.
Medikamentoz
Sonuncu punkt kifayət qədər ibrətamizdir,bunu başqa versiyasını da oxumuşam.
_BUMERANQ_
Məhəmməd Əli:-  "Çempion olduğum zaman, köhnə sökük şalvarımı geyinib, köhnə bir papaq taxıb, saqqal saxlayaraq, məni heç kimin tanımadığı bir kəndin küçələrində gəzintiyə çıxacağam və məni, sadəcə mən olduğum üçün sevəcək bir insan tapana qədər də axtaracam.
Tapdığımda isə onu 1 milyon dollarlıq sahəmə zirvədən baxan 250 min dollarlıq evimə aparıb, ən son dəbli maşınlarımı, havanın yağışlı olduğu günlərdə istifadə etdiyim qapalı hovuzumu göstərəcəyəm və ona «Bax bütün bunların hamısı sənindi, çünki məni mən olduğum üçün sevirsən» deyəcəyəm"
Frngz
Açığı "Siz Hitler ilə eyni dini paylaşan insan kimi nə hiss edirsizsə mən də onu..." deyə cavab verəndən sonra jurnalistin üzünü görmək istərdim :). Çox təşəkkürlər. 
Medikamentoz
Mən siqaret çəkmirəm,amma hər zaman cibimdə  kibrit paketi olur.Nə vaxt bir günah işlədəndə,bir kibriti yandırıb  əlimi atəşə yaxınlaşdırıram və özümə deyirəm ki: "Əli sən bu atəşə dözə bilmirsən,Cənənnəm atəşinə necə dözəcəksən?"---Əla!