Fobiya növləri-2

Xəstəliklərdən qorxma
♦Ümümi xəstəliklər — Patofobiya (Pathophobia)
♦Müəyyən olunmuş xəstəliklər —Monopatofobiya (Monopathophobia)
♦Angina —Anginofobiya (Anginophobia)
♦Yaddaş itgisi —Amnezifobiya (Amnesiphobia)
♦Korluq—Skotomafobiya (Scotomaphobia)
♦Beyin xəstəlikləri — Meningitofobiya (Meningitophobia)
♦Xərçəng — Kançerofobiya (Cancerophobia)
♦İnfarkt —Kardiofobiya (Cardiophobia)
♦Vəba —Xorofobiya (Chorophobia)
♦Gəbəlik — Koprastazofobiya (Coprastasophobia)
♦İnfeksiya — Molizmofobiya (Molysmophobia)
♦Diabet —Diabetofobiya (Diabetophobia)
♦Quduzluq — Kinofobiya (Cynophobia)
♦Qrip— Febrifobiya (Febriphobia)
♦Yaralanma — Tripanofobiya (Trypanophobia)
♦Travma— Travmatofobiya (Traumatophobia)
♦Dəlilik — Dementofobiya (Dementophobia)
♦Dəri qaşınması (gicişməsi) — Akarofobiya (Acarophobia)
♦Cüzam— Leprofobiya (Leprophobia)
♦Yara tikişi — Ftiriofobiya (Phthiriophobia)
♦Zökəm—Epistaksiyofobiya (Epistaxiophobia)
♦Fobiya — Fobiofobiya (Phobophobia)
♦Zəhərlənmə —Toksikofobiya (Toxicophobia)
♦Poliomiyelit (yoluxucu uşaq iflici)— Poliozofobiya (Poliosophobia)
♦Babasil —Proktofobiya (Proctophobia)
♦Şok — Qormefobiya (Hormephobia)
♦Cinsi pozğunluq — Parafobiya (Paraphobia)
♦Dəri xəstəlikləri — Dermatoziofobiya (Dermatosiophobia)
♦Sifilis (yoluxucu zöhrəvi xəstəlik) — Luifobiya (Luiphobia)
♦Vərəm —Ftiziofobiya (Phthisiophobia)
♦Peyvənd— Vaksinofobiya (Vaccinophobia)
♦Zöhrəvi xəstəliklər— Kipridofobiya (Cypndophobia)
Heyvanlardan qorxma
♦Heyvanlar — Zoofobiya (Zoophobia)
♦Heyvanların xəzi və dərisi — Dorafobiya (Doraphobia)
♦Vəhşi heyvanlar — Aqrizoofobiya (Agrizoophobia)
♦Qarışqalar — Mirmekofobiya (Myrmecophobia)
♦Arılar — Apifobiya (Apiphobia)
♦Quşlar— Ornitofobiya (Ornithophobia)
♦Öküzlər— Taurofobiya (Taurophobia)
♦Atlar— Hippofobiya (Hippophobia)
♦Pişiklər —Aklyurofobiya (Aclurophobia)
♦Toyuqlar— Alektorofobiya (Alektorophobia)
♦İtlər— Kinofobiya (Cynophobia)
♦Siçanlar— Muzofobiya (Musophobia)
♦Krısalar — Zemmifobiya (Zemmiphobia)
♦Susamuru— Lyutrafobiya (Lutraphobia)
♦Balıqlar— İxtiofobiya (Ichthyophobia)
♦Akulalar — Selaxofobiya (Selachophobia)
♦Molyusklar — Ostrakonofobiya (Ostraconophobia)
♦Qurbağalar — Batraxofobiya (Batrachophobia)
♦Quru qurbağası— Bufonofobiya (Bufonophobia)
♦Bakteriya və mikroblar —Verminofobiya (Verminophobia)
♦Həşəratlar —Akarofobiya (Acarophobia)
♦Моли — Mottefobiya (Mottephobia)
♦Parazitlər — Parazitofobiya (Parasitophobia)
♦Sürünən heyvanlar (Reptiliyalar) —Herpetofobiya (Herpetophobia)
♦İlanlar — Ofidiofobiya (Ophidiophobia)
♦Hörümçəklər —Araxnefobiya (Arachnephobia)
♦Qurd —Skoletsiofobiya (Scoleciphobia)



Predmetlərdən qorxma
♦Assimetrik əşyalar — Assimetriofobiya (Asymmetriphobia)
♦Balaca əşyalar — Mikrofobiya (Microphobia)
♦Böyük əşyalar — Meqalofobiya (Megalophobia)
♦Müqəddəs əşyalar —Aqiofobiya (Hagiophobia)
♦Avtomobillər —Motorofobiya (Motorophobia)
♦Velosipedlər—Tsiklofobiya (Cyclophobia)
♦Kitablar — Bibliofobiya (Bibliophobia)
♦Saatlar —Xronometrofobiya (Chronometrophobia)
♦Kompyuterlər — Kiberfobiya (Cyberphobia)
♦Xaç və çarmıxa çəkilmiş əşyalar —Staurofobiya (Staurophobia)
♦Xrustal və şüşələr — Kristallofobiya (Crystallophobia)
♦Kuklalar — Pediofobiya (Pediophobia)
♦Yeni dərmanlar — Neofarmofobiya (Neopharmaphobia)
♦Parça—Tekstofobiya (Textophobia)
♦Quş lələyi —Pteronofobiya (Pteronophobia)
♦Fleyta (nəfəsli musiqi aləti) — Aulofobiya (Aulophobia)
♦Maşınlar — Mexanofobiya (Mechanophobia)
♦Güzgü — Katoptrofobiya (Catoptrophobia)
♦Pul —Xrometofobiya (Chrometophobia)
♦İynə və ucu iti əşyalar — Ayxmofobiya (Aichmophobia)
♦Güllə—Ballistofobiya (Ballistophobia)
♦Odlu silah — Qoplofobiya (Hoplophobia)
♦Nüvə silahı — Nukleomitufobiya (Nucleomituphobia)
♦Kağızlar — Papirofobiya (Papyrophobia)
♦Sancaq — Enetofobiya (Enetophobia)
♦Ülgüc — Ksirofobiya (Xyrophobia)
♦Telefonlar—Telefonofobiya (Telephonophobia)
İnsanlardan qorxma
♦Ümumi insanlardan —Antropofobiya (Anthropophobia)
♦İctimaiyyətdən — Sosiofobiya (Sociophobia)
♦Dazlardan— Peladofobiya (Peladophobia)
♦Saqqallılardan —Poqonofobiya (Pogonophobia)
♦Gözəl qadınlardan — Kaliqinefobiya (Caligynephobia)
♦Eybəcər (çirkin)-dən —Teratofobiya (Teratophobia)
♦Güzgüdəki öz əksindən —Eysoptrofobiya (Eisoptrophobia)
♦Yoxsul və dilənçilərdən — Qobofobiya (Hobophobia)
♦Oğrulardan —Sçelerofobiya (Scelerophobia)
♦Uşaqlardan —Pedofobiya (Pedophobia)
♦Günahsız qızlardan — Partenofobiya (Parthenophobia)
♦Çinlilərdən —Sinofobiya (Sinophobia)
♦Klounlardan — Koulrofobiya (Coulrophobia)
♦Diş həkimindən —Dentofobiya (Dentophobia)
♦Əcnəbilərdən — Ksenofobiya (Xenophobia)
♦İngilislərdən — Anqlofobiya (Anglophobia)
♦Fransızlardan— Frankofobiya (Francophobia)
♦Almanlardan — Tevtofobiya (Teutophobia)
♦Yunanlardan— Heliofobiya (Heliophobia)
♦Homoseksuallardan — Homofobiya (Homophobia)
♦Kişilərdən—Androfobiya (Androphobia)
♦Yaponlardan — Yaponofobiya (Japanophobia)
♦Yəhudilərdən — İudofobiya (Judeophobia)
♦Qaynana (arvadın anası və   kişinin anası)— Penterafobiya (Pentheraphobia)
♦Qocalardan —Qerontofobiya (Gerontophobia)
♦Roma papasından — Papafobiya (Papaphobia)
♦Siyasətçilərdən — Politikofobiya (Politicophobia)
♦Keşişlərdən— Hierofobiya (Hierophobia)
♦Fahişələrdən — Kipridofobiya (Cypridophobia)
♦Qarətçilərdən — Harpaksofobiya (Harpaxophobia)
♦Ruslardan— Rusofobiya (Russophobia)
♦Qohumlardan—Sinqenezofobiya (Syngenesophobia)
♦Qadınlardan — Qinofobiya (Gynophobia)
♦Yeniyetmələrdən — Efebifobiya (Ephebiphobia)
♦Qarşı cinsin nümayəndəsindən — Heterofobiya (Heterophobia)
♦Cadugər və tilsimçilərdən — Vikkafobiya (Wiccaphobia)

35 şərh

Əliyev
yəhudilər,ingilislər,yaponlar qeyd edildi.Amma ermənilərdən qorxma (arymyanofobiya) da olmalıdır.
Niyaz
Əşşi tulalardan qorxmaq lazım deyil :)Onlar kimdiki biz onlardan qorxaq:)
Medikamentoz
Milli ayrıseçkilik salmayaq,amma bununla da heçkimdən,xüsusilə Ermənilərdən qorxmağa belə dəyməz.
 
Shabnam_Ilham
Akarofobiya (Acarophobia), Araxnefobiya (Arachnephobia)- Nə yalan deyim bu yaşıma çatmışam hələ də həşərat, hörümçəkdən qorxuram. Özlərini təsəvvür edəndə belə tüklərim biz-biz durur o.O -_-
Ferbara
Bilologiya kitabında böcəklərə aid dərsləri rahat oxumaq üçün şəkillərin üstünü örtürdüm. :)
MURAD_SEYFULLAYEV
:))) Axx bu zərif xanımlar… Özlərindən qorxursuz başa düşdüm, day niyə təsəvvür etməkdən, şəkillərindən qorxursuz? :) 
Ferbara
Qorxmaqdan çox irgənirik. Şəklindəki açıq-aydın görünən o çox ayaqlara baxanda elə bilirəm ki, kağızdan çıxıb üstümə dırmaşacaq. :) 
Shabnam_Ilham
Axaxaxa Ferbara mən də, görəndə qəribə olurdum -_- 
MURAD_SEYFULLAYEV bunun səbəbi araşdırılır hələ :P 
_BUMERANQ_
Oturub məntiqlə fikirləşirəm və qərar verirəm ki, həşəratlardan qorxmamalıyam. Özümə təlqin edirəm ki, mən onlardan güclüyəm. Hər şey qaydasında olur, taa ki, qarşıma növbəti cəyirtkə cıxana qədər. Dəli oluram :D
Ferbara
Çəyirtkəni demə. Əsas da böyükləri. Nə vaxt üstünə atılacağını təxmin edə bilməzsən. :))
pascal
Şərhləri oxuyan da elə bilər topik həşaratlardan bəhs edir. ;) ))
Millətlərdən də qorxmaq varmış…
_BUMERANQ_
Ən geniş yayılmışı odu axı ;)
Ferbara
Böcəkdən qorxan başqa qorxulacaq şeydən qorxmaya bilər. Məsələn, evdə kərtənkələ peyda olubsa, onun axırına mən çıxıram.
Bir dəfə başqa həyət evindən bizə göndərilən iri zənbilin içində siçan balası evimizə düşmüşdü. Onu da selofandan tələ quraraq tutub evdən çox uzaq yerə buraxdım. Çox qəşəng muncuq kimi gözləri olduğuna görə öldürməyə qıymadım. :)
Shabnam_Ilham
Siçandan mən də qorxmuram nəsə, liftdə onunla bir yuxarı qaldığım vaxtlar olub, ahh canım, necə məsum baxırdı :D 
Ferbara
:)) Bəs siçandan qorxan qızlar hanı? Görürəm bizlərdən heç kim siçandan qorxmur. :)
Shabnam_Ilham
 O qlamur qızlara aiddi :P 
velili_hemide
İnanmiram ki, tək başına bir otaqda siçan olduğunu bilərək yata biləsiniz :-) Düşünmək belə qorxuludur. Tapıb öldürərəm deməyin, siz onu tapa bilməzsiniz, o sizi tapar :-D Lap kiçik olanda bir siçanın balaca körpənin əllərini və üzünün bir hissəsini yediyini eşitmişdim — mənim qorxu səbəbim budur. 
Ferbara
O siçovuldu. Hə, siçovuldan həqiqətən qorxuludu. Amma bu qadınlar lap balaca siçanlardan da dəli kimi qorxurlar. :))
velili_hemide
 İtlər— Kinofobiya (Cynophobia)
 
Quduzluq — Kinofobiya (Cynophobia)
a=b,  b=c  onda a=c. İtlər=quduzluq.  
Shabnam_Ilham
velili_hemide maraqlı yanaşmadı, bəyəndim :) (y)
beautiful
Mənim fobiyalarım saymaqla bitməz…
Gülnar
Hər şeyi başa düşmək olar, günahsız qızlardan qorxmaq niyə day? :))
MURAD_SEYFULLAYEV
Görəsən ölümdən qorxma necə adlanır?
Ferbara
Tanatafobiya. Bütün fobiyaların başında ölümdən qorxmaq durur. :)
MURAD_SEYFULLAYEV
Düzdür, əsas da xəstəliklərlə bağlı fobiyaların başında və kökündə durur… :)
Tanatafobiya terminini də bildim sayənizdə. :)
Ferbara
Google əmi sağ olsun. :)
Ferbara
Bir fobiya da var. Filofobiya-sevmək və sevilməkdən qorxmaq.
pascal
Bizim dildəki bütün sözlərin qarşısına yunan, ingilis və ya başqa dillərdə tərcümə olunan sözləri yazıb, arxasına da ....fobiyanı qoyduqsa, hər şeydən qorxmaq növü olacaq deyəsən. :)
Ferbara
Hə. Lap özümüzdən də qoşa bilərik. Məsələn, siqaret, yaxud tütündən qorxmağın adını tapa bilmədim. Adını özümüz fikirləşə bilərik. Tabakofobiya. :))
pascal
Eynən. Bir az yunan dilindən anlasaydıq axı… ;) :)