Verter Effekti

Verter Effekti və ya Verter Sindromu — televiziya və ya digər KİV-də geniş şəkildə işıqlandırılmış intiharı yamsılayan kütləvi intiharlar dalğasıdır. 1974-1975-ci illərdə San-Dieqodakı Kaliforniya universitetində çalışan amerikan sosioloqu Devid Filipps tərəfindən aşkar edilmişdir. Devid XVIII əsrin sonlarında Avropada Hötenin «Gənc Verterin İztirabları» romanının yayılması ilə baş qaldırmış və romanın qəhrəmanı Verterin intiharını yamsılayan intiharlar dalğasını araşdırmışdır.
Həmçinin, Filipps digər həmkarı Karstensenlə birgə 7 il müddətində (1973-1979) intihar hadisələri arasındakı bu cür qarşılıqlı əlaqəni araşdırmışdır. Onlar yeniyetmələr arasındakı 12 585 intihar hadisəsinə dair məlumatlar toplamış və həmin intiharlarla telereportajlarda və  qəzetlərin üz səhifələrindəki intihar xəbərləri arasındakı əlaqəni araşdırmışlar. kütləvi intiharFilipps və Karstensen xəbərlərdəki intihar hadisələrindən sonrakı 0-7 gün ərzində bu cür hadisələrin sayının əhəmiyyətli dərəcədə artdığını aşkar etmişlər. Hadisələrin sayı ilə reportajı göstərən proqramların sayı arasındakı korrelyasiya nisbəti r=0,52 olmuşdur. Bu korrelyasiya göstəricisi yetkin insanlar arasındakı intiharlara deyil, yalnız yeniyetmələrə aid idi və oğlanlar arasındakı intihar hallarının sayı qızlara nisbətən xeyli çox idi.
Qeyd: Korrelyasiya (korrelyasiya asılılığı) — iki və ya digər təsadüfi kəmiyyət arasında mövcud olan statistik qarşılıqlı əlaqədir. R və ya r  — korrelyasiyanın əmsalıdır.
Nəhayət, Amerika Birləşmiş Ştatlarında 1947-1968-ci illər ərzində baş vermiş intihar hadisələrinə dair statistik məlumatları araşdırdıqdan sonra Filipps aşkar etdi ki, geniş şəkildə ictimailəşdirilmiş hər bir intihar hadisəsindən sonra canına qəsd edən şəxslərin sayı həmişəkinə nisbətən orta hesabla 58 nəfər artır.
Filipps intihar hadisəsi ictimailəşdirilmiş şəxslə  onun ardınca intihar etmiş şəxslərin situasiyaları arasındakı bənzərlikləri araşdırmışdır (intihar hadisəsi işıqlandırılmış şəxs yaşlı olduqda yaşlı insanlar arasındakı intihar hadisələrinin sayı artırdı; müəyyən sosial çevrəyə aid olduqda və ya müəyyən ixtisasa sahib olduqda isə həmin sferalarda intiharların sayı artırdı). Bundan başqa, Filipps intihar hadisəsi işıqlandırılmış şəxs və onun ardınca intihar etmiş şəxslərin intihar üsulları arasındakı bənzərlikləri də araşdırmışdır. İntiharı imitasiya reaksiyası, həmçinin özünə güvənməyən və bir çox şeydə digərlərindən nümunə götürməyə adət etmiş insanlara xasdır, ələlxüsus da canına qıymış insanların həyatları onlara öz həyatlarını xatırladırsa. Bu cür insanlar ümidlərini itirdikdə, problemlərinə digər həll yolu tapa bilmədikdə çox vaxt kiminsə intihar xəbərini özləri üçün işarət kimi qəbul edir və bir çox şeydə özlərinə bənzəyən insanın etdiyini təkrar edirlər.
Avstriyada XX əsrin 80-ci illərində metroda intihar hadisələrinin sayı həddindən artıq çoxaldıqda, 1987-ci ildə Vyana Krizis Mərkəzi və Vyana metropoliteninin əməkdaşları birgə xüsusi eksperiment apardılar: onlar «relslər üzərində ölüm» hadisələrini işıqlandırmamağı, ən azından "şişirib" sensasiyaya çevirməməyi və bu cür hadisələrə minimum diqqət yetirməyi qərara aldılar. Artıq 1 aydan sonra metrodakı intihar hadisələrinin sayı təxminən 3 dəfə azaldı. O vaxtdan Avstriya mətbuatında bu cür faciəvi hadisələrin işıqlandırılması qadağandır.
Devid Filipps həmçinin, Merilin Monronun ölümündən sonrakı intihar dalğasını da Verter effekti ilə izah etmişdir.
Mənbə: www.wikipedia.org
Rus dilindən tərcümə etdi: Rəna Məmmədova, yəni özüm :)

8 şərh

Bakinets
Rusiyada Peterburqda iki qız özünü balkondan aşağı atmışdı 10cu mərtəbədən. Üstündən bir az keçmiş Moskvada başqa iki qız özünü 14cü mərtıbədən aşağı tulladı. Ona görə də mən Verter effektinə inanıram.
MASON
maraqli ve aglabatandi, damino effekti kimi bir weydi
MaksiMuS
En agir intihar növü — YAWAMAQDIR...:( MARAQLI meqaledi.twk.+
Rene
Elə bizdə də, fikir versəniz özünü Qız Qalasından atıb intihar edənlərin, ya da ki bulvarda dəniz atanların sayı get-gedə artır… Düzdür, deyəsən Qız Qalasının üst qatını artıq bağlayıblar. Amma məncə bu çıxış yolu deyil. Məncə bizdə də bu cür xəbərləri işıqlandırmasalar intiharların sayı azalar.
Maximus, bəziləri intiharı cəsarətli addım kimi saysalar da, məncə əksinə, yaşamaq iradə tələb edir, sözünə qüvvət. Amma təəssüf ki, bu addımı da atanlar olur… ((
Angelie

Mən həmişə cinayət və intihar xarakterli xəbərlərin geniş şəkildə yayılmasının əleyhinə olmuşam...bəzi insanların daxilində yatmış hissləri oyadır. Bu yaxınlarda xəbər portallarının birində yeniyetmə bir qızın qonşunun 5 yaşlı qızının boğazını kəsərək öldürməsi barədə xəbər oxudum. həmin qız öz gündəliyində bu hissin olduqca həzz verici olduğunu və hər kəsə məsləhət gördüyünü yazmışdı...məncə bu cür xəbər çoxlarına təsir edir...Bəziləri hətta seriallardakı qəhrəmanlardan ibrət alıb intihar edir...Allah hamımızı belə pisliklərdən qorusun!

Shabnam_Ilham
Hələ bu sadalananlardan əlavə cinayət xəbərlərinin elə şou şəklində anons edirlər ki, adam əsəbiləşir. Məs: Filankəs filankəsi vəhşicəsinə öldürdü- Əgər necə öldürdüyünü bilmək istəyirsinizsə filan saatda kanalımıza baxmağı unutmayın… Artıq cinayət və cinayətkarlarla verlişlərin reytinqini qaldırırlar. Həqiqətən çox acınacaqlı vəziyyətdi…
Medikamentoz
Bu xəbərlərin afişası və yayımlanması xüsusi ehtiyatlılıq prinsipi altında həyata keçirilməlidir.
mogy
men ona gore hemise deyiremki bizim kanallardaki cinayet xeberlerinin menfi tesiri boyukdur, insanlarda bu cinayet+intihar+ya d abu tip seylerin adi olmasi barede fikir yaradir ardinca da verter effekti ozunu gosterir…