Maraqlı faktlar-3

Bilinməyən faktlar:

İngilislər hara getdi?
ingilis ordusunun bilinməyən müəmması

Bilinməyən faktlar:

İngilis ordusu hara getdi? 12 avqust 1915- ci ildə Çanakkalada savaşında ingilislərin 54- cü batalyonuna aid olan Norfolk batalyonunun kiçik Anafartalar düzənliyində bir təpəyə qalxmasını, təpənin üzərindəki bir ağ buludun içərisinə girməsini, sonuncu əsgər də buludun içərisində yox olduqdan sonra buludun yavaşca göyə qalxmağını və küləyin əksi istiqamətində hərəkət etdiyini, 250 əsgər,16 zabit və bir polkovnikin heç bir iz qoymadan yoxa çıxmasını, və bir daha onlardan xəbər gəlmədiyini bilirdiniz?

Qırmızıdərililər New-Yorku neçiyə satıblar?
qırmızıdərili hindilər Bu gün dünyanın ən bahalı ərazisi olan New-Yorkun məşhur Manhattan adasını 1624- cü ildə Peter Munit adlı bir tacir tərəfindən Qırmızıdərililərdən 24 dollar dəyərində olan bir muncuq qarşılığında satın alınmasını, ümumilikdə 58km2 olan Manhattana ilk dəfə Hollandiyalıların yerləşdirildiyini və bölgəyə New Amsterdam adı verildiyini, bölgəyə 1664- cü ildə yerləşdirilən ingilislərinsə New York adını verdiyini bilirdinizmi?
Leonardo Da Vinçi:
Leonardo Da Vinçinin 16- cı əsrin başlanğıcında müasir helikopterə çox bənzəyən uçan maşınlar cızdığını, engizisyon qorxusu ilə bunları gizlətdiyini, bu qanunlar 1797- ci ildə yayınlananda hər bir kəsin havada ağır maşınların dayana bilməyəcəyini söyləməsini, 20- ci əsrin əvvəllərində tanınmış astronom Simon Newcombun uçan maşınların uzaq məsafələrə gedə bilməsini təmin edəcək bir gücün olmamasını müdafiə etməsini, 1924- cü ildə professor Hermann Oberthin "Kosmosa Raketlər" adlı kitabını tənqid edən Nature dərgisi, ilk raketlərin havaya atıldığı 1940- cı illərdə belə həkimlərin insane orqanizminin çəkisizlik mühitinə uyğunlaşmayacağını və insanların kosmosa uçmasının mümkün olmadığını dediklərini bilirdinizmi?

Piramidaların sirləri:

Qahirədə tapılan Xeops piramidasının 12 ton ağırlığında iki milyon yarım daş blokdan tikilməsini, gündə 10 blok yerləşdirildiyini və tikintinin 664 il çəkdiyini, piramidanın üzərindən keçən meridianın qurunu və dənizləri(suyu) tam bərabər iki hissəyə böldüyünü, və piramidanın dünyanın ağırlıq mərkəzinin tam ortasında olmasını, yüksəkliyinin 164 metr olması və və bunun bir milyarda hasilinin günəşlə yer arasındakı məsafəyə bərabər olduğunu, döşəməsinin sahəsinin yüksəkliyinin iki mislinə bölünməsindən Pİ (3.14) alındığını, piramidaların içərisində ultrasəsli, radar və s cihazların işləmədiyini, kirlənmiş suyun piramidanın içərisində bir neçə gün qaldıqdn sonar tər-təmiz olduğunu, piramidanın içərisində südün bir neçə gün tərg olmadan qalmasını və sonda tərg olmadan yoqurt kimi olduğunu, bitkilərin piramidanın içərisində daha sürətlə böyüdüyünü, zibil bitonu içərisindəki yemək artıqlarının(zibillərin) heç bir qoxu vermədən mumyalaşdığını, kəsik, yanıq, və sairlərin piramidanın içərisində daha tez sağaldığını, piramidanın içərisində yayın soyuq qışınsa isti olduğunu, piramida kimin adına tikilmişsə onun tapıldığı otağa ildə iki dəfə günəş (günəş işığı) düşməsini və həmin günlərin piramidanın adına tikildiyi şəxsin doğum və taxta çıxdığı günlər olduğunu bilirdiz?

Piri Rəis xəritələri peykdənmi çəkdi?
18- ci əsrin əvvəllərində Topqapı sarayında kapitan Piri Rəisə aid bir çox qədim xəritənin tapıldığını, 1957- ci ildə Amerikalı xəritəçilər tərəfindən araşdırılan xəritələrdə hələ 1952- ci ildə səs əks etdirən vasitələrlə kəşf edilən Antarktika dağlarının bütün detallarıyla cızıldığını, daha sonar peyk şəkilləriylə qarşılaşdırıldığında müdhiş bənzərliklər çıxdığını, alimlərin bu xəritələrin ancaq peyk şəkilləri əsasında çəkilməsinin mümkün olduğunu deməsini , hansının ki Piri Rəis tərəfindən neçə əsr əvvəl çəkildiyini bilirdinizmi?

Hazırladı: Dilqəm Kərimov

20 şərh

Ferbara
Bu qədər uzun cümlələr görməmişdim. Bilirdinizmi? ))
ramzes
Cümlələr uzun olsa da, arasında vergül var ,nöqtə ilə də əvəz edə bilərdim, amma onda əsas mövzudan fikir ayrılır.
veis_eco
oxumamishamammaeladi)))))))
fidan
Sonuncu dəfə sizə xəbərdarlıq edilir. bura çat yaxud Facebook deyil,yazanda səviyyəli yazın. Dostunuz olduğuna görə ramzesə mənasız şərh yazmayın.Əks tədqirdə o da,siz də cəzalanacaqsınız.
veis_eco
ramzese deymeyinondan birde tapmayacaqsiz o tarixin tapintisidir/ok fidan anladim
ramzes
Fidan xanım mənim günahım nədi?
fidan
Burda offtop edib mövzunu dəyişməyək.Maraqlı post var ortada.
Yaxşı olar ki,dostunuza qaydalara uyğun yazmağı öyrədin. Offtopu saxlayaq.
ramzes
Fidan xanım mənə yavaş yavaş ilişirsiz ha…  ( offftopu  qızlar edir sən də qızsan)
Ferbara

piramidanın içərisində südün bir neçə gün tərg olmadan qalmasını cümlə hissəsində tərg nə deməkdi?


Bir də hər şəkildən üstdə yazılan başlıqları bir az aralı yerləşdirin ki, biri o birindən fərqlənsin.

xiridar
tərg olmaq= zay olmaq,xarab olmaq,öz xüsusiyyətini itirmək
Arzt
Mənim daha çox piramidalar haqqında olan məlumat diqqətimi çəkdi.Həqiqətən də deməyə söz yoxdu.O zamanın bu qədər dəqiqliyi hec də adi qarşılanmamalıdır.Bizim bilmədiyimiz hələ çox müamma var…
Leveller
Mən bir daha əmin oldum ki, Qurani-Kərimdə yazılmış olan və o zaman üçün kəşfi mümkünsüz diyə göstərilən elmi həqiqətlərin o vaxtkı insanlar üçün əyan olması möcüzə zad deyil.Piramidalar görün nə vaxt tikilib, Qurani-Kərim nə vaxt yazılıb.O cür mükəmməl piramidanın tikilməsi ancaq yüksək elmin nəticəsi ola bilər, o təsadüfən elə tikilə bilməz.Müsəlmanlar isə adicə suyun suya qarışmamasının artıq miladdan sonra VII əsrdə bilinmiş olmasını mümkünsüz hesab edirlər…
səlahəddin
Səhrada və cahil insanların yaşadığı dövrdə Quranın nazil olmasını,ordakı faktları möcüzə saymırsansa sən kitab oxuya-oxuya özünə kor deyən dilənçilərə oxşayırsan.Sözümdən incimə,qardaşım.
Leveller

Mən deyirəm ki, o cür piramida tikilibsə deməli elm yüksək səviyyədə olub.Ola bilər, Quranın nazil edlldiyi mühitdə insanlar cahil olmuş ola bilər, əsas odur ki, ordakı elmi faktların ƏVVƏLCƏDƏN bilinib bilinməməsini necə sübut edəcəksən?Dedik axı, insanlar hələ çox-çox qədimdən elə elmi biliklərə malik olub ki, piramida kimi mirasları qoymamış olsaydılar heç kim inanmazdı.Bəs onda haradan bilək ordakı elmi faktların əvvəlcədən kəşf olunub-olunmamasını?Bəlkə təkrardır?

tenqo

Yenə dini mübahisələr başladı. Axı bu postda piramidanın tikintisindən söhbət getdi. Deyilmədi ki, onlar ilahi möcüzələrdir. Dini fikirlərinizi dini mövzularda bölüşün xahiş edirəm.


Leveller, Qurani-Kərimə və ümumiyyətlə dinə qarşı münasibətinizi xahiş edirəm dinlə bağlı mövzularda bildirin və nə sözünüz varsa, orada yazın. Elə hər mövzuya dini söhbətlər qatmayın. «Meksika körfəzində neft ləkələri» adlı fotoanonsda belə bir şərh yazmısınız: «Nə əcəbsə, müsəlmanlar buradan «Allah» yazısı tapmayıblar.» Bu cür provokativ şərhlər yazmaqdansa daha səmərəli fəaliyyət göstərin. Öz biliklərinizi yeni postlar yaratmaqla bölüşün.


Bunlar hamısı subyektiv fikirlərimdir və hər mövzuda dini mübahisə görmək şəxsən mənə xoş deyil, çünki bu cür mübahisələr mənasız gəlir mənə. Onsuz da hər kəz öz bildiyində qalır.

Leveller
Hər kəs öz bildiyində qalsaydı bu qədər çox  din ortaya çıxmazdı.Dini mübahisə xoşunuza gəlmirsə oxumaya da bilərsiniz, nə məcburdu?Mən mövzu ilə əlaqəli yazmışam, sadəcə bir tərəfdən də din mövzusuna bağlıdır.
tenqo
Demək olar hər bir mövzu dinlə bağlıdır və mübahisə yaradacaq söhbət də açmaq olar. Hər mövzuda dini mübahisələr getsə, xoş olmaz oxunanlar da. Bürclər haqda mövzuda da dini mübahisə yaratmaq olar, amma mövzuda bu cür mübahisələr rast gəlinsə, məncə, yaxşı olmaz heç.
kay1
boş-boş danışmıyın yalnız mövzuyla bağlı şərh edin
pascal
Hərdən topiklərdən çox, burdakı admin və istifadəçilərin tələbkarlığı diqqətimi çəkib. Kaş bu gün də onlar bu saytda olaydılar. :(