Daşa dönən şəhər “Pompey”
Ardı →
İnkişaf etmək istəyənlər üçün maraqlı məlumatlar olan kollektiv bloq servisi
Bilinməyən faktlar:
İngilislər hara getdi?
Bilinməyən faktlar:
İngilis ordusu hara getdi? 12 avqust 1915- ci ildə Çanakkalada savaşında ingilislərin 54- cü batalyonuna aid olan Norfolk batalyonunun kiçik Anafartalar düzənliyində bir təpəyə qalxmasını, təpənin üzərindəki bir ağ buludun içərisinə girməsini, sonuncu əsgər də buludun içərisində yox olduqdan sonra buludun yavaşca göyə qalxmağını və küləyin əksi istiqamətində hərəkət etdiyini, 250 əsgər,16 zabit və bir polkovnikin heç bir iz qoymadan yoxa çıxmasını, və bir daha onlardan xəbər gəlmədiyini bilirdiniz?
Kosmosa baxdığınızda gördüyünüz yalnız kosmos deyil, əslində bir zaman tunelidir. Məsələn, bu an dünyadan 65 milyon işıq ili uzaqda olan bir yadplanetli dünyanı seyr etsə idi, o, böyük ehtimalla dinozavrları görmüş olardı.
1960-ci ildə Türkiyədə Elazığda dəlixandan 423 dəli qaçaraq küçələr və məhlələrə doluşur.O zaman məşhur həkim Mutemet Bəy xəstəxanın baş həkimiydi.Həkimə «nə edək?»-deyə soruşurlar.
BBC Future Proqramı çərçivəsində 21 Oktyabr tarixində “Dünyanı Dəyişdirən Fikirlər” adlı konfrans keçirilmişdir. Konfransda elm, texnologiyalar və sağlamlıq haqqında yeniliklər müzakirə edilmişdir. Əsas müzakirə olunan məsələlərdən biri də kosmosda insan koloniyalarının qurulması ilə bağlı olmuşdur.
Planetimizdə əhali sayının sürətlə artması nəticəsində yaranan ərazi və resurs problemləri insanları yeni dünya axtarmağa məcbur edir. SpaceX adlı kosmik turizm şirkətinin sahibi Elon Mask bildirir ki, “Hər hansı bir fəlakət nəticəsində insan varlığını qorumaq üçün başqa planetlərdə yaşamağa imkan verən araşdırmalar vacibdir”. Kosmik koloniya haqqında ilk fikiri 1920-ci ildə Avstriyalı roket dizayneri Herman Potoçnik irəli sürmüşdür. Potoçnikin xəyal etdiyi layihə UFO-ya bənzər dairəvi kosmik aparat yaratmaq idi. Bu aparat süni yer cazibəsi yaratmaq üçün fırlanacaq və enerjini isə günəş palelləri vasitəsi ilə əldə edəcəkdi.
Digər alimlər isə kosmosda koloniya qurmaq əvəzinə başqa bir planetdə ya da Ayda insanın yaşaması üçün lazımi vasitələri özündə birləşdirən süni biosfer yaratmağı daha ağlabatan hesab edirlər. Bu sahədə ilk layihə “Mars 2025”-dir, hansı ki həmin ilə qədər Marsda yeni mədəniyyətin yaradılmasını nəzərdə tutur.