Рейтинг
+196.92

Maraqlı faktlar

181 üzv, 804 topik

Dünyanın sonunun gələcəyinə dair boşa çıxmış proqnozlar

Dünyanın sonunun çatmasına dair ( ya da digər hadisələr )  konkret tarix göstərilməsi ilə bağlı bir çox proqnozlar məlumdur. Bunlardan bəzilərini nəzərdən keçirək:

* 1533, 18 oktyabr — Alman riyaziyyatçısı və rahibi Maykl Ştifelin hesablamalarına görə dünyanın sonu tarixi;

* 1688 -1700 — şotland riyaziyyatçısı Con Neperin hesablamalarına və Apokalipsisə ( Məhşər ) dair şərhlərinə əsasən dünyanın sonu tarixi;

* 1736, 13 oktyabr — ingilis ilahiyyatçısı Uilyam Uistonun öncəgörmələrinə əsasən böyük daşqın nəticəsində dünyanın sonunun çatması;
Ardı →

iPhone-da yenilik

iPhone üçün hazırlanan proqramlara daha biri əlavə edildi.
Proqramın adı “UGly Meter”dir, yəni “Çirkin Ölçər”.
Proqramın istifadəsi çox asandır. 
Əvvəlcə proqramı telefonunuza endirirsiniz.
Sonra fotonuzu çəkirsiniz, ya da albomunuzdan bir fotonu proqrama yoxlaması üçün verirsiniz.
Proqram qaş, göz, burun, ağız və çənənin bir-birlərinə uyğunluğunu, simmetriyasını yoxlayır və sizə 1-dən 10-a qədər xal verir.
Aldığınız xal nə qədər böyükdürsə deməli siz o qədər çox çirkinsiniz.
İş bununla yekunlaşmır, xaldan sonra proqram sizi (daha doğrusu şəklinizi) şərh edir. 
Şərhlər hətta bəzən təhqiramiz olur.

Misal üçün ingilis müğənni Çeril Koulun fotosuna proqram bu cür şərh verib: “O qədər pis görünürsünüz ki… Olmaya sizin həkiminiz veterinardır?”.
Ardı →

Oxu və heyrətlən

*V.Harvey qan dövranı haqqında kiçik kitabçası üzərində düz 13 il işləmişdir.


*N.Kopernik öz traktatını yaratmağa otuz ildən çox vaxt sərf etmişdir.


*İ.Nyuton öz ideyalarını bəşəriyyətə bildirməyə qərara alana qədər onların haqqında 20 il ətraflı düşünmüşdür.


*Firdovsi özünün «Şahnamə» əsərinə 30 il sərf etmişdir.


*Ç.Darvin özü haqqında belə demişdir: «Mən oxuduğum və konspektini tutduğum cürbəcür kitabların siyahısını nəzərdən keçirəndə öz əməksevərliyimə məəttəl qalıram.


*Höte «Faust» əsərini 7 ilə yazmışdır.


*Sirri Səkkati Həzrətləri ətrafına yığışanlara səbr haqqında bəhs edərkən bir əqrəb onu bir neçə dəfə çaldı. O, isə buna heç bir əhəmiyyət vermədi. Ondan bunun səbəbini soruşduqda o, belə cavab verdi: «Səbrdən bəhs etdiyim bır halda səbr etməməkdən qorxdum.»


Ardı →

Məşhurlar ölüm anında...

Şotland tarixşisi Tomas Karley ölüm ayağında cox sakit halda: «Hə ölüm bu imiş sən demə !»

Bəstəkar Edvard Qriq: «Neyləmək olar, əgər bu qaçılmazdırsa..»


Kraliça Mariya Antuanetta edam olunmazdan əvvəl özünü cox sakit aparıb… Hətta dar ağacına yaxınlaşarkən bilmədən ayağını tapdaladığı cəllada: «Bağışlayın cənab, mən bunu bilmədən etdim» deyə üzrdə isəyibmiş.


Roma imperatoru Tiran Neron ölüm qabağı qişqırtı ilə: «Dahi bir artist ölür»


Vaslav Nijinski, Anatol Frans, Cüzeppe Qaribaldi, Corc Bayron ölümqabağı 1 söz deyiblər: «ANA»


Ardı →

Üzünü qırxmayan qadınlar, ayaq dişləyən kişilər

ABŞ-a yollanmaq fikrində olan soydaşlarımız bir qədər ehtiyatlı olmalıdırlar.Çünki bu ölkəni təşkil edən 50 ştatın hər birində qəribə, bəzən də əcaib qanunlar və yasaqlar var.Britaniyalı yazıçı Enni Taker Morqan ştatların yerli qanunvericiliklərini araşdıraraq absurd yasaqların siyahısını hazırlayıb.Bu siyahının bəzilərini sizlərə təqdim edirik.

Alabama: Burada saxta bığ vurub kilsəyə getmək və camaatı güldürmək olmaz.
Alyaska: Sığın ovunda olan adamın qulağına nə isə pıçıldamaq olmaz.
Arizona: Kaktus kəsəni 25 il həbs gözləyir.

Ardı →

Qəribə qanunlar

Qəribə qanunlar nə qədər gülməli, ağlamalı, sərt və satirik olsa da, onların faydalı olmaları da danılmaz faktdır. Azından bu qanunlar vaxtaşırı bizi həyatımızda mövcud olan qanunların indiki reallığa nə qədər uyğunlaşdığını nəzərdən keçirməyə sövq edir.

Los-Anjeles şəhərinin qanunlarına görə məhkəmə prosesi zamanı ifadə verən şahidlərə ağlamaq qadağan edilib.

Kaliforniya Ştatının qanunlarına görə böyüklərin uşaqlara palçıqlı suda oynamağı yasaq etməsi qadağandır. Hətta uşaqların bu məşğuliyyətinə mane olmaq cəhdlərini belə qanun qadağan edir.
Ardı →

Təsadüfi ölümlər

1898-ci ildə jurnalist-yazar Morgan Robinson «Titan» adlı bir kitab yazdı. Kitabda böyük bir reys gəmisi, okeanda aysberqə çarpırdı. 14 il sonra «Titanik» dəniz faciəsi meydana gəldi.

Təsadüflər zəncirinin ən inanılmazı, 1981-ci ildə ABŞın Boston şəhərində meydana gəldi. Randolp Matika, ildırım vurması nəticəsində evinin qarşısında öldü. Adamın dul yoldaşı yenidən evləndi. Kürəkən Pepero toy gecəsi siqaret çəkmək üçün balkona çıxdı. Düşən ildırım, kürəkənin ölümünə səbəb oldu. Qadın sinir krizləri keçirdi. Müalicə üçün getdiyi klinikada bir həkimə aşiq oldu və evləndi. 1 həftə sonra xəstəsini ziyarətə gedən həkimi də ildırım vurdu.

  Christina Veroni, 1991-ci ildə İtalyanın Torino şəhərində tramvay çarpması nəticəsində öldü. 4 il sonra atası Vittorio, eyni keçiddə eyni sürücünün istifadə etdiyi eyni tramvayın çarpması nəticəsində öldü.
Ardı →