Рейтинг
+196.92

Maraqlı faktlar

181 üzv, 804 topik

Fobiya növləri-1

Hər şeydən qorxma— Panafobiya (Panophobia)


Əşya çoxluğundan qorxma— Polifobiya(Polyphobia)


Yeniliklərdən qorxma— Neofobiya(Neophobia)


Təbiət yaradışları


Havadan qorxma — Anemofobiya (Anemophobia)


Buludlardan qorxma—Nefofobiya (Nephophobia)


Soyuqdan,buzdan və şaxtadan qorxma — Kriofobiya (Cryophobta)


Gecədən qorxma — Niktofobiya (Nyctophobia)


Qaranlıqdan qorxma— Skotofobiya (Scotophobia)


Gündən qorxma— Eozofobiya (Eosophobia)


Ardı →

Əsnəmək əsnəmək gətirər

Keçmişlərdə bir ər-arvadın qapısını qonaq döyür. Qapını açıb qonağı içəri gətirirlər, qarşısına necə deyərlər, Allah verəndən qoyub, söhbətə başlayırlar. Yeyib içəndən sonra yol yorğunu olan qonaq əsnəməyə başlayır.


Ev yiyəsinin xanımı da qonaq əsnədikcə əsnəyir. Qonaq əsnəyir, arvad əsnəyir, axırda ev sahibi gözünün işarəsi ilə ev sahibəsini bayıra çağırır, orada, necə deyərlər, qısqanclıq zəminində cinayət törədərək, əşyayi-dəlili samanlıqda gizlədir. Sonra qayıdıb içəri gəlir və heç nə olmayıbmış kimi qonaqla söhbətini davam etdirir. Bu dəmdə qonaq bir də əsnəyir və bu dəfə əsnək artıq ev sahibi olan kişiyə keçir. Onda ev sahibi tutduğu əməldən peşiman olaraq, əsrləri aşan belə bir kəlam işlədir.


"Əsnək əsnək gətirər, hayıf samanlıqdakı"…


Ardı →

İşdə stressə yox!

Yeni bir elmi tədqiqatda göstərilir ki, iş yerində keçirilən stress və əsəbilik 50 yaşına qədər qadınlarda ürək xəstəlikləri risqini artırır.


Tədqiqatda iştirak edən 12 min həkim və sanitar qadınların müayinəsi nəticəsində belə bir nəticə çıxarılıb ki, işdəki stress 50 və ya 60 yaşlarında olan qadınlardan daha daha çox gənc yaşlı qadınlara mənfi təsir göstərir.


İş yerində stressin kişilərdə ürək xəstəliyi yarada bildiyinə dair istənilən qədər sübutlar var. Lakin qadınlara bu amilin nə kimi təsir göstərdiyi o qədər də araşdırılmamışdır.


Ardı →

Barmaqlar haqqında maraqlı faktlar

Barmaqlar haqqında maraqlı faktlar

Barmaqlar həyatımız boyunca ən çox istifadə edilən bədən üzvümüzdür.

Bəs onlar haqqında nə qədər məlumatımız var? Barmaqlar haqqında bilmədikləriniz.

1. Dünyanın ən böyük əlinə sahib olan insan Çində yaşayır. Lui Huanın sol əlinin başbarmağı 25 sm-dir. Onun işarət barmağının uzunluğu isə 30 sm-ə çatır.

2. Dünyanın ən çox barmağa sahib iki insan Hindistanda yaşayır. 2005-ci ildə doğulan Pranamya Menarianın və 1995-ci il təvəllüdlü Devendra Harnenin 25 barmağı var.

Ardı →

Bunları da bilmək lazımdır

1 kq bal hazırlamaq üçün 1 arı 2 milyon gülə qonmalıdır

1. Fransada insan siması olmayan gəlinciklərin satışı qadağandır.

2. Son 5 ildə Kanada 4 dəfə BMT tərəfindən yaşamaq üçün ən ideal ölkə seçilib.

3. Peyğəmbərimiz (s) buyurub: “Mənim ümmətimdən olan qadınlardan hər biri bu dörd xüsusiyyətə malik olsa, behişt onundur:  Namusunu qoruya, ərinə itaət edə, beş vaxt namazını qıla və Ramazan ayının orucunu tuta”.

4. Qədim Romada xəstə cərrahiyyə əməliyyatı zamanı ölərdisə, cərrahın əllərini kəsirdilər.

5. Sienada (İtaliya) Mariya adlı qadın fahişə ola bilməz.

6. Dünyadakı canlıların 70%-i bakteriyalardır.

7. Fil yeganə heyvandır ki, 4 dizi vardır.

8. Tokioda zooparklar il ərzində 2 ay bağlanır ki, heyvanlar insanlardan dincəlsinlər.

9. Arının çalmağından hər il çox adam ölür, nəinki ilanın çalmağından.

10. Akulalarda xərçəng xəstəliyinə qarşı immunitet vardır.


Ardı →

Ən maraqlı 10 ölüm hadisəsi

 1.  1995-ci ildə Amerikada  Bir Kola maşınından pulsuz içki almağa çalışan adam maşından atılan kola qutu başına  sərt  dəyməsi  nəticəsində  həyatını itirdi.

 2.  Astronomiya  elmində mühüm xidmətləri  olan Tycho Brahe adlı Danimarkalı elm adamı tualetə gedə bilmədiyi üçün ölmüşdür.  XVI əsrdə yemək bitmədən süfrədən qalxmaq  xoş qarşılanmazdı. Tycho Brahe qonaq olduğu bir mərasimə getmədən əvvəl   tualetə getməyi  unutdu. Mərasimdə içkini çox içən  elm adamı tualetə getmək üçün icazə istəyə bilməyəcək qədər nəzakətli olduğundan sidik  kisəsi partlamışdır və 11 gün əzab  çəkdikdən sonra ölmüşdür.

 3.  Argentina Buenos Airesdə reallaşan ölüm hadisəsində arvadını öldürməyə çalışan adam arvadını qaldıqları otelin 23-cü mərtəbəsindən aşağı  atır. Qadın aşağı düşərkən elektrik tellərinə ilişir. Arvadının ölüb ölmədiyindən əmin olmaq istəyən adam özünü də aşağı atır, məftillərədən  yapışa bilmədiyi üçün yerə  çırpılaraq dünyasını  dəyişir.


Ardı →

gizlin və maraqlı...

Rusların qürur yeri və rəmzi sayılan Kremlin adını bilirdizmi hardan qaynaqlanıb? bu məkanın memarı azərbaycanlı-Kərəmli adlı biri olub. Sonradan onun şərəfinə bura Kreml adı verilib...

 

 

İçəri şəhərdə çoxlu sayda yeraltı tunellər var ki onların da əksariyyəti dənizin kənarına çıxır. Bu əsrlər boyu zəlzələlərə davam gətirmiş tunellərin tikilməsində məqsəd düşmən hücumu zamanı təslim olmaqdan qurtulmaq olub...

 

 

Dünyaca məşhur Coca Cola-nın tərkibini iki şəxs bilir ki onların da eyni təyyarəyə minməsi qadağandır. Bu içkinin Norveçdə rəsmi olaraq qadağan olunmasına səbəb isə işkinin tərkibini hardan qaynaqlanmasını elan etməməsidir...

 

 

 

 

 

Hər saniyədə yer üzündə iki insanı avtomobil vuraraq öldürür...

 

İnsan düzgün qidalanıb düzgün həyat tərzi keçirsə 500 il yaşaya bilər. Azərbaycanda bir kişi 140-dan çox yaşayıb. doğumuyla bağlı şəhadətnaməsi olmadığı üçün o Ginnesin rekordlar kitabına düşməyib...

 

 

 


Davamı →

"Qızıl üzüyün fəsadları və faydası"

Məlumdur ki, Məhəmməd peygəmbər (s) hədislərində kişilərə qızıl gəzdirməyi qadağan etmiş, qadınlara isə icazə vermişdir. Bu yaxınlarda alimlər həmin qadağanın izahını vermişlər. Onların fikirincə qızıldan olan üzük sağlamlığımıza kifayət qədər ciddi təsir göstərir. Kişilərə qızıl üzük daim gəzdirmək olmaz. Çünki qiymətli metal vaxt keçdikcə oksidləşir və kimyəvi reaksiya məhsulları əmələ gətirir. Bu isə kişilərin cinsiyyət vəzilərinə mənfi təsir göstərir. Cinsiyyət vəzilərinin fəaliyyətini əyarından asılı olmayaraq bir milliqram qızıl oksidi də pozur. Maraqlı odur ki qızılın mənfi təsiri qadınlara aid deyildir. Alimlər bunu qadın orqanizminin hormonal və cinsiyyət sisteminin xarici təsirlərindən yaxşı müdafiəe olunması ilə izah edirlər.  

Lakin qızıl üzüyün orqanizmə təsirinin digər mexanizmi də var. Məlumdur ki, barmaqların ucunda xeyli sinir ucları cəmlənmişdir. Təbii ki, üzüyü taxarkən sinir impulslarının ötürülməsinə fikizi təsir göstəririk. Bu baxımdan dar üzüklərin taxılması xüsusilə təhlükəlidir. Ümumiyyətlə belə üzüklərin taxılması osteoxondroz və radikulit xəstəlikləri doğurur. Orta barmaqda narahat üzük gəzdirmək ateroskleroz və hipertoniyaya gətirib cıxarır, çeçələ barmağın yüklənməsi isə onikibarmaq bağırsağın patalogiyası ilə nəticələnir. Alimlərin fikirincə qızıl nişan üzükləri qadın orqanizminə tənzimləyici təsir göstərir və buradabaş verən prosesləri fəallaşdırır. Mütəxəssislər qadınlara qızıl əşaları zəiflik hiss olunduğu vaxtlarda gəzdirməyi məsləhət görürlər. Bundan əlavə ürək xəstəliklərindən hipertoniyadan əziyyət çəkən xanımlara qızıl çox xeyirlidir. Gümüş gəzdirmək isə təzyiqdən şikayətlənən qadınlar üçün məsləhət deyildir... 

Zərərinə baxmayaraq hər kəsə nişan üzük taxmaq nəsib olsun)

  


Davamı →

Dondurmanı kim fikirləşib?

Həqiqətən də görəsən hər bir kəsin rədd edə bilməyəcəyi şirniyyat olan dondurmanı kim fikirləşib? Bu məsələ amerikalılar, fransızlar və italyanlar arasında daimi mübahisəli məsələyə çevrilib. Lakin doğrudan da ilk dondurma satan müəssisə Amerikada açılıb, onun əsasını qoyan isə 1770-ci ildə İtliyanın Qenuya şəhərindən emiqrant olan bir italyan olub. Fransızlar isə iddia edirlər ki, hələ onlar 100 illər əvvəl dondurma istehsal etməyə başlayıblar. 1676-cı ildə fransız konditeri ilk dondurma şirkətini yaradıb.

Ardı →