Рейтинг
+196.92

Maraqlı faktlar

181 üzv, 805 topik

Nasistlərin gizli tədqiqatları

III Reyx hələ tam taxtdan enməmiş, artıq bütün dünya nasist rəhbərlərinin gizli, sirli tədqiqatlarından danışırdı. Bu gizli tədqiqatlardan biri də alman millətinin qədim arilərlə hər hansı bir bağlılığın olması ilə əlaqədar axtarış işləri idi.

Bu qədim sivilizasiyanın adı ilə də Hitler alman xalqını adlandırmaq qərarına gəlmişdir. Bu haqda tədqiqatçılar lazımınca sübutlar əldə etmişlər.

 Müasir etnoqraflar ümumilikdə  qərbi avropalıların qədim arilərlə hər hansı bir bağlılığın olması haqda real sübutların olmadığını bildirirlər. Amma III Reyxin dövründə toplanmış çox dəyərli tapıntılar guya almanların bu qədim sivilizasiya ilə bir bağlılığının olmasını sübut edirmiş. Nasist rəhbərlər bunu tam sübuta yetirmək məqsədi ilə böyük bir alimlər qrupunu Himalaya göndərmişlər.


Ardı →

Insanların fərqlənmək arzusu-Qeyri-adi toylar

 Insanlar bəzən kreativliyi son həddə çatdırmağı bacarırlar..Bu isə bəzən kreativlikdən çox frik-şouya bənzəyir…  
    1)Bəy və gəlin 'Ulduz müharibələri' filmini çox sevirlər deyəsən  2) harmoniya  3)Şrek və Fiona real həyatda 4)Gotika tərzi 5)Mcdonaldsda toy-Bəy və gəlinin daimi görüş məkanı olub deyəsən  6) Zombi-toyu-həyatlarında və həyatlarından sonrakı zombi yaşamlarında uğurlar 7)Əsas odu ki Gəlinin üzü görünməsin :) 8)Təhlükəsizlik əvvəldir-Hərbiçi toyu                                                                                      Ola bilər ki normal bir mərasimlə evlənməsinlər-amma hər bir cütlüyə ailə həyatında uğurlar :)  
Davamı →

Qafqaz, Gitara, Fındıq, Qardaş, Musiqi | Kəlməbaz

Qafqaz

“Qafqaz” adına ilk dəfə e.ə. VI—V əsrlədəki qədim yunan müəlliflərinin əsərlərində — Esxilin “Zəncirlənmiş Prometey”ində və Herodotun mətnlərində rast gəlinir. Kəlmənin mənşəyi haqqında müxtəlif iddilar mövcud olsa da, onlardan ən qədimi 77-ci ildə Plininin “Təbii tarix” əsərində verilir. Müəllif kitabında “Qafqaz” sözünün skif dilində “parlaq buzlu, qarlı” mənasındakı “krou-khasis” kəlməsindən törədiyini bildirir.
Qafqaz, Gitara, Fındıq, Qardaş, Musiqi, Kəlməbaz

Azərbaycan əfsanələrində  Elbrus dağının qədim adı Qaf dağı kimi qeyd olunur və  dar məqamda insanların imdadına çatan Simurq quşu da burada yaşayır.


Ardı →

Tarixin ən qəribə dueli

ən qəribə duel1808-ci ildə Fransada açıq səmada qəribə duel baş verdi.

Müsyö Qranpre və müsyö Pike arasında hava şarlarında duel oldu.
Duelə səbəb hər ikisinin aşiq olduğu opera müğənnisi Madmuazel Tirevi idi.

Küləkli may ayında müsyö Qranpre və müsyö Pike yerdən 990 metr hündürlüyə qalxdılar.

Silahlı atışma zamanı güllələrdən biri hava şarına dəyir. Həmin dəqiqə şar sürətli aşağı enərək içindəkini Paris evlərinin üzərində atır. Evdəki şəxs və Pike ağır travma alır.

 Tarixdə Madmuazel Tirevi ilə qalibin münasibətlərinə dair heç bir məlumat yoxdur. Amma bu duel tarixdə ən qəribə duel kimi qalmışdır.

Mənbə: azens.az
Müəllif: Jalə Orucova, http://azens.az  elektron ensiklopediyasının yaradıcısı və layihə rəhbəri


Davamı →

Lalə dövrü

Lalə Dövrü — 1718-ci ildə imzalanan Pasarofça Müqaviləsi ilə başlayan və 1730-ci ildə çıxan Xəlil üsyanı nəticəsində Padşah III Əhməd'in taxtdan endirilməsiylə sona çatan dövrə verilən addır.

Türkiyə Tarixində 1718-1730 illəri arasındakı dövrə Dövlət adamları daxil, istanbulluların baxçalarında lalə yetişdirib zövq almalarından dolayı ve tarixçilər tərəfindən bu illərə " Lalə dövrü " deyilmişdir. Elə məhz bu dovrdə lalə çiçəyi dünyaya yayılır ve çiçəyin soğani 500 qızıla satılırdı. Bu dönəmin padşahı III Əhməd (III Ahmet) və Ibrahim Paşadır. Sultan III Əhməd, Topkapı Sarayı ilə Yeni Câmi'də kitabxana, Ayasofya'da Sultan Üçüncü Əhməd Çeşməsi ve İstanbulun su ehtiyacını qarşılamaq məqsədiylə də Dəryayi Sim adlı bir su bəndi inşa etdirmiştir. İllərlə sürən hərblər və üsyanlardan bezmiş olan əhali, andlaşmalardan sonra qorxu və təhlükələrdən uzaq bir həyat sürməyə başladı.


Ardı →

Üçayaqlı futbolçu

Franchesko LentiniFrançesko Lentini (1881-1966, İtalyan) üç ayaqlı olaraq tanınmağa kiçik yaşlarından başladı. On iki övladdan təkcə fərqli olan o idi və fərqli cəhəti- fiziki qüsuru nəslindəki heç kimdə rast gəlinməmişdi.

Deyilənə görə, o doğulanda onun doğumunu həyata keçirən həkimlər qışqıraraq dəhşət içində qaçıblar. Təcrid olunmaq, uğursuzluq sayılmaq, qorxulmaq onun özünə inamsız və çox pis psixologiya ilə böyüməsinə səbəb olur. Adətən bu cür insanlar "özü kimilərdən" fərqlənmək istəyirlər, yetəri qədər iradəsi olarsa, xüsusi bir hobbi seçir, müəyyən sahədə özlərini inkişaf etdirirlər. O, beləcə yaş keçdikcə 3-cü ayağına öyrəşir. Anasının qarnında ikən inkişaf etməmiş əkizini ölənə qədər bədənində daşıyan Lentininin 3-cü ayağı normal 2 ayağına görə daha qısa idi. O zamankı həkimlər isə artıq ayağın götürülməsinin iflic və ya ölümə səbəb olacağını söyləyərək əməliyyata risk etmirdilər.

  Ailəsi tərəfindən sevilmədiyi üçün yanında yaşadığı xalası onu fiziki qüsurlu uşaqların olduğu məktəbə göndərir, 8 yaşında o, ABŞ-a gəlir.


Ardı →

Dünyanın ən gənc anası

5 yaşlı Lina MədinəBu rekordu tibb tarixində hələ keçən olmayıb. Rəsmən perulu olan bu xanım dünyada ən gənc ana hesab edilir.  O, beş yaşında ana olub.

  Söhbət 5 yaşlı Lina Mədinədən gedir. Lina Mədinə 1933-cü ildə Peruda anadan olmuşdur. Bu inanılmaz hadisə 1939-cı ildə Pisko (Peru) xəstəxanasında baş verib.  Ana böyük qarınla Linanı xəstəxanaya gətirərkən həkim onun hamiləliyinin artıq  səkkizinci ayı olduğunu bildirib. Bir  ay sonra 14 may 1939-cu ildə Linanın oğlu dünyaya gəlir.

    Uşağın çəkisi 2,7 kq idi, adı Xerardo qoyuldu. O, Linanın bacısı olduğu sanırdı, həqiqətləri yalnız on ildən sonra öyrəndi.  Xerardo sağlam həyat sürsə də,  40 yaşında (1979-cu ildə) beyin xəstəliyindən vəfat edir.

    Lina Mədinə uşağın atasının kim olduğundan heç vaxt danışmırdı. Linanın atası zorlamada (təcavüz) şübhəli bilinən məhbus idi, amma sonra sübutların yoxluğuna görə azad edildi.


Ardı →

Qəribə müalicə üsulları

guluş də mualicədirİnsan yarandığı gündən etibarən ölümsüzlüyün yolunu və gənclik «eleksiri»nin repestini tapmağa çalışır. Sağlam yaşamaq və gənc qalamq üçün effektli müalicə üsulları axtarır.
Gənc və sağlam qalmaq həvəsi insanları qəribə və elmi cəhətdən təsdiq olunmamış təhlükəli addımlar atmağa sövq edir. Baxmayaraq ki, tibbdə və elmdə bəzi müalicə üsulları rədd edilir, dünyanın bir çox yerində hələ də istifadə edilir. 

Qurğuşun — Azərbaycanda və bir çox müsəlman ölkələrində qorxunu aradan qaldırmaq üçün qurğuşun əridilər. Bunun təkcə qorxunu deyil, bədəndə yığılan bütün stress və gərginliyi aradan qaldırdığdığına dair də inanclar olduqca yüksəkdir. 

Peruda hamilə qadın delfinlərlə müalicədən istifadə edir. Delfinlərin buraxdığı yüksək tezliklə səslər ana bətnindəki uşağın beyninə müsbət təsir göstərir.
Ardı →

Gözdən əlillər üçün telefon


Dünyanın bir çox ölkəsində əlil insanların cəmiyyətdən kənarda qalmaması, normal həyat tərzi yaşaması üçün bir çox dövlət və qeyri-hökumət təşkilatları tədbirlər, kampaniyalar keçirir,  dünyanın diqqətini əlil insanlara yönəltməyə çalışırlar.
Ardı →

Dünyanın ən uzun xalçası

Azərbaycanda xalçaçılıq nümunələrinin yarandığı ilk şəhərlərdən biri Təbrizdir. Təbriz xalçaçılarının toxuduqları ən məşhur xalçaçılıq nümunəsi “Ərdəbil xalçası«dır. Bu xalça uzun müddət dünyanın ən böyük xalçası olmuşdur. Uzunluğu 11,5 m, eni 5,34 m, ümumi sahəsi 61 molan xalça dünyanın nadir xalçalarından biridir.

1539-cu ildə Səfəvi hökümdarı I Təhmasibin sifarişi ilə Ərdəbil məscidi üçün toxunmuşdur. Xalçanın digər adı „Şeyx səfi” xalçasıdır. “Şeyx Səfi” xalçası 1893-cü ildə auksionda satılarkən İngiltərəyə gətirilib. Bəzi məlumatlara görə, xalçanı “Ziegler & Co.” adlı xalçaçılıqla məşğul olan bir şirkətə satıblar. Xalçanın satılması ilə əlaqədar danışıqların 1888-ci ildən başlanması barədə söhbətlər də var. 1892-ci ildə Londonda “Vincent Robinson & Co.” şirkəti tərəfindən ticarət evində böyük bir xalça satışa çıxarılıb. Həmin xalça məhz Şeyx Səfi (Ərdəbil) xalçası olub. Xalçanın satışına o dövr üçün yüksək qiymət qoyulub. Xalçanın şöhrəti tezliklə Viktoriya və Albert muzeyinin rəhbərliyinə də çatıb. Muzeyin William Morris adlı dizayneri bu xalçanın möhtəşəm olmasını muzeyin rəhbərliyinə çatdırıb və onun mütləq muzeydə olmasının vacibliyini qeyd edib.


Ardı →