Рейтинг
+198.05

Maraqlı faktlar

186 üzv, 680 topik

Paris Notr-Dam kilsəsi haqqında maraqlı məlumatlar

1. Fransa paytaxtının simvollarından biri hesab olunan tarixi Paris Notr-Dam kilsəsi və ya Paris Məryəm ana kilsəsi — Paris şəhərinin mərkəzində, Sena çayı sahilində yerləşir.

2. O, Parisin ilk xristian kilsəsi hesab edilən, Müqəddəs Stefan bazilikasının yerində tikilib. Təəssüf ki, bazilika Fransa ərazisini işğal edən Normanlar tərəfindən məhv edilib.

3. Notr-Dam kilsəsinin tikintisinə 1163-cü ildə kral VII Lüdovikin vaxtında başlanılıb. Məbədin tikintisi təxminən iki əsr davam edib. Qotik üslublu kilsə 1163-1345-ci illərdə Paris yepiskopu Moris de Süllinin təşəbbüsü ilə ucaldılmışdır.
Davamı →

“Siam əkizləri” ifadəsinin yaranma tarixi

“Siam əkizləri” ifadəsinin yaranması tailandlı bitişik əkiz qardaşların (Çanq və Enq Bunker (1811-1874) doğum yerilə bağldır. 

Qardaşlar 40 ilə yaxın ömürləri boyunca bitişik yaşasalar da ayrılıqda bütün bədən üzvlərinə sahib idilər.

1843-cü ildə Çanq Adelaid Yates, Enq isə onun bacısı Sara Enn ilə evlənmiş. Çanqın 10, Enqin isə 11 uşağı olmuşdu. Qardaşların övladlarının bugünkü davamçılarının sayı min beş yüzə çatır.

Əkizlər həmçinin, Amerika vətəndaşlığına da qəbul edilmişdilər. Darin Strauss onlar haqda kitab, Mark Tven qısa məqalə yazıb, haqlarında dəfələrlə müzikllar yaradılıb və tamaşalar səhnələşdirilib.
Davamı →

Mahatma Qandi haqqında bilmədiklərimiz

Əsl adı Mohandas Qandi olan, tarixə adını ardıcıllarının verdiyi Mahatma Qandi ləqəbi ilə “böyük ürək”, “ böyük müəllim” yazdıran Mahatma Qandi Hindistanın ən yüksək kastası hesab edilən “ticarətçilər” təbəqəsinə mənsub idi. Babası Ota Qandi Britaniya Hindistanının Qucarat knyazlığında atası Karamcant Qandi isə öncə Porbandara sonra isə Radjkot knyazlığında baş nazir vəzifələrində çalışıb.

Qandi adının mənası “dükançı”, “ticarətçi” anlamını verir. Qandi 13 yaşındaykən ailəsi tərəfindən öz həmyaşıdı ilə evləndirilib. 

Hindistanda şiddətsiz inqilab edən Qandi ardıcılları tərəfindən verilən Mahatma ləqəbini heç zaman işlətmirdi. Bəzi şəxsiyyətlər haqqında əfsanələr yayılır, bunlardan biri də Qandidir. Onun hər zaman köhnə və cırıq-sökük paltar geyinib ayaqyalın gəzməsi də bu miflərdən biridir. O ilk dəfə İngiltərəyə getdikdə ətrafındakı hər kəsə sübut etməyə çalışırdı ki, bir hindli öz adət-ənənələrindən çıxmadan da avropalı kimi dünyagörüşlü, centlmen ola bilər.

Davamı →

Karlson kimin prototipidir?

Cizgi filmlərini kim sevmir ki… Hamımız sevirik, yaşımız neçə olur-olsun, baxırıq. Hələ bu uşaqlığımızın cizgi filmidirsə, qaça-qaça gəlirik ekran önünə. İndi də onlardan birindən danışacağıq – “Balaca və Karlson” cizgi filmindən, daha doğrusu onun qəhrəmanı Karlsondan.

Amma əvvəlcə bir az cizgi filminin özü barədə. Bu cizği filmini rejissor Boris Stepançev Astrid Lindqrenin “Balaca və damda yaşayan Karlson” əsəri əsasında çəkib. 

Filmdə Karlson obrazını Vasili Livanov, uşağı Klara Rumyanova səsləndirib. Cizgi filmi Soyuzmultfilm tərəfindən 1970-ci ildə çəkilib. Gələk Karlsona. Bu obrazın yaranma tarixcəsi, demək olar, ən ağlasığmaz və mifik olanlardandır. Ola bilsin, onun prototipi Herman Görinqdir. Astrid Lindqrenin qohumları, sözsüz ki, bu ehtimalı təkzib edirlər. Amma bu mövzu ətrafındakı müzakirə və mülahizələri bu günün özündə də bitib-tükənmək bilmir. 
Davamı →

Poçtla göndərilən uşaqlar

XX əsrin əvvəllərində ABŞ-da uşaqları poçtla göndərirdilər. Buna səbəb həmin xidmətin dəyərinin bir dollardan az olması və qatar qiymətindən 10 dəfə ucuz başa gəlməsi idi.

Göndəriləcək uşağı xüsusi poçt çantasına qoyur, paltarına möhür vurur və nəzərdə tutulan ünvana çatdırılırdı. Yol boyu isə poçt kuryerləri uşaqların qayğısına qalırdı.

1913-cü ildə ABŞ-da “Poçt haqqında qanun” qüvvəyə mindi. Bu qanun ölkə iqtisadiyyatı üçün yaxşı stimul oldu. Amerikalılar poçt vasitəsilə ərzaq, paltar, buğda, tütün və dərman ala bilirdilər. Amma qanunvericilik hər şeyi düşünmədiyi üçün hiyləgər iqtisadçilar bundan istifadə etdilər.
Davamı →

Gözəllik yarışmaları haqda 11 fakt

1. Dünyada ilk “Gözəllik yarışması” üç ilahənin – Hera, Afrodita və Afinanın mifik rəqabəti hesab olunur. Onlar münsif qismində insan oğlu Parisi seçiblər. Paris əsas mükafat olan almanı və ən gözəl adını Afroditaya verib. Qədim Troyada da İlion gözəli yarışmasının keçirildiyi haqda faktlar var. Jüri qismində heykəltəraşlar, müğənnilər və hərbçilər təmsil olunurmuş.

2. Azərbaycanda ilk gözəllik yarışmasına qatılan xanım inqilabdan əvvəl, 1912-ci ildə Tiflisdə “Qafqaz gözəli” müsabiqəsinə qatılan Tuğra xanım Talışinskaya olub. Bu ilki Gözəllik müsabiqəsinin qalibi isə iqtisad Universitetinin məzunu Melisa Nuriyevadır.
Davamı →

Nə üçün yəhudilər qara geyinirlər?

Ortodoks (və ya pravoslav) yəhudilər gün ərzində Tövratın minimum 613 qaydasına əməl etməlidirlər. Təkcə qara şlyapanın 34 növü vardır ki, bu da öz sahibi haqqında hər hansı bir informasiyanın daşıyıcısı hesab olunur. Məlumatlı adamlar — baş örtüyünün formasından, corabının rəngindən anlayır ki, bu adam yerusəlimlidir, hansı admorun həsididir və ya artıq evlidir.

“İncil” dövrlərində yəhudilər olduqca fərqli geyinir, geyimlərinə görə digər xalqlardan seçilirdilər. Yəhudi müdriklərinin fikrincə, İsrail xalqı öz milli geyimlərinə xəyanət etmədiklərinə görə Misirdən çıxarılmışlar. O zamandan bəri yəhudi xalqı bütün dünyaya səpələnmişlər. Dini nümayəndələr qarşılaşarkən, öz qan qardaşlarını qara paltarın xarakterik formasına görə tanıya bilirlər.
Davamı →

Su altında qalmış qitə: Mu

Bir zamanlar Sakit okeanda mövcud olmuş Mu qitəsi 12–14 min il əvvəl yeraltı təkanlar nəticəsində okeanın dərinliklərində qeyb olan sivilizasiyanın adıdır. Fərziyyələrə görə, Mu qitəsi Avstraliya materikindən iki dəfə böyük olub. Bu qitədə 50–70 min il əvvəl sivilizasiya ən yüksək həddə çatıb. XX yüzilliyin əvvəllərinə qədər Mu qitəsi ilə bağlı bütün bilgilər folklor müstəvisində idi və onun haqqında deyilənlər mif və əfsanə hesab olunurdu. İlk dəfə ingilis alimi Ceyms Çörçvard bu qitə haqqında elmi araşdırmalara başladı və 50 illik tədqiqatlardan sonra, nəhayət, itmiş qitə və onun qeyb olmuş mədəniyyəti haqqında elmi dəlillərlə çıxış etdi. Beləliklə, Mu mövzusu ciddi elmi araşdırmaların obyektinə çevrildi.

Sonralar bu araşdırmaların davamçısı kimi türkiyəli Təhsin Mayatəpək Meksikada maraqlı faktlarla qarşılaşır. O, burada on min illərlə yaşı olan lövhə üzərindəki yazılar və işarələrlə tanış olur. Mayyaların ay-ulduz simvolundan istifadə etdiklərini, mədəniyyətlərində şamanizmin izlərinin olduğunu görür və çox təəccüblənir. Meksikada çalışdığı 3 il (1935–1938) ərzində Təhsin Mayatəpək gördüklərini və araşdırmalarını müntəzəm olaraq raport şəklində həm Atatürkə, həm də Türk Dil və Tarix Qurumuna göndərir.
Davamı →

"Yaşıl yol"un real qəhrəmanı

George Stinney Jr.George Stinney Jr. ABŞ-da 20-ci əsrdə ölümə məhkum edilən ən gənc insandı. Elektrik stuluna bağlanıb edam edildiyində cəmi 14 yaşı varıydı.

Məhkəmə vaxtı, öldürüləcəyi günə qədər günahsız olduğunu deyib həmişə əlində bir İncil daşıdı. 11 yaşlı Betty və 7 yaşlı Mary adlı qızları öldürməkdə günahlandırılırdı. Səbəb isə sadəcə onların öldürüldüyü evin yaxınlığında tapılmasıydı.

Məhkəməsindəki bütün jürilər ağdəriliydi. Məhkəmə cəmi 2 saat çəkdi və cəza cəmi 10 dəqiqə sonra verildi. Heç bir tərəddüd edilmədən. Öldürülməzdən öncə George hələ cəmi 14 yaşındaykən valideynlərini görmədən 81 gün keçirtdi. Ailəsiylə təmas qurması qadağan olunmuşdu.
Davamı →

İnsanları zibil təmizləməyə necə məcbur etmək olar?

Almaniyada və xüsusilə Şvabiyada təmizlik, «anadangəlmə» deyil məcburi idi.
Uzun müddət Almanlar zibili, ölü heyvanların külünü, sümüklərı mətbəxlərindən bir başa darvazanın ağzına və ya hara gəldi atırdılar. Nəticədə antisanitariya hökm sürürdü, müxtəlif növ xəstəliklər şəhərlərdə və kəndlərdə yayılırdı.

15-ci əsrdə, Vürttemberq qrafını bu qoxu bezdirdi və o, heyvanlar və insanlar tərəfindən istehsal edilən zibilin ən azı gecə saatlarında çaya və yaxud kənar bölgələrə aparılmağının qərarını verdi. 
Davamı →