Рейтинг
+196.92

Maraqlı faktlar

181 üzv, 804 topik

Hitler haqqında bilmədikləriniz

Hitler haqqında çox yazılıb və danışılıb, amma hələ də geniş kütlənin bilmədiyi gizli məqamlar yetərincə çoxdur.
Əvvəlcədən onu qeyd edək ki, Hitler gözəl natiq olub və insanları özünə cəzb etməyi və ideyalarını çox yaxşı aşılamağı bacaran birisi olub. Məhz bu natiqliyi hesabına Hitler milyonlarla insanı öz ideyalarına inandırıb və ölümə yollayıb. Onun gözəl aktyorluq qabliyyəti olduğundan, mitinqöncəsi çıxışını necə quracağını və necə ictimaiyyətə təsir edəcəyini öncədən analiz edib və buna uyğun   tərzdə danışarmış...

Davamı →

KQB-nin qadın casusları

Hərbi dəniz donanmasının zabiti Kleyton Lantri 1980-ci illlərdə ABŞ-ın Moskvadakı səfirliyinin mühafizə xidmətinin əməkdaşı idi. Səfirliyin digər əməkdaşları kimi Lantriyə də Sovet qadınları ilə münasibət qurmaq qadağan edilmişdi. Amma KQB casusu Violetta Şeyna gənc amerikalı zabiti ələ keçirməyi bacardı. Münasibətlərin başlamasıyla Lantri Sovet kəşfiyyatının qucağına düşdü.
KQB-nin şantajı ilə üzləşən Lantri səfirliyin bütün gizli planlarını Moskvaya verməyə məcbur oldu.
Ən əhəmiyyətlisi bu idi ki, Amerikanın bütün SSRİ ərazilərindəki casuslarının siyahısı KQB-nin əlinə keçdi.

Davamı →

Azərbaycanlı Şahbanunun saray həyatı

Tanımadığımız azərbaycanlılar rubrikasında dünyaca məşhur olan, amma azərbaycanlı olduğunu çox az adamın bildiyi, çoxumuzun isə heç bilmədiyi şəxsiyyətlər haqda məlumatlar təqdim edilir.
Haqqında internet vasitəsilə məlumat əldə etdiyimiz şəxs İranın siyasi tarixinin ən məşhur simalarından biridir. Azərbaycanlı Fərəh Dibadan bəhs edirik.
Fərəh Pəhləvi İranın sonuncu şahı Məhəmməd Rza Pəhləvinin üç arvadından tacı olan (Şahbanu) yeganə qadın idi. VII əsrdə ərəb istilasından bəri İranda tac almış ilk imperatriça idi. İki Sasani imperatriçası — Borandoxt və Azarmedoxt (təqribən 630-cu il) bu titulu özündən əvvəl daşıyan sonuncular idi.

Davamı →

İnsan genomuna aid bilmədikləriniz

Genetika irsiyyət və dəyişkənlik qanunları haqqında elmdir. Tədqiqat obyektindən asılı olaraq bitkilərin, heyvanların, mikroorqanizmlərin, insanların və s. genetikası təsnif edilir.
Yerin biosferasında yaşayan bütün canlılar əslində irsi məlumatları özündə saxlayan mürəkkəb hüceyrə formulaları şəklində birləşmiş karbon, oksigen və hidrogendən ibarətdir.
Hər bir orqanizmin varlığının formasını genlər təyin edirlər. Genlər bir nəsilə valideynləri tərəfindən verilən təlimat toplusudur. Bu “təlimatlar” hər hansı bir canlı orqanizmin hər bir hüceyrəsində gizlidir və DNT adlanan maddənin uzun iplərində saxlanılır.

Davamı →

Çernobıl faciəsi haqda bilmədiklərimiz

ABŞ və Britaniyanın ortaq istehsalı “Çernobıl” seriyalı son günlər bütün dünyanın əsas gündəmini zəbt edib. Cəmi 5 seriyadan ibarət olan “Çernobıl” reytinq rekordları qıraraq, iddialı ekran əsərlərini geridə qoydu.
Miniserial 1986-cı ilin aprel ayında SSRİ respublikalarından olan Ukrayna SSR-nin Pripyat şəhərindəki Çernobıl AES-də baş vermiş faciəni və daha sonra gerçəkləşən tayı-bərabəri olmayan təmizləmə işlərini təsvir edir. Miniserialın aktyor heyəti müxtəlif Avropa ölkələrindən olan aktyorlardan təşkil olunub, baş rolları Cared Harris, Stellan Skarsqord, Emili Uotson və Pol Ritter canlandırır.

Davamı →

Uolt Disneyin ölümündən əvvəl yazdığı qəribə yazı

O vəfat etdiyi zaman ardında qiyməti bir neçə milyon dollarla ölçülən imtiyazlar qoydu. Lakin kiçik bir qeydi hər şeyi dəyişdi.
Uolt Disneyin həyatının dünyanı dəyişdirdiyi şübhəsizdir. Mikki Maus və bütün Disney yeniliklərinin banisi olaraq həyatı boyunca gördüyü işlər on illərdir ki, uşaqlara və yetkin insanlara ilham verir. Sonda 1966-cı ildə ağciyər xərçəngindən vəfat etdiyində dünya əsl mənada böyük şəxsiyyətlərindən birini itirdi.
Davamı →

Azərbaycanın qürbətdə ölən eks naziri

Şəkilin nə zamanını, nə də məkanını dəqiqləşdirə bilmədik… Yəqin ki, daha düzünü köhnə hərəkatçılar bilər.
Görünən isə odur ki, Əbülfəz Elçibəy və Tofiq Qasımov “Elçibəy havası”na oynayırlar…
Tofiq Məsim oğlu Qasımov 1938-ci il aprеlin 10-da Azərbaycanın Ağdaş rayonunun Ləki kəndində anadan olub. 1955-1960-cı illərdə Azərbaycan Dövlət Universitetinin fizika-riyaziyyat fakültəsində təhsil alıb, Universiteti bitirdikdən sonra Azərbaycan Еlmlər Akadеmiyasının Fizika İnstitutunda işə başlayıb. Uzun illər fizika-riyaziyyat elmləri namizədi dərəcəsi ilə elm sahəsində çalışıb.

Davamı →

Dünyanı silkələyən səyahət

12 aprel — Ümumdünya Aviasiya və Kosmonavtika Günüdür. 1961-ci ilin bu günündə ilk dəfə olaraq Sovet İttifaqı vətəndaşı Yuri Qaqarin kosmosa uçub. «Vostok»  kosmik gəmisi ilə orbitə çıxan kosmonavt 1 saat 48 dəqiqə ərzində Yer kürəsi ətrafında dövr edib və uğurla Saratov əyalətində yerə enib.
SSRİ Ali Sovetinin 9 aprel 1962-ci il tarixli qərarı ilə 12 aprel — Ümumdünya Aviasiya və Kosmonavtika Günü elan edilib. Hazırda da bir çox ölkələr tərəfindən bu gün qeyd olunur.
Davamı →

Eynşteynin həyat yoldaşına imzalatdığı evlilik müqaviləsi

Atamdan niyə bu qədər nifrətlə danışmağımdan xəbəriniz yoxdu? Mən isə hər kəsin bildiyini zənn edirdim. Atam, 1914-cü ilin avqust ayında anamı, məni, qardaşımı Berlində tərk etdi. Hər şey o gündən sonra başladı.
Oxuduğunuz bu zəhərli cümlələr Albert Eynşteynin oğlu Eduard Eynşteynə aiddir. Ağıllı və tanınmış insanların şəxsi həyatı hər zaman hamıya maraqlı olub. Tarixdə iz qoymuş ən önəmli elm adamlarından biri olan Albert Eynşteynin şəxsi həyatı o qədər də uğurlu deyildi.
Davamı →

Naxçıvanda ilk qız məktəbinin yaradıcısı

Nazlı Nəcəfova 1890-cı ildə Naxçıvanda doğulmuş, qardaşı polkovnik Yusif bəy Tahirovun himayəsi altında Bakı müsəlman qadınlar məktəbinin ilk şagirdlərindən olmuşdur. Bu məktəbdə ona Mirzə Ələkbər Sabir, Nəcəf bəy Vəzirov, Həsən bəy Zərdabi, Əbdürrəhim bəy Haqverdiyev kimi mütəfəkkirlər dərs demişlər. 8 il təhsil aldıqdan sonra Nazlı İrəvana, ailəsinin yanına qayıdır.
O zamanlar Nazlının ailəsi İrəvanda yaşayırdı. İrəvana gəlməzdən əvvəl Nazlı Cəlil Məmmədquluzadə ilə görüşür. Cəlilin ideyaları onun dünya görüşünə güclü təsir göstərir və o, İrəvanda oğlan məktəbinin nəzdində müsəlman qızları üçün ayrıca sinif açdırmağa nail olur.

Davamı →