Рейтинг
+196.92

Maraqlı faktlar

181 üzv, 805 topik

Öldürmək olmaz, amma lazımdır

Zorakılıq və siyasət – hər zaman bir-biri ilə toqquşan anlayışlardır. Bir tərəfdən, demək olar ki, dövlətin istənilən tərifi güc aparatını onun zəruri hissəsi kimi ifadə edir, onlardan ən məşhuru da Weberə məxsus olan – zorakılıq üzərində inhisarçılığın dövlətin zəruri xüsusiyyəti olmasıdır. Digər tərəfdən də, dövlətin əsas qayəsinin münaqişələrin sülh yolu ilə həlli olduğu əsas gətirilərək, ona qarşı (hərbi, polis, siyasi və s. kimi vasitələrə malik olması səbəbilə) zorakılıq ittihamı yönəldilir, bununla da delegitimizasiyasına cəhd edilir.

Davamı →

Ərəblinskini H.Z.Tağıyev öldürtdürüb?

Hüseyn bəyin “Ərəblinski” təxəllüsünü Hacı Zeynalabdin Tağıyevin arvadı olmuş Sona xanım Ərəblinskiyə görə götürdüyü barədə yəqin ki, çox oxumusunuz və ya eşitmisiniz.
Sona xanım neft milyonçusu ilə evlənəndə (1911-ci il) cəmi 16 yaşı vardı və Hacı Zeynalabdindən nə az, nə çox düz 57 yaş gənc idi. O, Dərbənddə yaşayan məşhur general Balakişi Ərəblinskinin qızıydı və Hüseyn bəylə də onun həmin şəhərə qastrol səfəri zamanı (1906-cı il) tanış olmuşdu. Bu o vaxt idi ki, Sona xanım hələ Tağıyevlə evlənməmişdi (yaxud evləndirilməmişdi!)

Davamı →

139 il əvvəl məktəbin damında ilk telefon zəngi

Bu gün onsuz həyatımızı təsəvvür edə bilmirik. Çünki kiçik bir cihazla əlaqə yarada, informasiya ala, musiqi dinləyə, film izləyə, dünyanın istənilən nöqtəsinə virtual səyahət edə bilərik. Yunancadan tərcümədə “Uzaq səs” analamına gələn bu cihazı telefon adlandırırıq. Bəs ilk telefonu kim icad edib?
Ilk telefonun ixtiraçısı kimi tarixə düşən Aleksandr Qrem Bell 3 mart 1847-ci ildə Şotlandiyanın Edinburq şəhərində dünyaya gəlib. Anası doğuşdan eşitmə qüsurlu olub.

Davamı →

Tarixdə cəmi bir dəfə baş vermiş qəribə hadisələr

Bəşər tarixi müharibə, fəlakət, epidemiya və bu kimi bir çox hadisələrin şahidi olub. Bütün hadisələri saymaq mümkün deyil, lakin onlardan bəziləri tarixdə yalnız bir dəfə baş verib.
Bu hadisələrdən biri Şimali Amerikada yerləşən Missisipi çayında meydana gəlib. Uzunluğuna görə dünyanın dördüncü çayı olan Missisipi 2012-ci ildə ABŞ-da tüğyan edən İsaak qasırğası səbəbindən 24 saat ərzində əks istiqamətə axıb.

Davamı →

Karantin zamanı yazılmış yeddi ölməz əsər

Koronavirus epidemiyasına görə dünyanın bir çox ölkələrində karantin tətbiq olunur. Şirkətlərin əməkdaşları məsafəli iş rejiminə keçirlər, mağazalar, restoranlar, barlar və digər əyləncə müəssisələri bağlanır.
Lakin karantin yalnız dörd divarın arxasında qapalı qalmaq deyil, həm də vacib məsələlər barədə düşünmək, eləcə də əvvəllər vaxt tapmadığımız bəzi işləri görmək üçün fürsətdir.
Beləliklə, ədəbiyyat sahəsində karantin zamanı əldə edilən bəzi nailiyyətləri təqdim edirik:

Davamı →

XXI əsrdə ölüm nədir və niyə biz ondan qorxuruq?

Ölüm – keçmişin və indiki dövrün filosofları üçün ən maraqlı təzahürlərdən biridir. Biz bilirik ki, insan həyatı sonludur, bu isə o deməkdir ki, vaxtımız kəskin şəkildə məhduddur. Filosoflar ölüm bilgisinin insan həyatına necə təsir etdiyini öyrənir.
Öz texnologiyaları və digital sferadakı imkanları ilə XXI əsr ölümün ümumiyyətlə nə olduğu haqqında bizi çoxlu suallar verməyə vadar edir. Bioetika çərçivəsində ölümün meyarlarının nələr olduğu ətrafında günümüzdə olduqca maraqlı müzakirələr aparılır.

Davamı →

Nə idi Sinqapur möcüzəsi

«Yerli jarqonda korrupsiyaya nə ad verilir-verilsin -“faiz”, “mükafat”, “bəxşiş”, “əl çirki” – o, Asiya həyat tərzinə xas xüsusiyyətlərdən biridi. Nazirlər və vəzifəli şəxslər öz maaşları ilə tutduqları mövqenin tələb etdiyi şəkildə yaşaya bilmirlər. Vəzifələri nə qədər böyükdüsə, evləri də o qədər böyük, arvadları, sevgililəri o qədər çox olur, onları öz nüfuzları və vəzifələrinə uyğun şəkildə daş-qaşlarla bəzəyirlər. Belə ölkələrdə bizneslə məşğul olan sinqapurlular ayıq-sayıq olmalıdılar, o vərdişləri evə gətirməməlidilər”
Sinqapur Respublikasının mərhum baş naziri Li Kuan Yu

Davamı →

Allaha inanmayan, Allahın yaponları

İndiyədək yaponlar haqqında çox oxumuşam, bu insanların yaşam və uğur tərzi mənə həmişə maraqlı olub. Əbəs yerə uğur tərzi demədim, çünki indiyədək elədiklərilə yaponlar uğuru əlçatımlılığı asan olmayan fenomenə yox, məhz sıradan bir tərzə çevirməyi bacarıblar. Ən son oxuduğum kitabdan sonra isə, qəti qərara gəldim ki, indiyədək ayrı-ayrı yerlərdə apardığım qeydlərimi bir yerə toplayıb paylaşım.

Davamı →

Müqəddəs Luis gəmisi xilas etmədi

Hitlerin hakimiyyətə gəlişindən və öz hökumətini formalaşdırıb nəzarəti ələ almasından sonra nasist Almaniyasında anti-semitizm daha da güclənməyə başladı. 1933-cü ildən başlayaraq qəbul edilən yeni qərarlar, yəhudiləri gündəlik həyatdan təcrid edir, onların hərəkət azadlıqlarına məhdudiyyətlər qoyur, təhsil almaq haqqından məhrum edirdi. Yəhudilərə qarşı təqiblər, qısnamalar və tədricən artan təzyiqlər nəticəsində alman vətəndaşı olan yəhudilər artıq fürsət tapdıqca yavaş-yavaş ölkəni tərk etməyi düşünürdülər. Kimisi buna müəssər olsa da, bir çoxu üçün çıxış yolu yox idi.

Davamı →

Dofamin – hedonizmin təminatçısı

Dofaminin atası: Nobel laureatı Pol Qrinqardın kəşfi psixi pozuntuların müalicə üsullarını necə dəyişdi?
2019-cu il aprelin 13-də fiziologiya və tibb üzrə Nobel mükafatı laureatı Pol Qrinqard 94 yaşında dünyasını dəyişdi.
Biz, insan beynində hansı kimyəvi reaksiyaların getdiyini, dofaminin insan üçün niyə vacib olduğunu, şizofreniya və neyromediatorlarla bağlı olan digər xəstəliklərin müalicə yollarını onun sayəsində öyrənmişik.

Davamı →