Рейтинг
+196.92

Maraqlı faktlar

181 üzv, 805 topik

Yuxusuzluqdan xilas edən saat

Bildiyimiz kimi əksər insanlar üçün zəngli saat güclü qıcıqlandırıcı amildir. ABŞ-ın Ceffri Tomson Neyroakustik Araşdırmalar Mərkəzinin alimləri bunu dəyişməyi qərara alıblar.
 
Məlumata görə, onların işinin nəticəsi «Tranquil Moments» zəngli saatı olub. İstehsalçıların sözlərinə görə, bu saat insanın tez yuxuya getməsinə kömək edir və yuxunun keyfiyyətini yaxşılaşdırır.

Sirr ondan ibarətdir ki, zəngli saat öz arsenalında alfa, delta və teta beyin dalğalarına təsir edən proqrama malikdir. Həmin dalğalar yuxunun fazaları dəyişdikdə bir-birini əvəz edir.


Ardı →

Dişlək almanın sirri

Heç kəsin, kompüter haqqında azacıq təsəvvürü olan balaca uşağın da ağlına gələ bilməz ki, «Appl» («Apple») qurucularının satışa buraxdıqları ən müasir, «digərlərindən bir çox üstünlükləri ilə» seçilən ilk fərdi kompüterin cəmi… 8 kbayt yaddaşı varmış. Terminal kimi adi televizordan istifadə zərurəti yaradan bu klaviaturasız kompüterlərin 8 kbaytlıq yaddaşının tam yarısını əsas mənbənin (Beyzik) tutduğunu nəzərə alsaq, müasir kompüterlərin «əcdadına» adamın sadəcə gülməyi tutur. 
Ancaq real tarix budur: Stiv Voznyak adlı gənc xeyli zəhmətdən sonra indi bir çoxlarımızın təbəssümlə qarşıladığı bu kəşfi etmişdi və özünə əqidədaş da tapmışdı: Stiv Cobs. Bəli, həmən əfsanəvi Stiv Cobs – kompüter texnologiyasında qeyri-adi kəşfləri ilə dillər əzbəri olan texnologiya dahisi.
Gəlin, bu inanılmaz tarixə qısaca ekskurs edək…
Ardı →

Qanuni oğrular və “oğru qanunları”

Qanuni oğru — dövlət qanunlarına paralel, fərqli prinsiplərlə yaşayan, fərqli prinsiplər uğrunda mübarizə aparan mafiya titulu.
Oğrular 1930-cu illərdə, ağır repressiya illərində meydana gəliblər. Bu dünyanın yaranmasını Stalinin adı ilə bağlayanlar çoxdur. Onların iddialarına görə, ağır siyasi ortamda və ondan sonrakı aclıq illərində adı cinayətkarlardan ibarət kollektivləşmə ilə müxalif düşüncəli insanlara nəzarət etmək üçün Stalinə “Oğru dünyası” çox lazım idi. Yaranan aləmdə, “oğrular” qanunları tanımamalı, heç bir zaman qulluq etməməli idilər.
Böyük Vətən müharibəsi illərində bəzi “qanuni oğrular” Vətəni müdafiə etmək üçün müharibəyə yollanıblar. Bu addımları onların “qanunpərəstlər” tərəfindən xəbərçi mənası verən “qancıq” adlandırılmasın səbəb olub. Beləliklə, oğru dünyası 2 hissəyə ayrılır və aralarında uzun sürən savaş başlayır. Nəticədə hər iki tərəf ağır itki verir. 1979-cu ildə Kislovodsk şəhərində iki qruplaşmanın rəhbərləri görüşürlər. Bundan sonra qruplaşmalar arasında mübarizə nisbətən səngiyir, lakin “qanuni oğrular” öz ənənələrini qoruyub saxlaya bilirlər.
Ardı →

100 illik müqavilə

TagiyevHacı Zeynalabdin Tağıyev, Almaniyada səfər zamanı orada yerləşən bahalı restoranlarından birinə rast gəlir. Restoranın görünüşünü çox bəyənib orada nahar etmək qərarına gəlir.
Şəkillərdən də gördüyünüz kimi Hacının üzündə həmişə saqqal olardı və o restorana daxil olaraq künc masalarından birini seçərək əyləşir. Gözləyir… Ancaq xidmətçi ona yaxınlaşmır. Səbəb olaraq isə xidmətçi Hacının xarici görünüşünü görüb onu yoldan keçən və ya aşağı təbəqəli şərqdən gələn bir insan kimi qəbul edir. Sonda özü onu səsləmək qərarına gəlir. Səslədikdən sonra xidmətçi ona hay verir və indicə yaxınlaşacağını söyləyir. Hacı səbr edir, ancaq xidmətçi yaxınlaşmır. Qərara gəlir ki, restoranı tərk etsin. Belə də olur. Hacı gəldiyi kimi də nahar etmədən restoranı tərk edir. Bir müddətdən sonra restoran rəhbərliyi xəbər tutur ki, onların saqqallı və şərq görünüşlü qonağı Bakıdan gələn bir millionerdir. Cəld ağanın arxasınca bir elçi göndərirlər. Ağanı restorana gətirərək ondan üzr istəyirlər və onunçün 20 nəfərlik bir masa açıb müxtəlif təamlarla bəzəyirlər. Hacı soruşur:
Ardı →

Kəliməbaz I Sözlər

“Dəftər”lə “literatura”nın, “dəri” ilə “dermatologiya”nın, “cins” ilə “genetika”nın arasındakı etimoloji bağlılıq nədir?

İlk baxışdan heç kimin ağlına da gəlməz ki, görünüşcə büsbütün fərqli olan “dəftər” və “literatura” kəlmələri eyni sözün əsasında yaranıb, amma Şərq və Qərb xalqlarının dillərində fərqli şəkildə inkişaf edib.

Qədim Yunanıstanda yazı vəsaiti kimi papirusdan başqa keçi dərisindən xüsusi şəkildə hazırlanmış “diftera” adlanan lövhədən də istifadə edilirdi. Bu kəlmə sonradan fars dilinə keçdi, oradan isə  azərbaycancaya “dəftər” kimi daxil oldu. 


Ardı →

Kəliməbaz I Güllər

Avropa dillərinin əksəriyyətində “tulipe”, “tulip”, “tulipan” və başqa bir neçə şəkildə mövcud olan və “lalə” mənasını verən sözlər “çalma” mənasını ifadə edən farş mənşəli “dülbənd” kəlməsinin əsasında yaranıb. Laləni Avropaya ilk tanıdan XVI əsrdə Osmanlı sultanının sarayında çalışmış avstriyalı səfir Oqye Busbek olub. Lalənin Avropa dillərinə niyə “dülbənd” kimi daxil olmasının səbəbi hələ də bilinmir. Bir ehtimala görə, lalə açılmazdan öncə çalmanı xatırlatdığından bəzən osmanlılar ona “dülbənd” deyirmişlər. Başqa bir ehtimal da belədir ki, o zamanlar osmanlılar çalmalarına lalə taxırdılar və görünür, Busbek tərcümədə xətaya yol verərək «lalə»ni «dülbənd» kimi başa düşüb.

Ardı →

21 dekabr 2012-ci il

Bu mövzu barədə çox fikirlər səslənib, ümumiyyətlə 2012-ci il haqqında çox yazılıb, müxtəlif dillərdə 30-a yaxın kitab dərc olunub, hətta film də çəkilib. Bütün bunlar insanların tələbatından, daha doğrusu, onların daxili suallarına cavab tapmaq istəyindən irəli gəlib. Son günlər bu dalğa daha sürətlə insanların beynini nəinki məşğul etməyə, deyərdim ki, hədsiz qorxutmağa başlayıb. Peşəmdən asılı olaraq təbii ki, ən müxtəlif təbəqələrdən mənə hər gün onlarla narahat müraciətlər olunur. Və mən də insanlarımızı narahat edən bu kimi suallara cavab vermək üçün bu məqaləni yazmaq qərarına gəldim...

On ildən çoxdur ki, milli mətbuatımızda ən müxtəlif prizmalardan dünyada baş verəcək dəyişikliklərə münasibət bildirməkdəyəm. Amma onlarla məqaləni əhatə edən həmin araşdırmalarda bir dəfə də olsun dünyanın sonu və ya dağılması barədə fikir bildirməmişəm. Olsa-olsa, dünyanın “təmir” olunduğunu dilə gətirmişəm. Amma insanlar yaranışdan xof və qorxu içində İlahi Əmr olan Qiyamət Günü barədə tələskənlik etməyə sanki alışıblar. 
Ardı →

Kəliməbaz I Hind quşu

— Amerika mənşəli olan hind quşunu ticarətçilər ilk dəfə Avropaya Osmanlı torpaqları üzərindən daxil etdiklərindən ingilislər onun adını “türk quşu” qoydular və “turkey” dedilər. Həmin bu quş isə Osmanlı dövlətinə “Hindistan” kimi tanınan Amerika torpaqlarından gətirildiyindən ona türklər “Hind quşu” adını verdilər. Qısası, beynəlxalq ticari əlaqələr bu biçarə Amerika quşunu vətəninə, kökünə, elinə-obasına yadlaşdırdı.

— İngilis dilindəki «chouse» sözü, yəni «fırıldaqçı», türk dilindəki "çavuş" sözünün dəyişilmiş formasıdır. Osmanlı ordusundan xəbər gətirən elçilərə Avropada  bəzən "çavuş" deyirmişlər. Görünür, osmanlılar rəqiblərinə qarşı həmişə hiylə işlətməyə meylli olduqlarından sonradan "çavuş" sözü də ingilis dilinə «fırıldaqçı» kimi daxil olub.
Ardı →

Seçim qarşısında qaldıqda

Kiçik sorğu: Təsəvvür edin ki, qatarda gedirsiniz və maşinist ani olaraq ölür. Siz bilirsiniz ki, heç bir müdaxilə etməsəniz, qatar qəza edəcək və 10 sərnişin dəqiq öləcək. Edə biləcəyiniz yeganə müdaxilə isə qatarı sağdakı yola çıxarmaqdır və bu yolda relsləri düzəldən 3 ustanın üzərindən keçib onları öldürəcəksiniz. Siz müdaxilə edərsiniz, yoxsa kənarda qalarsınız?

Biz sadəcə etdiklərimizə görə məsuliyyət daşıyırıq, yoxsa edə biləcəyimiz halda etmədiklərimizə görə də? Hərhansı böyük pis bir hadisənin qarşısını ala bilmək üçün kiçik pis addımlar atarsınızmı? 10 nəfərin həyatını xilas etmək üçün 3 nəfərin həyatına son qoyarsınızmı? Müəllif: Bəxtiyar H.
Davamı →

Qəribə məlumatlar

— Qədim misirlilər pişikləri ölən zaman onun xatirəsi üçün saqqallarını qırxırlarmış.
— «Barbi» kuklasının tam adı Barbara Milisent Robertsdir.

— Mehmanxanalarda kişilər qaldığı nömrələri qadınlardan daha təmiz saxlayırlar.
— Brüs Linin hərəkətləri o qədər sürətli olub ki, ona dair filmlərin yaradıcıları hərəkətləri görmək üçün lentə yavaşladılmış variantda baxırlarmış.
Ardı →