Рейтинг
+196.92

Maraqlı faktlar

181 üzv, 804 topik

Üzünü qırxmayan qadınlar, ayaq dişləyən kişilər

ABŞ-a yollanmaq fikrində olan soydaşlarımız bir qədər ehtiyatlı olmalıdırlar.Çünki bu ölkəni təşkil edən 50 ştatın hər birində qəribə, bəzən də əcaib qanunlar və yasaqlar var.Britaniyalı yazıçı Enni Taker Morqan ştatların yerli qanunvericiliklərini araşdıraraq absurd yasaqların siyahısını hazırlayıb.Bu siyahının bəzilərini sizlərə təqdim edirik.

Alabama: Burada saxta bığ vurub kilsəyə getmək və camaatı güldürmək olmaz.
Alyaska: Sığın ovunda olan adamın qulağına nə isə pıçıldamaq olmaz.
Arizona: Kaktus kəsəni 25 il həbs gözləyir.

Ardı →

Fobiya növləri-1

Hər şeydən qorxma— Panafobiya (Panophobia)


Əşya çoxluğundan qorxma— Polifobiya(Polyphobia)


Yeniliklərdən qorxma— Neofobiya(Neophobia)


Təbiət yaradışları


Havadan qorxma — Anemofobiya (Anemophobia)


Buludlardan qorxma—Nefofobiya (Nephophobia)


Soyuqdan,buzdan və şaxtadan qorxma — Kriofobiya (Cryophobta)


Gecədən qorxma — Niktofobiya (Nyctophobia)


Qaranlıqdan qorxma— Skotofobiya (Scotophobia)


Gündən qorxma— Eozofobiya (Eosophobia)


Ardı →

Güllər və "mənaları"

Təbiətdə hər şey gözəldir.İnsanın yaşadığı mühiti isə çiçəklər və güllər,onların ətri,rəngarəngliyi daha gözəl bəzəyir.Çiçək və güllər insana sevinc,fərəh,inam gətirir.Buna hələ çox keçmişlərdən insanlar diqqət yetirmişlər,onlara rəmzi mənalar vermişlər.Bunlardan aşağadakılar daha geniş yayılmışdır:

  • Qızıl gül,qırmızı rəng — məhəbbət və həyat,razılıq almaq,təntənə,qələbə
  • Qərənfil —          ehtiras
  • Su zanbağı —     su pərisi
  • Astra —             qəm-qüssə,xatirə

Davamı →

Amerikanı titrədən “19 qardaş”

11 sentyabr terrorunu törədən şəxslər kimlər idi və sonları necə oldu...
«Ondan bir dəfə soruşdum ki, nəyə görə heç vaxt gülmür, həmişə kədərli və hüznlüdür. Cavab verdi ki, axı, hər gün Fələstində günahsız insanlar öldüyü halda mənim üzüm necə gülə bilər?»

Amerika senatının üzvü Çak Hagelin «ikinci Perl-Harbor» adlandırdığı bu dəhşətli olayların tədqiqatının gedişi heç də terrorçuların illərlə hazırladıqları plandan asan başa gəlmədi. Rəsmi məlumata görə, elə təkcə özlərini diri-diri fəda eləyənlərin kimliyinin müəyyənləşdirilməsi üçün müxtəlif ölkələrin xüsusi xidmət orqanlarının nə az-nə çox, düz 7 minə yaxın əməkdaşı bu işə cəlb olunubmuş. Maraqlıydı, tədqiqatların gedişində terroru həyata keçirən 19 nəfərin heç birinin nəzəri cəhətdən adətən belə əməlləri törədənlərə məxsus keyfiyyətlərə malik olmadıqları daha çox gözə girirdi. Ancaq onu şəxsən tanıyan amerikalı Ralf Bodenin ifadəsinə əsasən yuxarıda barəsində danışdığımız həmin «hüznlü üz» sahibinin — Muhəmməd Attanın rəhbərliyi ilə 18 nəfər ərəb Amerikanın düz 4 təyyarəsini qaçırdaraq hərəsini bir istiqamətə apardı, hərəsini bir yerə çırpdı, özləri də daxil minlərlə insanın ölümünə bais oldular. Və dünyanın düzəninin dəyişilməsinə səbəb olacaq 11 sentyabr 2001-ci il terrorunu törətdilər... 
Ardı →

Gizli ocaqlar | tarixin Vatikan sirri

«Hər şey Sənin tərəfindən papaya verilib və indi həmin hər şey onundur...» Dostoyevskinin «Böyük İnkvizitor»u qeyb olmasından düz 1500 il sonra təzədən İspaniyada zühur eləyən İsaya elə beləcə də deyir. Böyük İnkvizitor tutub zindana qatdığı İsaya uzun bir nitq iradında bulunur və hətta Tanrının oğlunu belə inandıra bilir ki, gəldiyi kimi səssizcə çıxıb getsə yaxşıdır. Çünki «indi biz Səninlə deyil, artıq onunlayıq...».

«Böyük İnkvizitor»un həqiqəti...
Ardı →

Dünyanın sonunun gələcəyinə dair boşa çıxmış proqnozlar

Dünyanın sonunun çatmasına dair ( ya da digər hadisələr )  konkret tarix göstərilməsi ilə bağlı bir çox proqnozlar məlumdur. Bunlardan bəzilərini nəzərdən keçirək:

* 1533, 18 oktyabr — Alman riyaziyyatçısı və rahibi Maykl Ştifelin hesablamalarına görə dünyanın sonu tarixi;

* 1688 -1700 — şotland riyaziyyatçısı Con Neperin hesablamalarına və Apokalipsisə ( Məhşər ) dair şərhlərinə əsasən dünyanın sonu tarixi;

* 1736, 13 oktyabr — ingilis ilahiyyatçısı Uilyam Uistonun öncəgörmələrinə əsasən böyük daşqın nəticəsində dünyanın sonunun çatması;
Ardı →

Qəribə qadağalar

Dünyanın ayrı-ayrı ölkələrində başqa yerlərdən gələnləri şoka sala biləcək qaydalar mövcuddur. Yerli əhali artıq buna alışsa da, gəlmələrin şəraitə adaptasiya olması bir qədər uzun çəkir. 

Məsələn, Azərbaycanda hər kəs sutkanın istənilən saatında İnternet kluba daxil ola bilər. Bu davranışa görə heç kim dövlət qurumlarına hesabat vermir. Halbuki eyni hərəkət üçün Türkmənistanda klubun administratoruna şəxsiyyət vəsiqəsinin surətini təqdim etmək tələb olunur. 

Beləliklə, dünyadakı maraqlı qadağalardan bəzilərini təqdim edirik.


Ardı →

Apollon möcüzəsi

Sovet İttifaqının 60-cı illərdə kosmos uğrunda yarışda ABŞ-ı geri qoyması amerikalıların hisslərinə toxunmuşdu. Ola bilsin ki, Aya insan çıxarmağı məqsəd qoyan Apollon layihəsi elə bu hissi aradan qaldırmaq üçün nəzərdə tutulurdu. Lakin alimlər üçün bu sadəcə elmi məramdan başqa heç nə deyildi.

1969-cu il iyulun 20-də ABŞ-ın kosmik porqramının əldə etdiyi nailiyyət, sözsüz ki, Sovetlərin etdiklərini kölgədə qoydu. Amerikalılar Nil Armstronq və Baz Aldrin Aya qədəm qoyan ilk insanlar oldular. Armstronqun ayağını Aya basan anda «insan üçün kiçik bir addım, bəşəriyyət üçün nəhəng sıçrayış» ifadəsi dillər əzbərinə çevrildi. Amma ola bilər ki, siz həmin məqam barədə aşağıda sadalanan faktlardan xəbərsizsiniz:
Ardı →

Əsnəmək əsnəmək gətirər

Keçmişlərdə bir ər-arvadın qapısını qonaq döyür. Qapını açıb qonağı içəri gətirirlər, qarşısına necə deyərlər, Allah verəndən qoyub, söhbətə başlayırlar. Yeyib içəndən sonra yol yorğunu olan qonaq əsnəməyə başlayır.


Ev yiyəsinin xanımı da qonaq əsnədikcə əsnəyir. Qonaq əsnəyir, arvad əsnəyir, axırda ev sahibi gözünün işarəsi ilə ev sahibəsini bayıra çağırır, orada, necə deyərlər, qısqanclıq zəminində cinayət törədərək, əşyayi-dəlili samanlıqda gizlədir. Sonra qayıdıb içəri gəlir və heç nə olmayıbmış kimi qonaqla söhbətini davam etdirir. Bu dəmdə qonaq bir də əsnəyir və bu dəfə əsnək artıq ev sahibi olan kişiyə keçir. Onda ev sahibi tutduğu əməldən peşiman olaraq, əsrləri aşan belə bir kəlam işlədir.


"Əsnək əsnək gətirər, hayıf samanlıqdakı"…


Ardı →

İlk avropalılar kim olub?

Avropada ilk insan məskunlaşması nə vaxt yaranıb? Bu sual alimləri çoxdan maraqlandırır və bu gün İspaniya alimləri, buna deyəsən cavab tapıldığını bildiriblər.

Onlar Avropada ən erkən olduğu zənn edilən insan məskunlaşmasına dair birbaşa dəlil əldə etdiklərini bildiriblər. Nature dərgisində çap olunan məqaləyə əsasən, alimlərin aşkar etdiyi daşlaşmış insan çənəsi və bir sıra dişlərin milyondan çox yaşı var.
Ardı →