Рейтинг
+196.92

Maraqlı faktlar

178 üzv, 735 topik

Bermud üçbucağı

Bermud üçbucağı Atlantik okeanın şimalında Florida, Bermud adaları və Puerto Rikonu birləşdirən şərti xətlərin əhatə etdiyi üçbucaq formasında bir ərazdə yerləşir. Möcüzələr və müəmmalarla dolu olan bu yer planetin ən dəhşətli və müdhiş ərazisi hesab olunur. Buraya «Atlantik qəbiristanlığı», "ölüm və ya şeytan üçbucağı" da deyilir. Səbəb isə bu ərazidən keçən gəmilərin, təyyarələrin və s. heç bir iz qoymadan yoxa çıxmasıdır. Bu üçbucağın ilk qurbanı Xristofor Kolumbun donanması olub.

İnsanları narahat edən və qorxudan, minlərlə insanın yox olduğu, bir-birinin ardınca bir çox sirlər saxlayan bu möcüzə nədir? İnsanlar hara yox olur? Naməlum dünyaya düşür, yoxsa sirli kosmik varlıqlar tərəfindən əsir götürülür?



Ardı →

Dünya bayraqları və onlar haqqında maraqlı məlumatlar

Sinqapur Sinqapurun dövlət bayrağı 2 bərabər üfüqi zolaqdan ibarətdir: qırmızı və ağ. Qırmızı zolağın solunda aypara və 5 ulduz şəkli təsvir olunub. Sinqapurun bayrağını hazırlayan şəxs To Çin Çaedir. 1965-ci ildə rəsmi olaraq ölkənin milli bayrağı kimi qəbul edilib. Qırmızı rəng insanların ümumi qardaşlığını və bərabərliyini təmsil edir. Ağ rəng paklıq və yaxşılıq rəmzidir. Aypara şəkli gənc və inkişaf edən milləti tərənnüm edir. 5 ulduz isə Sinqapurun ideallarıdır: demokratiya, sülh, inkişaf, ədalət və bərabərlik. Ölçüsü 2:3 nisbətindədir.


Ardı →

Ədədlərdə olan sirlər

Ədəd və rəqəmlərin özlərinə xas maraqlı xüsusiyyətləri var. Hərflər vasitəsi ilə qarşı tərəflə rabitə yaradıldığı kimi, bu, rəqəmlərlə də mümkündür. Rəqəmlər insan həyatında böyük əhəmiyyətə malikdir. Danışmaq qədər mühüm olmasa da, əhəmiyyəti ondan çox da az deyil. İnsanın həyatda danışmağa ehtiyacı olduğu kimi, rəqəmlərdən istifadə etməyə də ehtiyacı var. Siz təsəvvür edin əgər rəqəmlər olmasaydı, bir şeyin sayını bildirmək necə və nə ilə mümkün olardı?
Dini ədəbiyyatda rəqəmlərin işlənmə yerlərinə baxdıqda bəzi rəqəmlərin başqalarına nisbətən daha çox işləndiyinin şahidi oluruq. O cümlədən o rəqəmlərin sırasında; 5, 7, 12, 14, 40, 70 və s. durur. Bunların da arasında işlənməsinə görə 40 rəqəmi daha çox gözə çarpır.


Ardı →

Solaxaylar

• Hər kəs bilir ki, aya ilk ayaq basan Neil Armstronq olub, ancaq çox az adam bilir ki, o, aya ilk addımını sol ayağı ilə atıb.
• 1992-ci ildə ABŞ-ın prezident seçkilərindəki bütün namizədlər solaxay olub: Bill Klinton, Ross Perot və Corc Buş
• 1963-cü ildə Bob Çarlz Böyük Britaniya qolf çempionatını qazanan ilk solaxay qolfçu olub.
• ABŞ-ın ilk solaxay prezidenti olmuş Ceyms Qarfild həm də ambidekst (hər iki əli ilə yazmağı bacaran) olub. O, bir əli ilə latın, digəri ilə isə yunanca yaza bilirdi.
• Solaxay Leonardo da Vinçi bütün yazılarını sağdan sola yazıb. Məhz bu səbəbdən onun yazılarını yalnız güzgü ilə oxumaq mümkündür.
• Mikalencelo məşhur kilsə rəsmini iki əli ilə çəkib

Davamı →

Maraqlı 101 sual

Nə üçün dəniz havası insan üçün faydalıdır?
Dəniz havası ona görə faydalıdır ki, onun tərkibində dəniz sahilində mövcud olan bakteriyalardan əmələ gəlmiş xüsusi kimyəvi maddələr vardır. Lakin keçən il aparılmış tədqiqatlar göstərmişdir ki, böyük limanlarda dəniz duzu dəm qazları əmələ gətirən kimyəvi maddələrlə reaksiyaya girə bilər və bu, atmosferin çirklənməsinə səbəb olar.
Bitkilər qocalıqdan ölürlərmi?
Yaxşı şəraitdə bəzi bitkilər əbədi yaşaya bilir. Bitkilərin ölümü xarici şəraitin dəyişiklikləri nəticəsində baş verir. Lakin birillik bitkilər toxum əmələ gətirdikdən sonra bəli, ölürlər.
Davamı →

20 ən böyük diktator

1. İosif Stalin — 1922-1953-cü illərdə fasiləsiz olaraq SSRİ-yə rəhbərlik etmişdir. Onun tərəfindən aparılmış bir neçə repressiya nəticəsində 50 milyon nəfər qətlə yetirilmişdir.
2. Pol Pot — hakimiyyətə gəldiyi vaxtı (1975-ci il) «Sıfır ili» elan etmiş, Kambocada qırmızı kxmerlər hərəkatının lideri olmuşdur, şəhərləri ləğv etmiş və ölkənin əhalisini düyü tarlalarında işləməyə məcbur etmişdir. 4 ildən bir az vaxt ərzində 1,7 milyon nəfər adamı məhv etmişdir.
3. Mao Tsedun — müharibədən sonra kommunist Çinin banisi olmuşdu, «böyük sıçrayış» ideologiyasını həyata keçirmək nəticəsində 1976-ci ildə 65 milyon nəfərə yaxın adam ölmüşdür.
4. Kim İr Sen — Şimali Koreya Kommunist Partiyasının rəhbəri, totalitar cəmiyyətin yaradılması 2 milyon nəfərin həyatı bahasına başa gəlmişdir.
5. Tan Şve — Birma Hərbi Xuntasının başçısı, 16 ildir ki, hökmranlıq edir, qiyamçı qəbilələrlə mübarizə aparır, uşaqları orduya çağırır, etirazları qəddarlıqla yatızdırır, ölkədən artıq yarım milyon nəfər adam qaçmışdır.
Davamı →

Bunları bilirsinizmi?

1- Indoneziyada bazarlıq zamanı satıcı pulu yerə atarsa bu son qiymət deməkdir.
2- Panamada əgər sizin gözəlliyiniz varsa sizə 20% endirim eləyərlər.
3- Heç bir kağız parçası 7 dəfədən artıq bükülə bilmir.
4- Atların insanlardan 18 ədəd daha çox sümüyü var.
5- Bir qarışqa öz ağırlığının 50 qatını qaldıra bilər
Ardı →

Yaponiya

1. Qarpızın qiyməti Yaponiyada 200-300 dollar arasında dəyişir.
2. Tokio şəhərinin ilk adi Edo olmuşdur.
3. Oktyabrın biri Yaponiyada rəsmi olaraq qəhvə gunu qeyd edilir.
4. Tokio dünyanin əhalisinə görə ən böyük şəhəridir(32 milyon),sonrakı sıraları Seul,Mexiko şəhəri və New York tutur.
5. Yaponiya 6800dən çox adadan ibarətdir.
6. Yaponiyalılar deyir ki, cinlilər hər şeyi yeyirlər.
7. Yaponiyada hər il 1500ə yaxin zəlzələ baş verir.
8. Yapon qızlar adətən sevgililərindən ayrılandan sonra saçlarını kəsdirirlər.
9. Yaponiyada kuçələr çox dar olur və heç bir küçənin adi olmur.
10. Yaponların 60%i siqaret şəkir,bu dunyada ən böyük göstəricidi.
Davamı →