Рейтинг
+196.92

Maraqlı faktlar

181 üzv, 804 topik

Böyük depressiya

1776-cı il müasir dünya üçün həm siyasi, həm də iqtisadi baxımdan çox önəmli ildir. Obrazlı desək, müasir dünyanın təməllərinin bir baxıma 1776-cı ildə atıldığını da iddia etmək olar. Siyasi baxımdan ona görə ki, həmin il İstiqlaliyyət Bəyannaməsi qəbul edildi və Amerika dövləti yarandı. Onun indiki dünya siyasətindəki mövqeyini izah etməyə ehtiyac yoxdur. İqtisadi baxımdan isə ona görə ki, iqtisad elminin banisi hesab edilən Adam Smitin məşhur “Xalqların sərvəti” (“Xalqların sərvətinin təbiəti və səbəbləri haqqında tədqiqat”) əşəri nəşr edildi. Bu əsər iqtisadi münasibətlərə və iqtisadi sistemə ciddi təsir etdi və bir çox yeniliklər gətirdi. Smitin əsərində irəli sürdüyü fikirlərin praktikada ən çox istifadə edildiyi ölkələrdən biri elə ABŞ idi.

Davamı →

Avropanın yarımçıq ağılı

“E=mc2 seksist bir düsturdurmu? Bəlkə də. Fərziyyəmizi belə ifadə edə bilərik: bu düsturda işıq sürətinə bizim üçün son dərəcə vacib olan başqa sürətlərlə müqayisədə üstünlük verilib. Hesab edirəm ki, düsturun mümkün seksistliyinin sübutu ən sürətli hərəkət edənə üstünlük verməsində gizlidir”.
və ya
“Bərk cisimlər fizikasının maye mexanikasıyla müqayisədə daha çox inkişaf etməsinin səbəbi “bərkliyin” kişilərlə, “yumuşaqlığın” qadınlarla assosiasiya olunmasıdır”.

Davamı →

Charlie Chaplin-in qızına məktubu

Bu məktubu metr, 1965-ci ildə, 76 yaşı olanda, Paris səhnələrini fəth etməkdə olan qızı Geraldine-ya yazıb.
Əziz qızım Geraldine,
İndi gecədir. Yeni il gecəsi. Balaca qəsrimizin silahsız əsgərləri yuxuya gediblər: bacın və qardaşın, hətta anan da uyuyub… Bu yarıqaranlıq otağa gəlincə, o mürgülü sərçəcikləri az qala oyadacaqdım…
Ah, bircə bilsən ki, mən Səndən nə qədər uzaqdayam… Ancaq, qoy, mənim gözlərim kor olsun, əgər bütün ayrılığımız müddətində Sənin əksin bircə an belə gözlərimin önündən çəkilibsə. Sən əslində burdasan, yanımda, yox-yox, lap ürəyimdəsən…
Sən hardasan?..

Davamı →

Belçika şirkəti Kor ərəbin mahnısının mənimsənilməsini etiraf etdi

İctimaiyyətə məlumat verdiyimiz kimi, görkəmli Azərbaycan bəstəkarı Fikrət Əmirovun “Kor ərəbin mahnısı” əsərinin musiqisi Belçikada yaşayan Vardan Hovanissian və Emre Gültekin tərəfindən mənimsənilərək “Houcher” adı altında “Karin” musiqi albomuna daxil edilmiş və bir sıra platformalarda yayımlanmışdı.
Bununla əlaqədar, Əqli Mülkiyyət Agentliyi və Fikrət Əmirovun vərəsələri tərəfindən müəlliflik hüquqlarının pozulmasının qarşısının alınması ilə əlaqədar musiqi albomunun istehsalçısı olan Belçikanın “Muziekpublique” şirkətinə qarşı müvafiq tələblər irəli sürülüb.

Davamı →

Lev Tolstoyun qızı erməni vəhşilikləri haqqında

Dövlət Tərcümə Mərkəzi erməni vandalların 1915-ci ildə Türkiyənin Van şəhərində dinc əhaliyə qarşı törətdiyi soyqırımın canlı şahidi olmuş  dahi rus yazıçısı Lev Tolstoyun qızı – yazıçı-publisist Aleksandra Tolstayanın xatirəsini əks etdirən “Lev Tolstoyun qızı erməni vəhşilikləri haqqında” adlı sənədli  material hazırlayıb.
İngilis, rus, türk, fars, ərəb, gürcü, fransız, ukrain, ispan və alman dillərinə tərcümə edilmiş materialın xarici ölkələrin Azərbaycanda akkreditə olunmuş səfirlik və nümayəndəliklərinə, aidiyyətli mətbuat orqanlarına göndərilməsi, beynəlxalq internet məkanında, sosial şəbəkələrdə yerləşdirilməsi nəzərdə tutulur.

Davamı →

Sergey Yeseninin ölümü

Sergey Yeseninin dünyasını dəyişməsi müasirlərini çox kədərləndirmişdi. «Kəndli» adlandırdıqları şairə görə şəhərlərdə, proletar paytaxtlarda, əsasən də daimi yaşadığı Moskvada göz yaşı tökürdülər.

...Bütün Tver məhəlləsində
Küçələrdəki hər bir köpək
Mənim yüngül yerişimi tanıyır...

Onunla vida Nikitski bulvarında baş tutdu, Nəşrlər evinin (hazırda jurnalistlər evi) girişində «Böyük rus xalq şairi Sergey Yesenin burada dəfn olunub» yazılmış plakat asılmışdı

Davamı →

 Dostoyevski əsərlərinin ikinci tam nəşrinin mübahisələri

Artıq illərdir ki, F.M.Dostoyevski əsərlərinin yeni tam akademik toplusu ilə bağlı müba hisələr səngimək bilmir. Bu polemikada son sözü  2009-cu il üzrə «Russkaya literatura» («Rus ədəbiyyatı») jurnalının 3-cü sayında iki məqalə deyib. (Bax. V.Y.Baqno, V.D.Rak. Dostoyevski əsərləri tam toplusunun akademik ikinci nəşri haqqında. / Rus ədəbiyyatı. 2009. №3. S.60-68; V.Y.Vetlovskaya, B.N.Tixomirov. F.M.Dostoyevski əsərlərinin akademik tam toplusu haqqında (2-ci nəşr, düzəliş və əlavələr edilmiş) / Orada. S.69-73.)
V.Y.Baqno (işə başlayan ikinci nəşrin baş redaktoru) və V.D.Rakın informasiya xarakterli məqaləsində 35 cilddən ibarət olacaq  Dostoyevski əsərlərinin tam akademik ikinci nəşrinin konsepsiyaları, prinsip və strukturları haqqında ətraflı məlumat var. (Dostoyevski əsərləri tam toplusunun birinci akademik nəşri 30 cilddən ibarətdir. (Elm, 1972-1990)

Davamı →

Təzim etmədiyi üçün işdən çıxarıldı, yeni qurulan ölkənin rəhbəri oldu, əksinqilabçı kimi güllələndi

Bu gün görkəmli ədib, ictimai xadim, “Molla Nəsrəddin” jurnalının təsisçisi Ömər Faiq Nemanzadənin anım günüdür. Bu münasibətlə Ömər Faiq Nemanzadə haqqında maraqlı faktları təqdim edirik.
Milliyyətcə məshəti türkü olan Ömər Faiq Nemanzadə 1872-ci ildə Gürcüstanın Axalsiq uyezdinin Azqur kəndində doğulub.
Türk təhsil sistemində zəmanəsinin yeni məktəblərindən biri olan “Darüşşəfəq”in ilk məzunlarından biridir.

Davamı →

Beynimiz yatırım qərarlarımıza necə təsir edir?

Birjada pul qazanma mövzusunda daha yaxşı bir performans sərgiləmək istəyirsiniz?
Əlbəttə istəyirsiniz!
Lakin keçmişdə etdiyiniz səhvləri təkrarlayaraq müvəffəqiyyətə çatmağınız mümkün deyil. “Ah vah” edərək də investisiya zəkanızı inkişaf etdirməyiniz çox çətindir. Ancaq daha yaxşı bir investor olmağınız üçün bəzi əhəmiyyətli üsulları vardır.
Məsələn, nevrologiya kimi birja ilə heç əlaqəsi olmayan bir elm sahəsi birjada daha yaxşı investisiyalar etməyinizi təmin edə bilər. Dünyanın bir çox universitet və elm qurumlarında elm insanları son texnologiyaları istifadə edərək beynin quruluşu və yatırımçılıq arasında körpü qurmağa çalışır.

Davamı →

55 ilə 5 min illik töhfə

Hər bir xalqın tarixi onun ədəbiyyat və incəsənətində daha çox qorunur və gələcəyə çatdırılır. Bu mənada arxivlərin rolu və xidmətləri əvəzedilməz hesab edilir. Respublikamızda müxtəlif sahələrin arxivlərinin fəaliyyət göstərməsi də şəksiz milli-mənəvi dəyərlərimizə aid maddi-mədəni nümunələrin, o cümlədən ədiblərin — yazıçı və şairlərin, eləcə də incəsənətin müxtəlif qollarının yadigarlarının qorunub saxlanmasında, bununla da mədəniyyət və ədəbiyyat tariximizin daha da zənginləşdirilməsində daşıdıqları əhəmiyyət çox böyükdür.

Davamı →