Рейтинг
+196.92

Maraqlı faktlar

181 üzv, 804 topik

Joseph Weil – fırıldaqçıların “Robin Qud”-u

Bu məqalənin qəhrəmanı olan Joseph Weil bütün 100 illik boyu bir çox amerikalı yazıçı, ssenarist və fırıldaqçıların ilham mənbəyi olmuşdur. Ötən əsrin 20-ci illərində Çikaqo küçələrində baş verən bütün hadisələr qanun çərçivəsinə salınırdı. Adi qətllər və qarət halalrı şəhərin cinayət həyatının kiçik bir hissəsini təşkil edirdi. Spirtli içkilər ilə qanunsuz ticarət, qanunsuz qumar evləri və bordellər, həmçinin fırıldaqçılıq öz hökmranlıq dövrünü sürürdü. O dövrün fırıldaqçılıq üzrə kralı isə “Sarı oğlan” ləqəbli Joseph Weil idi.

O şəhərin küçələrində inanılmaz dərəcədə bahalı avtomobillərdə gəzir, qalstukunda brilyant olan dəbdəbəli kostyum geyinirdi. O bir fırıldaqçılıq əməlindən 10 mindən 500 min dollara qədər gəlir əldə edə bilirdi. Bununla yanaşı, o heç vaxt yoxsul insanları aldatmırdı və buna görə də fırıldaqçıların Robin Qud-u adlandırılırdı.
Davamı →

Tarixi dəyişdirən 5 yuxu

yuxuTarix boyu yuxular insanlara ilham vermiş, elmi kəşflərin, ixtiraların ilham mənbəyi olmuşdur. Xüsusən elm insanları arasında hər nə qədər bunu etiraf etmək istəməyənlər olsa da, kəşflərinin mənbəyini əvvəlki gecə gördüyü yuxudan götürənlər olduqca çox saydadır… Əslində bu batil bir inanc deyil, olduqca təbii bir proses.

Çünki yuxular bizə bilmədiyimiz bir məlumatın göydən enməsini təmin etmir, əksinə bəlkə də uzun zamandır beynimizdə dönüb duran bir düşüncənin yerini tapmasına yardımçı olur. Nəticədə çox güclü havadarları var: Bütün düşüncəmiz onların əmrində!
Davamı →

Simurq quşu nəyin simvoludur?

SimurqSimurq quşu qədim əsatirlərdə Qaf dağında yaşayan böyük bir quş kimi təsvir edilir. Azərbaycan nağıllarında istifadə olunan personajlarından biri də Simurq quşudur.

Rəvayətə görə, Simurq quşu sevdiyi insanlara, köməyə ehtiyacı olan günahsız bəndələrə öz lələklərindən verər, onlara bir çətinliyə düşəndə bu lələkləri yandırıb onu köməyə çağırmalarını tapşırarmış.

Məşhur nağıl qəhrəmanımız olan Məlikməmməd obrazının da əsas yardımçısı məhz Simurq quşu olub. Çətinə düşən Məlikməmmədi qaranlıq dünyadan işıqlı dünyaya çıxardıb. 
Davamı →

Bütün dövrlərin ən qaniçən qatili

Bütün dövrlərin ən qəddar və qaniçən insanı qadın olub! Qətllər ona inanılmaz zövq qazandırırdı. Bu qadın yüzlərlə insanı birbaşa olaraq, öz əli ilə qətlə yetirmiş və “Ən məşhur ardıcıl qətllər törədən qatil” olaraq Ginnesin rekordlar kitabına daxil edilmişdir. Bu qadının adı isə qrafinya Yelizaveta Batori (1560-1614) idi.

O uşaqlıqdan epilepsiya xəstəliyindən əziyyət çəkirdi. Bununla yanaşı, öz ağlı, üç dil bilməsi ilə seçilirdi. O Macarıstanın ən təhsilli gəlinlərindən biri idi. Yelizaveta hələ uşaq olarkən qulluqçusunu yarı can hala salana qədər döymüşdü. Hər şeylə maraqlanan Yelizaveta böyüdükdə “bunun böyük insanlarla necə baş verdiyini” yoxlamaq qərarına gəlir.

O 14 yaşında lakeydən uşaq dünyaya gətirir. Lakin tezliklə lakey və uşaq izsiz şəkildə yoxa çıxır, “rüsvay olmuş” Yelizavetanı isə tez bir zamanda əsirlərin qəddar şəkildə edam edilməsi üzrə məşhur olan general Ferençə ərə verirlər.
Davamı →

İki dəfə edam edilən şəxs

Villi Frensis (12 yanvar 1929 – 9 may 1947-ci il) – amerikalı qatil idi. O 1945-ci ildə (16 yaşında) Luiziana ştatında elektrikli stul ilə ölüm cəzasına məhkum edilmiş yeniyetmə, qaradərili cinayətkar idi. Onun başına gəlmiş hadisə elektrikli stulda edam cəzasının baş tutmadığı ilk hadisə idi. Lakin ölüm cəzası ikinci cəhd ilə həyata keçirilir. Bu cəhd vəkil Vertrand DeBlankın etirazına səbəb olur. Belə ki, vəkil bu qəddar və qeyri-adi cəza növünü 8-ci düzəlişin pozulması hesab edirdi.

3 may 1946-cı ildə Villi Frensisi elektrikli stula bağlayırlar. O işə düşdükdə Villi qışqırır: “Söndürün onu, mən qızarıram”. Onu cəld bir şəkildə stuldan ayırırlar və ölüm cəzasına məhkum edilmiş məhbusların olduğu kameraya göndərirlər. Stul isə yoxlanışa göndərilir. Rəsmi məlumata görə, stulda naqillərdən biri sıradan çıxıbmış. Belə olduqda, cinayətkarın vəkili Vertran De Blank Frensinin layiq görüldüyü ölüm cəzasının ömürlük həbs cəzası ilə əvəz edilməsinə nail olmağa çalışır.
Davamı →

Xeyirxah milyarder

Olav Thon 90 yaşlı norçevli milyarderdir. Forbes jurnalının məlumatlarına əsasən onun sərvəti 6 milyard dollar təşkil edir və özünün bütün sərvətini tibbi araşdırmaları maliyyələşdirməyə xərcləməyə qərar verib.

Bundan belə başa düşülməməlidir ki, Olav Thon-un sağlamlığı ilə hər hansı bir problemi var. Xeyr. O sağlamlığı ilə problemlərinin olmaması üçün demək olar ki, bütün Norveçi ya piyada, ya da xizək ilə gəzib. Sadəcə o belə bir qərara gəlib ki, ömrü boyu qazandığı pulları xeyriyyə məqsədilə xərcləsin. O bildirmişdir: “Onsuzda mən onları özüm ilə apara bilməyəcəm”.

Bu yaşlı və xeyirxah milyarder öz sərvətini son qəpiyinə qədər özü qazanıb. O kənddə böyüyüb və öz biznesini tülkü dərisi ilə ticarətlə başlayıb. Daha sonradan isə otel və restoran işinə qoşulur. Hazırda isə onun şirkətinə 450-dən çox obyekt daxildir.
Davamı →

Adrian Lamo – bir xakerin tarixçəsi

Hazırda söhbət açacağımız şəxsi Amerikada bir çoxları tanıyır: federal marşallar, FTB və polis onu axtardığı bir vaxtda o NBC, CNN kanallarının canlı efirində çıxış etməyə cürət etmiş, 32 yaşına baxmayaraq AOL, AOL, Yahoo, Microsoft, Excite@Home, AT&T Telecom, MCI WorldCom, Intel, Bank of America, CityBank, Cisco, Google və bir sıra məşhur şirkətlərin şəbəkələrini sındırmağı bacarıb.

Bu məqalədə isə məşhur xaker haqqında bir sıra maraqlı faktları təqdim edəcəyik:

Adrian Lamo dünyanın bəlkə də yeganə evsiz xakeridir. O adətən atılmış binalarda, isti havalada park skamyalarının üzərində, soyuq havalarda isə gənclərin yığıncaqlarında gecələyir. İnternetə isə internet kafe, bar və pulsuz simsiz internetin olduğu yerlərdən daxil olur. O demişdir: “Ömrüm boyu internet üçün 1 qəpik belə olsun ödəməmişəm”. Təhsili isə faydasız hesab etdiyindən uzun müddətdir ki, tərk edib və o zamandan etibarən bir yerdə uzun müddət qalmayaraq bütün Amerikanı gəzir.
Davamı →

Beyinləri idarə edən şəxs

Volf Messinq bütün dünyada şüurlara təsir edən və onları istədiyi kimi idarə edə bilən bir insan kimi məşhurdur. Müharibə zamanı Messinq həbsxanaya düşür və əgər bu qeyri-adi qabiliyyətə sahib olmasaydı hər şey onun üçün pis nəticələnəcəkdi. Lakin o həbsxana gözətçilərinin birbaşa olaraq şüurlarına təsir edir və təlqinlə qapını onlara açdıraraq onları içəri salır. Qaldığı hücrənin qapısını isə arxadan bağlayaraq azad olur.

Volf Messinqə öz imkanlarını inkişaf etdirməyə kömək edən şəxs berlinli psixiatr Abel olub. Küçədən tapılan uşağın ürək döyüntüləri yox idi. Bu səbəbdən də onu morqa yerləşdirirlər. Uşaq burada 3 gün qaldıqdan sonra bir tibb tələbəsi meyiti yarmaq üçün hazırladıqda onda ürək döyüntülərini aşkar edir. Abel heyrətdən donub qalmışdı. O Messinqə izah edirdi ki, onun orqanizmi öz gücünü saxlayaraq katalepsiyaya düşür.

Və Volf bunu istədiyi an edə bilərdi. Beləliklə Messinqin “səhnə” fəaliyyəti başlayır. O sirklərdə “meyit” rolunu oynayırdı. O böyük kütlə qarşısında öz ölümünü, sonradan isə dirilməsini nümayiş etdirirdi. Zamanla o başa düşür ki, başqa insanların fikirlərini eşitməyi bacarır. O öz çıxışları ilə Avropa və Cənubi Amerikanı gəzmişdi.
Davamı →

Katana - Samuray qılıncı

Tapança gülləsini ortadan ikiyə böləcək qədər kəskin və davamlı, eyni zamanda bir saç telini ortadan ikiyə böləcək qədər də həssas olan bu qılınc bəlkə də Yapon xalqının dünyaya verdiyi ən möhtəşəm əsərlərdən biridir. Tarixi 10-cu əsr və əvvələ söykənən bu qılınc, Yapon xalqını iftixar, ruhani güc və itaətkarlıqla təmsil etmiş ancaq bir çox insanın qorxulu yuxusu olmuşdur. Tək bir həmlədə insan bədənini ortadan ikiyə ayıran bu qılıncın istehsalı günümüzdə çox az həcmdə aparılır və qiymətləri beş min dollar ilə əlli min dollar arasında dəyişir.

Dünyanın ən iti qılıncı adına sahibdir. Amma Katana qılıncı ilə birlikdə Avropanın düz ağızlı qılıncı da bu yarışın içərisindədir. İki qılıncı müqayisə etdikdə, şübhəsiz, Katana bu yarışı qazanacaq xüsusiyyətdə tək qılıncdır. Tarixə baxanda çox mənbə Yaponların, Avropanın düz ağızlı qılıncını məsxərə etdiklərini yazır.
Davamı →

Edam edilən fil Mary

Mary adlı fil tarixin ilk asılaraq edam edilən filidir.
13 Sentyabr 1916-da Amerika Birləşmiş Ştatlarının Tennessi Ştatında, Erwin qəsəbəsində bir sirkdə nümayiş etdirilən Mary adlı fil, baxıcısının onu qəzəbləndirilməsi nəticəsində baxıcısına hücum etmiş və baxıcısını öldürmüşdü.

Charlie Sparksın səyahət edən bir sirki vardı və Mary adlı bu fil sirkdə ən çox nümayiş etdirilən heyvan idi. Demək olar ki, Mary olmadan hər hansı bir nömrənin nümayişi mümükün deyildi. 1916-ci ilin soyuq bir Fevral ayında, Marynin hər zamankı baxıcısı yox idi və ona təcrübəsiz bir baxıcı təyin etmək məcburiyyətində qalındı. Çünki 5 tonluq bir Asiya fili olan Mary, şounun ən əvvəl oyunçularından biri idi.

Təcrübəsiz baxıcı Maryni təşviq etmək istəyərkən onu şüursuz şəkildə yaralayır. Ağrılar içərisində qalan fil, qəzəbdən baxıcısını əzəndə olanlar olur. Erwin qəsəbə yolları inşa edilən, inkişaf edən və öz məhkəməsi olan bir qəsəbə idi. Cinayət günahından mühakimə olunan fil Mary günahkar bilindi və edamına qərar verildi. Fil Mary, Erwin qəsəbəsindən 40 km uzaqlıqdakı Kingsport qəsəbəsinin meydanında şəkildə görüldüyü kimi edam edildi.
Davamı →