Рейтинг
+198.05

Maraqlı faktlar

176 üzv, 669 topik

Böyük partlayış haqqında 5 məlumat

Astronomlar Edvin Habbl və Milton Humason, 20.yüzyılın əvvəllərində qalaktikaların Süd Yolundan uzaqlaşmaqda olduqlarını kəşf etdi. Əslində vəziyyət belə idi: Hər qalaktika, bütün digər qalaktikalardan uzaqlaşırdı ki, bu da kainatın bütövlükdə genişlənməkdə olduğu mənasına gəlirdi. O halda keçmişdə, bütün kainat çox kiçik, isti və sıx olmalı idi.

Böyük Partlama modeli kimi tanınan bu tərif, təxminən yüz ildir ki, yeni kəşflərə və rəqib nəzəriyyələrə qarşı ayaqda qaldı. Bəs nədir bu “Böyük Partlayış” hadisəsi?
Davamı →

Neft haqqında bilmədiklərimiz

Xam neftin tərkibinə təxminən 1000 komponent daxildir.

Bir damcı neft 25 litr içməli suyu yararsız hala sala bilər.

Hər 1 barrel çıxarılan neftin ancaq yarısı benzinə çevrilir, qalan yarısı isə bir çox müxtəlif məhsulların istehsalında istifadə olunur.

Yaxın keçmişdə benzinin qiyməti çox ucuz olub, çünki o yararsız məhsul hesab edilirdi.

Təxminən 150 il bundan əvvəl benzin neftin işlənməsindən alınan ən yararsız məhsul sayılırdı. O zamanlar neftayırma əsasən kerosinin əldə olunmasına xidmət edirdi. Benzin isə tullantı hesab edilir, ən yaxşı halda ləkə əleyhinə maddə kimi məişətdə istifadə olunurdu. Bir çox neftayırma şirkətləri benzin satılmadığından onu yararsız bir maddə kimi çaya axıdırdılar.
Davamı →

Sardonik gülüş

İlk dəfə Homerin «Odisseya»sında rast gəlinən bu gülüşün adı Sardiniya adasında bitən bir otu yedikdən sonra zəhərlənib ölən insanların simalarında gülüşəbənzər acı ifadənin yaranması ilə bağlıdır.

Homerin «Odisseya» poemasında İtakaya qayıtmış Odissey və Penelopanın adaxlılarından biri olan Ktesipp arasında yaranmış mübahisədə təhqir olunmuş Odissey sardonik gülümsəyir. Yunan deyiminə görə, sardonik gülüş ölən anda gülən insanlar barədə işlənirdi.

Sardiniyada bitən bitkidən başqa, belə bir izah da var ki, Sardiniyada qocaların qurban gətirilməsi mərasimi gülüşlə müşayiət olunurdu, bu zaman qurban özü də gülürdü. Buna görə də sardonik gülüş-acı gülüş olaraq anlaşılır.

Tetanus xəstəliyi nəticəsində mimiki əzələlərin qıcolmaları nəticəsində,üz nahiyəsində məcburi gülüş yaranır buna da tibbdə Sardonik gülüş deyilir.

Valideynləri tərəfindən atılan məşhurlar

Stiv Cobs
1955-ci il fevralın 24-də San Fransiskoda dünyaya gəlib. Anası Coanne Şieble, atası Əbdülfəttah Candali Viskonson Universitetinin aspirantları idi. Onların rəsmi nikahı olmadığı üçün övladlarını uşaq evinə verməyə məcbur olurlar. Körpə Paul və Klara Cobs tərəfindən övladlığa götürülüb. Onlar uşağa Stiv adını qoyublar. Klara mühasib, Paul isə sahil mühafizə xidmətinin veteranı və maşinist idi.

Stivə texnologiyanı məhz ögey atası Paul sevdirib. Onlar evin qarajında saatlarla hansısa aləti söküb, yığırdılar. Bu, Stivdə artıq bir hobbiyə çevrilmişdi. Texnikaya olan bu istək, həvəs gələcəkdə Stiv Cobsu “Apple” şirkətinin qurucusu edir. Yeri gəlmişkən, Stiv 27 yaşında bioloji valideynlərini tapır. Onda Əbdülfəttah politologiya üzrə professor, Caanne isə loqoped idi. Cütlük artıq evlənmişdi və Mona adlı bir qızları da vardı. Mona da sonralar Amerikanın yazıçılarından biri olur.
Davamı →

Fiorensio Mani – təslim olmayan əzmkar

20-ci əsrdə velosiped yarışları bütün Avropada böyük populyarlığa sahib idi və elə indi də öz populyarlığını qoruyub saxlayır.
 
Hər bir kəs Tour De france haqqında az-çox məlumata sahibdir. Lakin Giro d’Italia adlı yarış da onun qədər vacibliyə sahibdir. 1956-cı ildə məhz bu yarışlarda inanılmaz hadisə baş verir. Şəkildə velosiped yarışçısı Fiorensio Mani-ni görürsünüz. Onun ağzında isə velisipedə bağlı olan ip var.
 
Bir neçə gün davam edən yarışların XII mərhələsində Firensio yıxılır və körpücük sümüyünü sındırır. Lakin o ağrıya məhəl qoymayaraq velosipedini yerdən qaldırır və yarışa davam edir. Hazırki mərhələ başa çatdıqda o yarış xəttindən çəkilməkdən və gips qoydurmaqdan imtina edir. Bunun əvəzində isə ötürücülərin dəyişdirilməsi üçün öz mexanikinin yanına gəlməsini tələb edir. Məhz şəkildə gördüyünüz o ip idamançıya sol əlindən istifadə etməyərək velosipedi idarə etməyə kömək edir. Beləliklə o problemin öhdəsindən gəlir.
Davamı →

Daima araşdıran kimyaçı

Fransız Kimyaçı Lavuazye 51 yaşındaykən, məhkəmə onun gilyotinlə öldürülməsinə qərar verir. Boynunun vurulmasını gözləyərkən belə kitab oxuyan kimyaçı cəllad onu apardıqda harda qaldığını unutmamaq üçün kitabın arasına əlfəcin qoyur.

Lavuazye, ölümə gedərkən Riyaziyyatçı dostu Laqranjı yanına çağırır və deyir:
“Başım səbətə düşdükdə gözlərimə bax. Əgər iki dəfə göz qırpsam, insanın başı kəsildiktən sonra bir müddət daha beyni düşünməyə davam edir deməkdir."

Və beləliklə, başı kəsilib səbətə düşdükdə gülərək iki dəfə göz qırpır.
Riyaziyyatçı Laqranj deyir:
— Lavuazyenin son saniyəsinədək isbat arayışı, elmin yüz illər boyu davam edəcək məşəlidir.

İnsan orqanizminin maraqlı xüsusiyyətləri

İnsan bəşəriyyətin ən möcüzəli varlığıdır. İnsan orqanizmi, onun fəaliyyəti, daxili və xarici orqanların xüsusiyyətləri və s. Bütün bu proseslər mürəkkəb strukturun bir hissəsidir. İnsan bədənində 206 sümük, 32 diş, 10 barmaq, iki göz, iki qulaq, bir burun, bir ağız, bir ürək, iki böyrək və.s saymaq olar. Lakin bunlar hələ hamısı deyil. Bizə elə gəlir ki, biz bədən üzvlərimiz haqqında hər şeyi bilirik. Amma insan orqanizminin mürəkkəb quruluşunda xeyli sirli məqamlar var.

1. Omba sümüyünün möhkəmliyi qranitə bərabərdir. 
İnsan sümüyü — Yer üzündə ən möhkəm materiallardan biridir. Möhkəmliyinə görə onu beton və təxminən qranitlə müqayisə etmək olar. Təsəvvür edin, kibrit qutusu ölçüsündə sümük 9 ton kütlənin ağırlığına dözə bilər. Bu ağırlıq beton divarın daşıya biləcəyi ağırlığın 4 qatıdır. İnsan bədənində ən böyük sümük — böyük omba sümüyüdür. Hansını ki, yalnız ekstremal şəraitdə (avtomobil qəzası) sına bilər.
Davamı →

Yaponlar yeməyi nə üçün taxta çubuqlarla yeyirlər?


İlk çubuq təxminən 3000 il əvvəl yaranıb, onları çinlilər fikirləşib. Taxta çubuqlar bambuqdan hazırlanırdı və kəlbətinə oxşayırdı. Əvvəlcə onlar yemək hazırlanmasında rahatlıq üçün nəzərdə tutulmuşdu. Taxta kəlbətinlərlə yeməyi çevirmək çox rahat idi. Onların köməyi ilə isti yeməkləri çevirən aşpazın əllərini yandırmaq ehtimalı da azalırdı. Çubuqların uzunluğu 38 sm idi, qida qəbulu üçün onlan 25 sm qədər kiçildi. Tezliklə bu ənənəni digər xalqlar, o cümlədən yaponlar da mənimsədi. Yaponiyada onlar «xasi» adını alıb.
Davamı →

Günəş sistemindəki ən dərin uçurum: Verona Rupes

27 peyki və çox incə halqası olan Uran planeti, öz-özlüyündə Günəş Sistemini xatırladır. Böyüklüyündən əlavə, ovsunlayıcı və əsrarəngiz bir sistemə malikdir. Uranın 5 böyük peykindən ən kiçiyi olan Miranda, bu ovsunlayıcı diyarın ən təəccüblü fərqini ortaya qoyur.
 
16 Fevral 1948-ci ildə Gerard Kuiper tərəfindən kəşf edilən, Günəş Sistemindəki heç bir göy cisminə bənzəməyən və bu xüsusiyyəti ilə digərlərindən fərqlənən 470 km. radiusa malik Miranda haqqında hələ çox dəqiq məlumatlara sahib deyilik. Qeyri-adi səthi və quruluşu ilə, bu qəribə peyk Günəş Sisteminin ən maraqlı peyklərindən biridir. Mirandanı xüsusi edən bir çox fərqlilik olmasına baxmayaraq, onun şöhrətini artıran ən əhəmiyyətli xüsusiyyəti; Günəş Sisteminin ən dərin uçurumuna ev sahibliyi etməsidir.
Davamı →

Dil necə formalaşır?

Doğulan hər hansısa körpə heç bir söz eşitməyəcək şəkildə izolyasiya edilərək böyüdülsə o, hansı dildə danışar? Və ya danışa bilər mi? Tarix boyunca müxtəlif şəxslər bunu başa düşmək üçün eksperimentlər aparmışdır:
 
1. Bu barədə ilk eksperiment 2700 il əvvəl Misirdə Firon Psamtik tərəfindən aparılıb. O, məsələni öyrənmək üçün 2 uşağın izolyasiya edilərək böyüdülməsini əmr verir. Sonda uşaqlardan biri «bekos» sözünə bənzər səs çıxardır, hansı ki, Frigya dilində "çörək" deməkdir. Firon uşağın ac olduğunu və ilk sözünün Frigya dilində olduğundan bəşəriyyətün dilinin bu dil olduğu qənaətinə gəlir.
Davamı →