Рейтинг
+198.05

Maraqlı faktlar

166 üzv, 655 topik

Qəribə qanunlar 2

Biz bu sayımızda da oxuculara dünya ölkələrinin maraqlı və qəribə qanunlarını təqdim edirik. Onların bəzisi hətta öz qəddarlığı ilə müasir insanı heyrətləndirə bilər. Amma bu qanunları bilməyimiz cəmiyyətimizin də xeyrinədir. Bu bizi qanunlara yenidən baxmağa, onlarda zamanın tələbinə uyğun dəyişikliklər etməyə stimullaşdırır. Burada elə qanunlar var ki, onları öz praktikamızda da tətbiq etmək pis olmazdı. Qeyd edək ki, Sinqapur və Tailand bizə qəribə görünən qanunlar (küçələri zibilləməyə görə ağır cəzaların tətbiqi) hesabına dünyanın ən təmiz paytaxtlarına çevrilibdir.

ABŞ-ın Dakota ştatı öz maraqlı qanunları ilə seçilir. Belə ki, bu ştatın qanununa görə şəhər küçələrində hindular iki-iki, üç-üç gəzərlərsə, onlar hərbi dəstə sayılarlar. Buna görə də onlara atəş açmaq olar. Əgər siz xüsusi mülkiyyətiniz ərazisində beş nəfərdən artıq hindu görsəniz, onlara atəş açmağa qanun icazə verir. İnanmıram ki, hindular bu ştatın ərazisində gəzməyə cürət etsinlər.
Ardı →
 

Qəribə qanunlar 1

Tomas Cefferson yaxşı vurğulayıb, qanunlar sadə adamlar üçün yazılır və ona görə də onlar sağlam düşüncənin sadə qaydalarına söykənməlidir.

ABŞ. Birləşmiş Ştatlarda Milad bayramında evləri bəzəmək adətdir. Men ştatının hakimiyyəti isə əhalinin bu həvəsindən büdcənin xeyrinə istifadə etməyə çalışır. Belə ki, ştatda bu barədə maraqlı qanun mövcuddur. Qanuna görə ev sahibi evin yeni il bər-bəzəklərini yanvarın 14-nə qədər yığışdırmasa, onu cərimə gözləyir. Yaxşı ki, bizdə belə qanun yoxdur. Axı biz yeni il bəzəklərini bəzən uzun müddət yığışdırmırıq.
Ardı →
 

Heyrətləndirici faktlar

1.Dünyanin ən bahalı qayganagının dadina Nyu-Yorkun Norma restoraninda baxmaq olar. Onun adi Zillion Dollar Lobster Frittata, qiyməti ise 770,47 avrodur. 

2.Argentina ve Peruda barmaqla gicgahi burmaq jesti «Mən fikirleşirem» mənasını verir. Diger ölkələrdə ise bu jest «səfeh» anlamini daşiyir. 

3.Alimler "İncil"-de cəhənnəm mövzusunda olan sitatları müqayisə edərək belə qənaətə gəlibler ki, cəhənəmin hərarəti 718 derece selsidir. 

4.Andorra dünyada yeganə ölkedir ki, orada poçtyollama pulsuzdur. 
Ardı →
 

Ən böyük həqiqət

Görmək və inanmaq… Bu sözlər arasında birbaşa əlaqə qurmaq məntiqsizlikdir. Görmək gördüyünün, inanmaq isə təkcə gördüyünün yox, görmədiyinin də varlığını qəbul etməkdir. Sözsüz ki, bu məsələdə ağılın rolu inkaredilməzdir. Lakin əgər ağıl görmədiyini inkar edirsə, deməli o özünü də inkar edir. Halbuki həyatda görmədən inandıqlarımız, görərək inandıqlarımızdan daha çoxdur. Görmədikləri üçün Allahın varlığını inkar edənlərə gəlincə isə… Bu barədə böyük mütəfəkkirlərin fikirlərinə müraciət edək…


Ardı →
 

Xoşbəxtlik pulda imiş...

Xalq arasında belə bir deyim var: «Xoşbəxtlik pulda deyil». Bu fikri Kornel Universitetinin (ABŞ) mütəxəssisləri elmi üsullarla yoxlamaq qərarına gəliblər. Trend-in məlumatına görə, bu barədə xarici KİV-lər məlumat verir. Araşdırmalar göstərib ki, xoşbəxtlik və pul arasında seçim edən insanların əksəriyyəti pulu üstün tutub.


Ardı →
 

Qəribə qanunlar

Qəribə qanunlar nə qədər gülməli, ağlamalı, sərt və satirik olsa da, onların faydalı olmaları da danılmaz faktdır. Azından bu qanunlar vaxtaşırı bizi həyatımızda mövcud olan qanunların indiki reallığa nə qədər uyğunlaşdığını nəzərdən keçirməyə sövq edir.

Los-Anjeles şəhərinin qanunlarına görə məhkəmə prosesi zamanı ifadə verən şahidlərə ağlamaq qadağan edilib.

Kaliforniya Ştatının qanunlarına görə böyüklərin uşaqlara palçıqlı suda oynamağı yasaq etməsi qadağandır. Hətta uşaqların bu məşğuliyyətinə mane olmaq cəhdlərini belə qanun qadağan edir.
Ardı →
 

bir az düşünün...

SOS siqnalıKömək siqnalı olan S.O.S -ın mənası nədir?
Çox adam «Save our Ship» (gəmimizi qurtar), «Save our Soul» (ruhumuzu qurtar), «Stop Other Signals» (digər siqnalları dayandır) kimi sözlərin tərcüməsi kimi bilir. Amma heçbiri deyil. Tamamən teleqraf zamanından qalma Mors əlifbasıyla bağlıdır. Kömək çağırışının asan yadda qalması üçün 1908 -də üç xətt, üç nöqtə, üç xətt olan S.O.S seçildi.
Ardı →
 

Üç dilli qadın

32 saylı Çin sakini Çonqe Xuyan Si yaxın vaxtlarda 20 ildə ilk dəfə normal yemək yeyə bilib. Sən demə, biçarə qadının 3 diliu var imiş.Ən qəribəsi budur ki, anadan olarkən onun bir dili olub, aradan bir neçə il keçdikdən sonra isə onun daha iki dili çıxmağa başlayıb. Onu bu iyirmi ildə üç dillə yaşamağa nəyin məcbur etdiyini söyləmək çətindir. Ancaq axır ki, Çonqe uzun illərin əzabından qurtarıb, cərrahiyyə əməliyyatı ilə öz əlavə dillərinə əlvida deyib.

Mənbə: İlğım qəzeti.
Davamı →
 

Uşaq əlləri bizə nə deyir?

Hamıda toppuş uşaq əlləri şirin və mərhəmət dolu hisslər yaradır. Ah, bu köklükdən qat-qat duran əllər! Amma sən demə uşaq əllərinə baxıb, çox şey demək olar. Sadəcə uşağınızın özünə və əllərinə diqqətlə baxsanız, inanın ki, uşağın xarakteri barədə çox şey öyrənərsiniz.
Yumşaq uşaq əlləri — sakit, sözəbaxan uşaqlarda olur. Belə uşaq tənbəlliyə meyillidir və həyatda dəqiq gün rejiminə və nizam-intizama tabe olur.
Bərk uşaq əlləri — güclü iradə və möhkəm xarakter vəd edir. Ancaq bu uşaqlarda eqoizim, şöhrətpərəstlik və özündən razı olmaq kimi xüsusiyyətlərin yaranma təhlükəsi böyükdür.
Adətən uşaqlar əlləri yumruq şəklində sıxaraq yatırlar. Əgər uşaq
Ardı →
 

Oyxuun :)

Bir ignliis uvnseritində oaln arşaıdramya gröə,
kləimləirn hrfəlrəiin hnası srıdaa yzalıdqılraı ömneli dyeliimş
Ardı →