Məqsəd auditoriyası kimlərdən ibarətdir?

Reklamla bağlı yazılarda həmişə məqsəd auditoriyası, məqsəd auditoriyasının təyin olunması, doğru seçilməsi, məqsəd auditoriyasının ehtiyacları və buna bənzər ifadələrə rast gəlirik. Yaxşı, kimdir bu məqsəd auditoriyası? Kimlərdən ibarətdir? Firma, məhsul və markayla necə bir əlaqəsi vardır?

Əvvəlcə, məhsul və ya xidmətin müştərisi məqsəd auditoriyasıdırmı? Bəli, məqsəd auditoriyasını meydana gətirən qruplardan biri məhsul və ya xidmətin müştəriləridir. Bundan əlavə, firmanın istehsal etməsi üçün onu xammal ilə təmin edən qruplar, təşkilatlar və s. bu mənada xidmət edənlər də məqsəd auditoriyasının tərkibində yer alır.

Firma, sərbəst bazar iqtisadiyyatında özünü izah edərkən və ya fəaliyyətlərini davam etdirərkən, rəqiblərinə də müxtəlif mesajlar verir. Rəqib olsalar da, onlarla da rəqabət mənasında bir əlaqəsi vardır. Elə isə rəqiblər də hədəf qrupunun içindədir.

Firma bazarda istehsalını və marketinq fəaliyyətlərini davam etdirərkən, Bazar payını artırma cəhdlərində, sərmayədar və kredit provayderlərinə də ehtiyac duyur. Onlarla əlaqələr qurur və bunların müsbət olaraq davamını istəyir.Öz fəaliyyətlərini davam etdirərkən, bunlara da mesajlar çatdırmağa və onların etibarını qazanmağa çalışır. Bunlar da hədəf kütləsidir.

Firma, bazarda böyüməyə çalışarkən  yerli rəhbərliklər, fikir liderləri, ictimai rəhbərlik, siyasi partiyalar, qeyri-hökumət təşkilatları, milli və ya beynəlxalq təşkilatlarla yaxşı dolanmaq məcburiyyətindədir. Bunlar bu böyüməyə müsbət ya da mənfi şəkildə təsir edə biləcək strukturlardır. Firmalar onlara uyğun bir strategiya inkişaf etdirib onları yanında tutmalıdır. Elə isə, bunlar da firmanın məqsəd auditoriyasının içindədir.

 Mediya firmanın marketinq sahəsindəki əli, ayağı mövqeyindədir. Mediya yolu ilə hədəf kütləsinin bütün strukturlarına çata bilir. Həm mediya ilə əlaqələrini yaxşı tutmalı, həm də onlara istiqamətli müxtəlif işlər görməlidir. Deməli, mediya da məqsəd auditoriyasının bir hissəsidir.

Çalışan seqmentlər, müəssisə sahibləri və tərəfdaşlar, dillerlər, ictimai ətraf mühit kimi strukturların hamısı ilə yaxşı dolanmaq, bütün bu strukturların, onun haqqında yaxşı şeylər düşünmələrini təmin etmək məcburiyyətindədir. Elə isə bunlar da bu firmanın hədəf kütləsinin tərkibindədir.

Məqsəd auditoriyası-bir firmanın ətrafında xitab etdiyi bütün ictimaiyyətdir. Alış-verişdə olduğu, əlaqədə olduğu və ya Bazar irəliləyişinin hər hansı bir nöqtəsində ona təsir edənlər məqsəd auditoriyasını meydana gətirir.

Tərcümə etdi: Nərgiz Cəlilova

 

0 şərh