Məqsəd auditoriyasını müəyyən etmək üçün 10 sual

Məqsəd auditoriyasını başa düşmək birbaşa müştərilərin diqqətini cəlb edəcək ismarıcın hazırlanmasına, bu ismarıcın onların istifadə etdiyi mətbuatla və onların danışdığı dildə çatdırılmasına imkan verir. 

Ən yaxşı başlanğıc məqsəd auditoriyasında profil yaratmaqdır.   

Müştərini məhsul və xidmət -hədəf bazarı- üçün  bünövrə hesab edin.  Ümumi demoqrafik, psixoqrafik və coğrafik məxsusiyyətləri nədir?  Bu informasiyaları profili tərtib edəndə istifadə edin.

  • Cins (məsələn, 75 % kişi, 25 % qadın)
  • Yaş ( məsələn, 25-54)
  • Təhsil ( hansısa universitet)
  • Yerləşdiyi məkan

Mediya  alıcılarının məqsəd auditoriyasını müəyyən etməkdə kömək edən 10 sual:

Burada ticarətçilərə kömək edə biləcək on sual var.

  • Sizin məhsulları kim alır?
  • Onların əksəriyyəti qadın yoxsa kişidir?
  • Hansı yaş qrupundadırlar?
  • Coğrafi mövqeləri nədir?
  • Onlar ən çox hansı mətbuatdan istifadə edirlər?
  • Məhsul və xidmət barədə ümumi vəziyyət nədir?
  • Təhsil səviyyələri?
  • Onlara hansı məhsul lazımdır?
  • Yaşayış tərzi göstəriciləri nədir?(məsələn,ev, avtomobil, xüsusi mülkiyyət)

Auditoriyanı müəyyən etdikdən sonra, reklam  ismarıcını çatdırmaq haqqında düşünməyin zamanıdır.

Geniş, ümumi ismarıc lazım olduğu qədər rezonans yaratmır. İsmarıc məhsulları alacaq olan məqsəd auditoriyasına əsasən seçilməlidir.

Tərcümə etdi: Şəhla Məmmədova

0 şərh