4 P vəya kiçik biznes plan

Dünyada Marketing  deyəndə ilk öncə Philip Kotlerin əsasın qoyduğu 4P ağıla gəlir. Product, Price, Place, Promotion.

Hər hansı məhsulu bazara çıxartmamışdan qabaq hər bir şirkət marketing elminə əsaslanaraq addımlar atmalıdır. Mən rəhbəri olacağım təbii şirələrlə bağlı bir şirkət açmamışdan qabaq Martketingda olan 4P-dən yararlanaram.

1. Product (Məhsul)
Məhsul analizi apararam. Azərbaycan bazarında hansı şirələrə ehtiyac var? Müştərilər nə istəyir? Bazarda rəqiblərim kimlərdi? Rəqib şirkətlər hansı məhsullardan istifadə edir? Bazarda Product analizi apardıqdan sonra qərar verilir və istehsal prosesinə başlanılır. Yəni şirkətimin məhsulu bazarda bir innovasiya yaradacaq məsələn tam olaraq təbii kompotlardan həmçinin şəkər xəstəliyindən əziyyət çəkənlər üçün xüsusi meyvə şirələri istehsalın həyata keçirərəm.

2. Place (Yer)
Uzun müddət bazar araşdırması apardıqdan sonra düzgün məhsul seçildikdən sonra 2-ci ən önəmli olan məhsulun istehsal olunacağı və satışı həyata keçirələcəyi (Place) yerdir. İlk öncə məhsulun istehsalı əlverişli relyefdə, xammala, enerji qaynaqlarına nəqliyyat vasitələrinə daha yaxın olmalıdır. İlk öncə xammala yaxın olmalıdır. Çünki şirkətin məqsədi minimum maliyətlə maksimum qazanc əldə etməkdir. Paytaxt və böyük şəhərlərin nəqliyyat qovşağına uyğun bir bölgə seçilməlidir. Daha sonra məhsul istehsal olundudqdan sonra satışın həyata keçiriləcəyi yer, doğru ünvan seçilməlidir.

3. Price (Qiymət)
Məhsulun istehsalına qərar verildikdən, doğru istehsal yeri seçildikdən sonra daha da diqqətli olacağım qiymət strategiyasıdır. Bazarda mövcud olan rəqiblərimizin qiymət strategiyalarını araşdırıb analiz etdikdən sonra qiymət politikasından istifadə etməliyəm. Məsələn, 4.99 qəp və ya 4.95 qəp.
Müştəri psixologiyasına təsir edən ən önəmli faktor qiymətdir. Gələcəyə yönəlik qiymət strategiyaları tərtib edib bazarda liderliyi ələ alaram və strategiyaları zamanında həyata keçirərəm.

4. Promotion  (Tanıtdırma)
Tanıtım şirkətimizin məhsulunun satışını asanlaşdırmaq üçün önəmli bir faktordur. Şirkətimizin istehsal etdiyi məhsul haqqında müştəriləri məlumatlandırmaq, onları inandırmaq və məhsul haqqında tanıtım fəaliyyətidir.

Hazırladı: Nağıyev Qubad  

0 şərh