WOM və ya VİRAL Marketinq

Viral və ya Word Of Mouth Marketing (Ağızadan-ağıza marketinq)

Nədir WOM Marketinq?

  1. WOM Marketinq bir məhsul və ya bir xidmət haqqında düzgün fikirlərin paylaşılmağıdır. Məhsul və ya xidmət ehtiyaclara cavab vermirsə WOM Marketinq işləməz. Ən önəmli faktorlardan biri dürüstlük, şəffaflıq və qarşılıqlı əlaqədir.
     
  2. Bazarda olan məhsulumuzun əsas məqsədi brendləşməkdir. Məhsulumuz haqqında bizim söylədiklərimiz yox müştərilərimizin necə danışdıqları önəmlidir.
     
  3. İnsanlar dostlarından, yaxın adamlarından aldıqları məsləhətlərin hamısına olmasa da çoxuna əməl edirlər. Məsləhət görülən bir məhsulu almağa çalışırlar.
     
  4. Atomun parçalanması kimi can alıcı, böyük kütləni əhatə edən bir gücdür. Daha çox təsir edəcək, yavaş-yavaş inkişaf edəcək bir sistemə malikdir.
     
  5. Düzgün zamanda, düzgün formada, dürüst bir mütəxəssis tərəfindən hər hansısa məhsul haqqında rəy verildikdə bazarda satışlarımızın çoxalmasına səbəb olacaq.

Markamıza sadiq müştərilərimiz dəyərli bir şirkət varlığıdır. Beləliklə müştərilərimizi daha çox dəyərləndirməli daha çox diqqət yetirilməlidir. Sadiq müştərilərimizin potensial gücünü unutmamaq lazımdır. Məhz onların vasitəsi ilə məhsul bazarda daha çox tanıdılır.

WOM Marketinqdən necə yararlanmaq olar?
Surpriz xarakterli bir addım insanlarda maraq yaradır və insanlar qarşılaşdıqları surprizlər haqqında danışmağı sevərlər. Ona görə marketoloqlar, sahibkarlar insanlara gözləmədikləri hadisələrlə təsir etməlidirlər.

Məsələn: Amerikada “The Godfather: The Game”  məhsulu bazarda tanıtmaq üçün  küçələrə yüzlərlə portağal atıldı. Daha sonra reklam çarxı portağal ilə əlaqələndirildi. Nəticə uğurlu oldu. Beləki portağalların hardan ortaya çıxdığını maraqlanan insanlar evlərində, iş yerlərində bir sözlə hər yerdə bu barədə danışdılar və maraq artdı. Məhsul bazarda uğurla tanıtıldı və satış payı artdı.

0 şərh