TV reklamlarının zəif və güclü tərəfləri

Reklam tam zamanında və yerində şirkətlərin və təşkilatların məhsulları və xidmətləri haqqında məlumatlandırıcı mesajların bazara, müştərilərə təqdim olunmasıdır.
Müştəri baxımından reklam, bazara təqdim olunan məhsul və xidmət haqqında doğru məlumatların müxtəlif vasitələrlə göstərilməsidir.
İstehsalçı baxımından reklam bir mal və ya xidmət haqqında müştərini xəbərdar etmək, məhsula və markaya asılılıq yaratmaqdır.
Reklam vasitələrindən biri də Televizordur.
Hər bir reklam vasitəsini analiz edib, güclü və zəif tərəflərini bilsək onda daha sağlam və kreativ  bir fikir, mükəmməl bir plana sahib olarıq.
Televizor reklamının güclü tərəfləri:
  • TV reklamları hər bir evə daxil olur, evin bir sakininə çevrilir. Ortalama hər evdə gündə 6 saat həftədə 45 saat televizor açıq qalır.
  • Daha təsirli və unudulmaz təsirə malikdir. Görüntü, səs, hərəkət və rənglərdən istifadə olunması daha güclü,daha yadda qalan olur.
  • Düzgün görüntü və səs effektləri ilə televizor reklamları daha təsirli mesajlar çatdırır.
  • TV reklamları hər hansısa bir məhsulun və ya xidmətin istifadə qaydasını hətda reklam çarxlarında istehsal prosesini də göstərmək imkanına sahibdir.
Televizor reklamlarının zəif tərəfləri:
  • TV reklamının vaxtı azdı. Buna görə reklamlar tez-tez təkrarlanır. Bu isə izləyicini sıxa bilər.
  • Reklamın təkrarlanması izləyicini bezdirə bilər. İzləyici reklamdan uzaqlaşmaq üçün kanalı dəyişər. Bu zaman reklam üçün çəkilən xərclər boşa gedər.
  • Reklamda çox vaxt mal və ya xidmət haqqında göstərilənlər reallığı əks etdirmir.
  • TV reklamları digər reklam vasitələrindən xərci daha çoxdur.
Azərbaycan bazarında isə reklam sektoru hələki zəif inkişaf  edib. Zəif reklam ssenariləri, reklamda hədəf kütlənin səhv təyin olunması. Reklamda kreativliyin olmaması, Türkiyə və digər ölkələrin reklam ssenarilərinin kopyalanması,oxşar reklam çarxlarının çəkilməsi  onu göstərir ki, reklam sektoru Azərbaycanda zəif  inkişaf edir. Reklam sektorunun inkişafı üçün düşünən beyin, kreativ marketoloqa ehtiyac vardır.

Hazırladı: Nağıyev Qubad  

0 şərh