İnternetin marketinqdə rolu

İnternet-marketinq (Online marketing) nədir?
İnternet-marketinqin nə olduğunu daha yaxşı dərk etmək üçün əvvəlcə internetin nə olduğunu bilmək lazımdır. İnternet bütün dünyanın bir-biri ilə əlaqə yarada bilməsi üçün vacib olan qlobal şəbəkədir. Günümüzdə internetdən istifadə etməyənlərin sayı demək olar ki, yox deyiləcək qədər azdır. Belə olan halda,  bütün bunların internet-marketinq üçün nə qədər perspektivli olduğu aydın şəkildə özünü göstərir. Online marketinq
İnternet-marketinq xidmətlərin və ya məhsulların reklam və satışının internet vasitəsilə potensial müştərilərə təqdim edilməsidir. İnternetin edilən müraciətləri tez bir zamanda cavablandırması onun üstün cəhətlərindən biri sayılır. Həmçinin  internet imkanlarının genişliyi, vaxta qənaət edilməsi, internetin dəqiqliyi, rəqiblərin qısa vaxt ərzində analiz edilməsi və s. biznesin effektivliyini kökündən dəyişir. Belə ki, internet vasitəsilə şirkətlər dəqiq məlumat almaqla kifayətlənmir, həm də daha çox sayda müqavilələrə imza ata bilirlər.
İnternetin marketinqdə rolu
Hazırda  İnternet-marketinq şirkətlərin böyüdülməsi və tanıdılması üçün böyük əhəmiyyətə malikdir. Bu baxımdan da internet-marketinq axtarış sistemləri, qarşılıqlı əlaqələr, e-poçt, reklamların təqdim edilməsi və s. kimi müxtəlif üsullarla yaradılmaqdadır. İnternetin ən əsas üstün cəhətlərindən biri də onun sərhəddinin olmamasıdır. O kommunikasiya xidmətlərini əvəz edə bilir. İnternet-marketinq müştərilərə müxtəlif xidmətlərin göstərilməsi, məhsulların alışı və satışı üçün istifadə edilən ən ideal vasitədir. Qarşılıqlı əlaqələrin qorunub saxlanması, müasir şəkildə inkişaf etdirilməsi, tələb olunan məhsulun və ya xidmətlərin müştəriyə vaxtında təqdim edilməsi marketinqin əsas şərtlərindən biridir.
Bütün bunları nəzərə almaqla belə bir nəticəyə gəlmək olar ki, bu gün İnternet-marketinq bütün sahələri əhatə edir. İnternet istifadəçilərinin sayının gündən-günə artması yeni müştərilərin çoxalmasına və marketinq xidmətlərinin daha çox inkişaf etməsinə öz təsirini göstərir.
 
Mənbə: seven.services

0 şərh