CRM nədir? CRM nə üçün lazımdır?

CRM nədir?
Customer relationship management – Müştərilərlə Əlaqələrin İdarəetmə Sistemləri şirkətlərin öz müştəriləri və potensial müştəriləri ilə qurduğu əlaqəni daha yaxşı idarə etmək üçün istifadə etdikləri bir sistemdir. Bu sistemə görə şirkət müştəriləri haqqında nə qədər çox məlumata sahib olarsa,  marketinqdə  bir o qədər də  uğurlu rəqabət apara bilər. Sistem müştəri ilə şirkət arasındakı hər bir prosesi özündə cəmləşdirir. CRM nədir
CRM nə üçün lazımdır?
Sistem şirkətin müştərilərlə qurulan  ilk əlaqəsindən, satışdan sonrakı xidmətlərə qədər, bütün satış mərhələlərini asanlıqla izləmək üçün bir çox xüsusiyyətlərə malikdir. Belə ki, saysız-hesabsız e-poçt ünvanlarının, müxtəlif excel sənədlərinin, kağızlara müştərilər haqqında qeyd olunmuş bir sıra məlumatların əvəzinə CRM sistemindən istifadə olunur. Siz burada müştərilər haqqında bütün lazım olan məlumatları tez bir zamanda öyrənə bilərsiniz. CRM sistemləri biznes sahələrində vaxta, gücə, pula qənaət etmək üçün əlverişli imkan yaradır. Buradan da belə nəticəyə gəlmək olar ki, bu sistemlər biznesin müəyyən proseslərinin avtomatlaşdırılması üçün nəzərdə tutulmuş bir proqram təminatıdır və satışların artırılması üçün çox böyük əhəmiyyətə malikdir.
CRM sistemləri funksionallığına görə üç kateqoriyaya bölünür.
  1. Müştərilərlə bağlı xidmətlərin idarə edilməsi
  2. Satışın idarə edilməsi
  3. Marketinqin idarə edilməsi
Sistem daim yenilənməlidir. Sistem həm müştərilər haqqında məlumatların, həm də funksiyaların əlavə olunmasını tələb edir. Bu sistem yalnızca satışları artırmaq üçün deyil, həm də marketinq sahəsində uğurla irəliləmək üçün effektiv təsirə malikdir. Belə ki, sistemin bazasını analiz edərkən, siz müştərilərinizin ehtiyaclarını daha yaxşı anlaya bilərsiniz. Bununla yanaşı siz hədəf auditoriyanızı düzgün müəyyənləşdirə bilər və bir sıra çatışmamazlıqları aradan qaldırmağa nail ola bilərsiniz.

Mənbə: seven.services
 

0 şərh