Röya və Nokia N8 telefonu

Maraqlı reklam hamının xoşuna gəlir. Azərbaycanda isə maraqlı reklam az olur. Reklamın maraqlı olması üçün gərək orda keyfiyyətli məhsul və cəlbedici məqamlar olsun.Məsələn,nümunədə göstərdiyim Röya və Nokia N8 reklamı kimi:

Röya burda çox gözəl,cazibəli düşüb. Nokia N8 telefonunu elə tərifləyir ki adam istəyir getsin telefonu alsın.Yoxsa adam bezir standart reklamlardan.Maraqlıdır ki,bu reklam məxsusi olaraq Youtube üçün çəkilib,
16 GB yaddaşı,12 meqapikselli kamerası olan bu cür keyfiyyətli reklamı elə Röyanın çəkilməsi məncə sevindirici haldır.

Röya Nokia telefonu reklamında Röya Nokia telefonu reklamında

9 şərh

Əliyev
Röyaya sarı saç yaraşır:)
Amma yanında 2 monitor nəyə lazımdır bilmədim.
marketoloq
Videonun gözəlliyini qiymətləndirməyin sadə üsulu var.Səsini alıb videoya baxmaq. Mən videosunun səsini alıb baxanda xoşuma gəldi. Röyada yaxşı aktrisalıq qabiliyyəti var.
Nokia yəqin fikirləşib ki qiyməti baha smartfonu kim reklam etsin? Bu telefonu yəqin ki gənclər alacaq. Ona görə də hədəf kimi gəncləri seçdiyi üçün reklam edən də gənclərin marağına uyğun olmalı idi.Azərbaycanda gənc müğənnilərdən Röya bu rola çox yaraşır. Başqa müğənniləri də seçmək olardı. Amma məncə Röya yaxşı seçimdir.
Kor Zabit
marketoloqla razılaşıram, məncədə uğurlu alınıb. Telefona da söz ola bilməz. Ancaq bir az reklamda emosiya çatışmır.
RAUL088
ela izah verdiz,,,
Zahid_GDMLI
Düşünürəm ki, bu yenilikdir ve uğurlu bir layihə olacaq. Reklam 2 dəqiqəyə yaxın olduğundan youtube da verilməsi heç də təsadüfi deyil. Televizyada bu cür reklamın verilməsi heç də sərfəli olmazdı. Ancaq mən düşünmürəm ki, bu Nokianın maliyyə problemləri ilə bağlıdır. Youtube bu cür reklamlar üçün idealdır. Röyaya gəldikdə isə yaxşı alınıb, hər halda əlindən gələni edib, Nokia N8 də ela telfona bənzəyir, mənim fikrimcə kifayət qədər istifədəci toplayacaq, bir müddət mobil telefon bazarını belə ələ ala biləcək, 12 megapixel zarafat deyil.
təpəgöz
Stolun üstündə notebook Apple firmasınındır? iPhone istehsal edən firmanın məhsulu Nokianın reklamında?
2ral
Roliki JWT Azerbaijan şirkəti  Mobitel üçün çəkib. Rejissor Aqil M. Quliyevdir. Bu roliki çoxları tənqid edir.Amma bu reklam çarxı beynəlxalq reklam kompaniyasının Azərbaycan üzrə lokalizasiyasıdır. Xarici roliklərdə də kimlərsə qutudan Nokia N8 HD smartfonunu çıxarır (unboxing) və reklam edir. Azərbaycanlılar isə hər şeydə olduğu kimi buna da mız qoyur:) Bunu azərbaycanlılar yox,bütün dünya belə edir.
Rolik məxsusi olaraq sosial media üçün nəzərdə tutulub. Röya boş yerə reklamda Facebookda paylaşmaq haqqında danışmır.Gələcəkdə belə roliklərdən çox olacaq.
nərgiz
Başa düşmürəm kimə lazımdır bu mövzu?Hər reklam haqqında kayzendə yazı olamlıdı?
Xəbərçi
Video youtube-a bir həftə olar qoyulub amma artiq 6min nəfər baxıb, düşünürəm ki uğurlu alınıb. mən şəxsən müsbət fikirdəyəm)