Biznesin yüksək nəticələrinin təbiəti

Biznesin yüksək nəticələrinin təbiəti
Müştərilər üçün faydalılığın təmin edilməsi və istehlakçıların təmin olun­ması yolundakı bütün bu “sualtı daşları” dəf etmək qabiliyyətinə malik olan kom­paniyalar yüksək nəticəli kompaniyalara aiddirlər. Arthur D. Little məslə­hət­vermə kompaniyasında yüksək nəticəli biznesin dörd əsas amilini: maraqlı qruplar, iş prosesi, ehtiyatlar və təşkilata daxil edilən model xarakteristikalarını işləyib hazırlanmışdır (şəkil 3.2).
yüksək nəticəli biznesin əsas amilləri

Maraqlı qruplar


Yüksək nəticəli biznes yolunda birinci addım – kompaniyanın fəaliyyətində maraqlı olan qrupların və onların təlabatlarının müəyyən olunmasıdır. Bir qayda olaraq, müəssisələrin əksəriyyəti səhmdarların maraqlarına oriyentasiya edirlər. Amma müasir kompaniyaların menecerləri artıq başa düşürlər ki, başqa maraqlı qrupların (müştərilər, işçilər, malgöndərənlər, distribyuter) ma­raq­­larının nəzərə alınmaması səhmdarların dividendlərinin azaldılmasına sə­bəb ola bilər.
Kompaniyalar hər bir maraqlı qrupun minimal (müəyyən həddə olan) göz­ləmələrini təmin etməyə çalışmalıdırlar. Kompaniya müştərilərə xüsusi diqqət vermək, işçilərə qayğıkeşliklə yanaşmaq, malgöndərənlər üçün isə minimal hədd təyin etməklə yanaşı, müştərilərdən bəzilərinin daha yüksək səviyyədə təmin edilməsinə də çalışa bilər. Başlıcası, müxtəlif maraqlı qrupların bir-birilə kifayət qədər dinamik qarşılıqlı təsirdə olan nümayəndələrinə qarşı ədalətlilik prinsipini qoruyub saxlayır.

Proseslər


Maraqlı qruplar üçün optimal şərtlər qarşılıqlı əlaqədə olan iş proseslərinin idarə edilməsi ilə yaradılır. Bu gün yüksək effektivli kompaniyalar əsas diq­qətlərini məhsulların yeni nümunələrinin yaradılması, satışın stimul­laş­dırılması və sifarişlərin yerinə yetirilməsi kimi təməl biznes-proseslərin idarə edilməsi üzərində cəm­ləşdirərək təşəbbüskarlığa yenidən oriyentasiyalaşırlar. Işçi axınlarının rein­jini­rin­qi zamanı hər bir konkret biznes prosesi üçün məsuliyyət da­şıyan fəaliy­yət­lərarası komandalar yaradılır. Məsələn, Xerox kompa­niya­sında müştərilərlə iş üzrə qrup bütün prosesin fasiləsizliyini təmin edərək, sa­tışı, çatdırılmanı, avadanlıqların quraşdırılmasını, xidməti və uçotu koordinasiya edir.
Fəaliyyətlərarası komandalar, həm qeyri-kommersiya, həm də döv­lət müəs­sisələrində adi hal kimi qəbul olunur. Məsələn, San-Dieqodakı zooparkın rəh­bərliyi onun missiyasına («nümayişdən» tutmuş «təhsil üzrə təlabatların təmin edilməsinə» qədər) yenidən baxdıqdan sonra bütün strukturun dəyiş­məsini qərara aldı. Müasirləşdirilmiş zoopark hər birində dünyanın müxtəlif sahələrinin flora və faunası, yırtıcılar və onların qurbanlarının öz adət etdikləri təbii mühitə uyğun iqlim zonalarına bölündü. Heyvanların nümayiş etdiril­məsi konsepsiyasının dəyişməsi bitkilər üzrə mütəxəssislərin və hey­vanlara baxış üzrə ekspertlərin qarşılıqlı təsirinin intensivləşdirilməsini və onlar arasında mövcud olan ənənəvi sərhədlərin «ləğv» edilməsini şərtləndirdi.

Ehtiyatlar


Biznes-proseslərin həyata keçirilməsi üçün kompaniyaya ehtiyatlar (işçi qüvvəsi, materiallar, avadanlıqlar, informasiya, enerji və s.) tələb olunur. Bir qayda olaraq, firmalar əsasən öz ehtiyatları vasitəsilə əməliyyat aparırlar, amma onların fəaliyyətinin təhlili göstərir ki, bu cür fəaliyyət heç də həmişə effektli hesab edilmir. Bu gün kompaniyaların çoxu, xüsusilə əgər daha keyfiyyətli xammalı nisbətən aşağı qiymətə almaq imkanı mövcuddursa, tez-tez onların fəaliyyəti üçün ən az əhəmiyyətə malik olan ehtiyatlar üzrə xarici mənbələrə (autsorsinq) mü­raciət edirlər. Adətən bu xarici ehtiyatlar özünə otaqların təmiz­lən­məsi üzrə xidməti, nəqliyyat xidmətlərini və s. daxil edir.
Beləliklə, yüksəknəticəli kompaniyanın əsas vəzifəsi – konkret biznesin nüvəsini, özəyini və əsasını təşkil edən fəaliyyətin əsas istiqamətlərinin müəy­yən edilməsi, şəxsi ehtiyatların saxlanılması və inkişaf etdirilməsidir. Məsələn, Nike kompaniyasının ayaqqabıları tikiş sahəsində həddən artıq səriştəli olan Asiya fabriklərində istehsal edilir. Ancaq, Nike, özünün iki əsas fəaliyyət istiqaməti olan ayaqqabıların modelləşdirilməsi və bölüşdürülməsində liderlik mövqeyini əlində saxlamışdır. Səriştəli fəaliyyətin üç əsas xüsusiyyəti vardır: (1) istehlakçılar tərəfindən qavranılan faydaların yaradılması rəqabət üs­tünlükləri mənbələri hesabına əhəmiyyətli dərəcədə zənginləşir; (2) əsas səriş­tələr müxtəlif bazarlarda potensial olaraq geniş tətbiq edilmək qabiliyyətinə malikdir; (3) rəqiblər onu təkrarlamağa çətinlik çəkirlər.
Kompaniyanın başqa bir rəqabət üstünlüyü mənbəyi – onun fərqləndirici xü­susiyyətləridir. Əsas səriştələr xüsusi texniki bilik və təc­rübələr sferası ilə mütənasib olduğu halda, fərqləndirici xüsu­siyyətlər daha çox onun biznes-proseslərinin genişlənməsi imkanını xarakterizə edir. Məsələn, Wall-Mart ticarət kompaniyası informasiya sistemlərinin layihələşdirilməsi və logistika sahəsindəki əsas səriştələri sayəsində öz əmtəə ehtiyatlarını unikal şəkildə artırmaq qabiliyyətinə malikdir.

Təşkilat və təşkilatı mədəniyyət


Hər bir kompaniya, müəyyən struktur, siyasət və təşkilati mədəniyyətlə xarakterizə olunan təşkilatdır. Kompaniyanı əhatə edən biznes-mühitin təşəb­büskar dəyişiklikləri nəticəsində müəyyən vaxtdan bir bu elementlərin hər biri yeni şərtlərlə uyğunluqlarını itirirlər. Struktur və siyasət, çətin olsa da, transformasiya oluna bilir, kompaniyanın təşkilati mədəniyyəti isə həddən artıq inersiyalı (ətalətli) münasibətlər sistemidir. Eyni zamanda məhz təşkilati mədəniyyətin dəyişilməsi yeni strategiyanın uğurla reallaşdırılmasının şərti kimi çıxış edir.
Təşkilati mədəniyyət nədir? Bir sıra tədqiqatçılar iddia edirlər ki, bu, «təş­kilatı xarakterizə edən təcrübə, tarix, münasibətlər və qaydalar mübadiləsidir». Çox vaxt təşkilati mədəniyyət təbii yolla inkişaf edir ki, bu zaman kompaniyanın işçiləri rəhbərin davranış qaydaları və xüsusiyyətlərini tək­rar­layırlar. Məsələn, öz ibtidai strukturunu indiyə qədər saxlayan Microsoft kom­paniyasının təşkilati mədəniyyətinin formalaşmasına onun banisi Bill Qeytsin çox böyük qatqıları (töhfələri) olmuşdur. Belə bir təəssürat yaranır ki, məhz yüksək, rəqabətdən kənar mədəniyyət Microsoft üçün uğur açarı olmuş və kompaniyaya kompüter sənayesində dominant mövqe tutmağa kömək etmişdir.4 
Deməli, yüksək effektivli kompaniyalar əmtəənin faydalılığını istehlakçılara ötürməli və müştərilərin təlabatlarını təmin etməlidirlər.

0 şərh