Рейтинг
+55.49

Marketinq

55 üzv, 109 topik

Smartfon belə olar- Nokia Lumia!

Yarışın keçirildiyi yer: Park Bulvar birinci mərtəbə, 16 iyun günortadan axşam 9-a qədər
Yarışın nəticəsi: Nokia Lumia 25:2 hesabı ilə qalib gəldi.
Yarışın şərtləri: kim tez Facebooka şəkil yüklədi, kim tez SMS yazdı, kim tez şəkil çəkdi,kim tez telefonu blokirovkadan çıxartdı və s. Qalib olana isə 100 manat dəyərində pul mükafatı verilib.
Yarışın təşkilatçıları: JWT/Mediaforce reklam agentliyi, Mobitel şirkəti
Fotoşəkillər: Tural Kərimova təşəkkürlər.

Tədbir Park Bulvarda keçirilirdi. Konkursu aparan gənc bir oğlan idi:

Park Buvarda tədbirin aparıcısı


Ardı →

web-saytların yaradılması

Aydındır ki, e-marketinq və e-ticarəti mənimsəmək bütün kom­paniyalar üçün vacibdir. Web-sayt açmağı qərara almış kompaniyalar istifadəçilərin cəlb edil­məsi və əldə saxlanılması, Şəbəkədə reklam, bölüşdürmə kanalı üzrə əməkdaşlarla münasibətlər, saytın vaxtında yeniləşdirilməsi və onun mənfəətli sayta çevirilməsi ilə əlaqədar bir çox suallara cavab verməlidirlər. Bu mə­sə­lələrdən çoxu verilən kitabda nəzərdən keçirilir. Indi biz onlardan üçü üzərində dayanacağıq: web-saytın yaradılması, əmtəənin intrernet şəbəkə vasitəsilə Şəbəkədə irəlilədilməsi və xeyirli (mənfəətli) biznes modelin qurulması.


Ardı →

Marketinq plan

Marketinq planları sənaye, şirkətin miqyası və inkişaf mərhələsi baxımından bir – birindən  kəskin şəkildə fərqlənir. Planın forması onun hazırlanma prosesi qədər əhəmiyyət kəsb etmir. Marketinq planının hazırlanma prosesi fəaliyyət məqsədlərinizin müəyyən edilməsi və bu məqsədə nail olmağınız üçün marketinq strategiyasının oynayacağı rolun müəyyənləşdirilməsinə kömək edəcəkdir.
Bu mözuda şərh olunanlar məhz tipik bir marketinq planı haqqında məlumatlardır. Sizin marketinq planınız şirkətinizin növündən, inkişaf mərhələsindən və fəaliyyət məqsədlərindən asılı olaraq, bu komponentlərin hamısını və ya bəzilərini əhatə edə bilər.

1.Işlərin icrası haqqında qısa məlumat

Bu məlumat rəhbərlik etdiyiniz şirkəti təqdim edir və iş planınızın «özəyi» olan əsas məqsədləri şərh edir. Bir çox adamların sizin marketinq planınızı oxumaq üçün kifayət qədər marağı və vaxtı olmur, buna baxmayaraq onlar  həmin marketinq planının «içində» olmaq istəyir.
Sizin marketinq planının digər bölmələri yazıldıqdan sonra işlərin icrası haqqında qısa məlumatları qeyd etməlisiniz.
Işlərin icrası haqqında qısa məlumatlar aşağıdakı əsas məqsədləri əhatə etməlidir:


Ardı →

Bugünün reklamı

Yaşadığımız günlərdə reklamın önəmi o qədər böyükdür ki, istehsalından asılı olmayaraq əmtəənin lazımınca qiymətləndirilməsi reklamsız mümkün deyil. İstənilən istehsalçı öz maraqlarını reallaşdırmaq, istehlakçıyla əmtəə münasibətləri qurmaq istəyirsə, mütləq reklam işinin prinsiplərindən yararlanmalıdır.
Dünyanın sürətli inkişafında özünəməxsus təkanverici qüvvəyə çevrilən reklam işi ölkəmizdə hələ də ürəkaçan səviyyədə deyil. İstər audi (səsli), istər audiovizual (səsli və görüntülü), istərsə də bassorama (avtobuslara vurulan reklam növü) tipli reklamlarda qeyri-peşəkarlıq nəzərdən yayınmır. Televiziya ekranlarından izlədiyimiz reklamların əksər hissəsi ya şadlıq saraylarının, ya da mobil telefonların tanıtımına sərf olunur.
Davamı →

Reklamın funksiyaları

Görkəmli reklamçı D. Oqilvi belə nəzəriyyə formalaşdırmışdır ki, reklama hər bir malın nüfuzu haqqında fikir formalaşdıran rəmz (əlamət, işarə) kimi baxmaq lazımdır. Obraza (Bilding) quruluş vermək reklamın ən müasir üsullarından biridir. Əgər sənayeçilər öz reklamlarını buraxdığı malların nüfuzunu qaldırmağa və xoş təəssuratlar yaratmağa yönəltmişlərsə, onda  nəticə etibarilə onlar bazarın çox hissəsini əhatə etməklə xeyli gəlir əldə edir. Reklamın səmərəliliyindən istifadə edən “Adidas”  firması dünyada sağlam həyat obrazı, idman nəaliyyətləri, “Rolleks” saatı, “Kross” avtoqələmi və s. təbliği ilə biznesmen roluna girmişdir.
Qərb mütəxəsislərinin fikrincə  hazırda malların rəqabəti brendlərin rəqabətinə çevrilmişdir. Rusiyalı  reklamçı İ.Rojkov yaranmış vəziyyətə belə qiymət verir.: “Brendinq- bu istehlakçıların alıcılıq qabiliyyətinə: malları qablaşdırma, nişanlama, reklam müraciətləri,  seyl promouşn materialları və s. digər reklam elementləri vasitəsilə mallar haqqında birgə fikir formalaşdırmaq, onların obrazını yaratmaqla istehlaka təsir göstərən fəaliyyət formasıdır”.


Ardı →

Azərbaycanda reklamın tarixi

Bildiyimiz kimi, müasir reklamın tarixi kökü ABŞ-da başlamış, 150-200 illik bir tarixə malikdir. O vaxtlar şəhər mühitində tətbiq olunan reklamlar burjua elementi kimi qəbul olunmuş və kapitalizmin inkişafında böyük rolu olmuşdur. Kapitalizmə yeni qədəm qoymuş Rusiyada və xüsusilə də Bakıda bu sahə daha intensiv olaraq insan həyatına daxil olmuşdur. O dövrdə Rusiyada və Azərbaycanda reklam plakat mənasında göstərilirdi. Plakat ( fransız sözü olub- elan, afişa deməkdir) artıq o dövr insanlarının həyatında istehsalçı – istehlakçı münasibətlərinin qurulmasında və şəhər mühitində məhsul və fəaliyyət haqqında informasiyanın çatdırılmasında böyük rol oynayırdı. Plakatların reklam vasitəsi kimi tətbiqi çox çeşidliliyi mətbəələrin və şrift mədəniyyətinin yüksəlməsinə, reklam qrafikasının təkmilləşməsinə gətirib çıxarırdı. Belə bir şəraitdə də ölkəmizdə reklam bazarının ilkin forması formalaşmağa başlamışdır.

Azərbaycanda reklam işi öz fəaliyyətinə 1992 – ci ildə İcra Hakimiyyətindəki Şəhər tərtibatı, Reklam və Dizayn idarəsinin başlamışdır. Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra, 1995 — ci ildə   qəbul etdiyi “Konstitusiya” – ya görə ölkənin əsas istiqamətlərindən biri kimi bazar iqtisadiyyatına uyğunlaşması göstərilir.


Ardı →

Reklam mədəniyyətimiz

Mənası «qışqırmaq, səsləmək» olan reklam anlayışının kökü çox qədim dövrlərə gedib çıxır. Müasir dünyada isə reklam müstəqil KİV-in etibarlı maliyyə mənbəyi olmaqla yanaşı, medianın azad söz ifadəçisi kimi yaşamasını təmin edir.  Çağdaş dünyada azad reklam işinin təşkili ilə bağlı zəngin təcrübə və hüquqi baza mövcuddur.

Beynəlxalq Reklam Məcəlləsinin əsas prinsiplərində göstərilir: "Reklam qüsursuz, ədəbli, doğru-düzgün olmalıdır, reklam lövhəsi hazırlanarkən cəmiyyət qarşısında məsuliyyət hissi qorunub saxlanmalıdır,  heç bir reklam müraciəti  reklama  ictimai inamı qırmamalıdır". Təbii  ki, göstərilən tələblərə  məhəl qoymanda  inam qırılır. Reklam yayıcısı olan qurum və yaxud teleticarətlə məşğul olan kanal ictimai fikri, qınağı nəzərə almayıb para qazanmaq məqsədilə nəyi gəldi, necə gəldi verirsə və yaxud küçələdəki reklam lövhələri harada gəldi  yerləşdirilirsə, onda beynəlxalq Reklam Məcəlləsinin prinsiplərindən danışmağa dəyməz.
Davamı →

Bp: Yüz üç ilin şöhrəti

British PetroleumBiznesdə 100 illik tarix olduqca böyük nailiyyətdir. Bütün bu illər ərzində bp ilkin cığır açan bir şirkət olub və indi də belə təşkilat olmaqda davam edir. Son aylar bp ətrafında söz-söhbətlərin ara verməməsinə baxmayaraq,  konsern bu gün də liderliyini əldən vermir. bp yaşayır, baş verən hadisələri araşdırır, tədbirlər həyata keçirir. 100 illik tarixi olan bu təşkilatın tarixi yəqin ki, çoxlarına maraqlı olar. Gəlin bu tarixi biz də vərəqləyək...
bp -nin rəsmi tarixi 1909-cu ildən başlansa da, şirkətin əsası 1901-ci ildə ingilis Uilyam Noks Darsinin cəhdləri sayəsində qoyulmuşdur. O, İran şahından müsbət cavab aldıqdan sonra qarşısında İranda neft ehtiyatlarının axtarışı və kəşfi ilə məşğul olmaq imkanı açılmışdı. Düzdür, şahın icazəsinə görə, Uilyamın  görəcəyi işlər yalnız Rusiya ərazilərinə yaxın olan beş əyalətdə məhdudlaşdırılmışdı. İlk vaxtlar o, Corc Reynolds adlı mühəndisi özünə köməkçi götürür. Corc İran ərazisində neft yataqlarının axtarışı ilə məşğul olur.
İran çoxlu mənfilikləri olan maraqlı ölkədir: XX əsrin əvvəllərində əlverişsiz iqlim şəraiti, çətin yolları, qeyri-sabit siyasi vəziyyəti olan bu ölkədə Reynoldsun missiyası həqiqətən ağır idi. Vaxt gedir, neft yataqları tapılmırdı. Tərslikdən də Uilyamın səhhəti gündən-günə pisləşirdi.
Ardı →

Azərbaycanda reklam mədəniyyətsizliyi

Biz də veriliş bir yana, reklam fasilələrində dilxor olmağı yox, əksinə maraqlı reklam çarxlarına baxaraq əylənmək istəyirik. Təəssüf ki, yerli televiziyalardakı milli reklamlar sadə, sönük,naşı hazırlanması səbəbindən tamaşaçı diqqətındən kənarda qalır. Axı biz qonşu tv, xüsusən də dilinə bələd olduğumuz türk tekanallarındakı reklamlardan aldığımız ləzzətı məgər döğma reklamlarımızdan ala bilmərikmi?
TV reklamlarının çəkilişi və yayımı kifayət qədər xərc tələb edir. Elə bu səbəbdən reklam sifarişçıləri çəkiliş etmədən öz məhsullarını xam şəkildə təriflətməyə üstünlük verirlər. Son vaxtlar yerli telekanallar da dəb halına düşmüş varianta əl atıblar. Sayı bilinməyən şadlıq saraylarının dəbdəbə və qəliz menyusunu tərif edən rolikləri təqdim etmək, veriliş adı altında qadın salonlarını tərifləmək, studiyanının içindəcə “Ərzaq malları” mağazasını açmaq. Sonuncunun ən “yaxçı” təqdimatını isə özünü sevimli aparıcı hesab edən ATV-nin Zaurudu. O,elə verlişindəcə tərif etdiyi məhsullarına dequstatorluq edir, reklam hesabına yaxşıca doyur.
Davamı →