Рейтинг
+55.49

Marketinq

54 üzv, 109 topik

Reklam, Marketinq və Satışa fərqli baxış

“Marketing Communication” və ya Azərbaycan dilində Marketinq Əlaqələri dediyimiz anlayış öz içərisində əsasən beş  vasitəni birləşdirir. Bu beş vasitə, Reklam, Satış Kampaniyaları, PR, Fərdi Satış və Birbaşa Marketinq olaraq adlandırılır. Bəs bunlara niyə “vasitə” deyirik? Çünki, yuxarıda adlarını saydığımız bütün anlayışlar məhsulla, marka ilə, firma ilə və s. istehlakçı və ya müştəri arasında əlaqələrin qurulması üçün vasitədir.


Reklam müştəriyə çatdırılmaq istənilən fikrin vizual, səsli və ya yazılı media vasitəsilə istehlakçılara çatdırılmasıdır. Satış kampaniyaları, müştərinin diqqətini çəkmək, onunla firma və ya marka arasında bir əlaqə qurmaq üçün lazım olan vasitədir. Fərdi Satış, firma təmsilçisinin tək-tək müştərilərlə görüşərək onlara firmanı və ya markanı tanıtması, ona mal satmağa çalışması və s. prosesidir. Yəni, bu da vasitədir.


Ardı →

Reklamda stereotiplərin dağıdılması

Reklam kampaniyalarının çoxu qabaqcadan gözləniləndir. Onlar mövcud standartlara uyğundur. Onlar yaradıcı şəkildə az və çox dərəcədə məzmununu orijinal adlandırmaq mümkün olan hər hansı müraciəti ötürürlər.
Biz kortəbii hallara etibar edə bilmərik və ya dahilik parıltısı gözləməməliyik. Ona görə də, ticarət markasının yenilənməsi metodologiyasını təklif edirik. Biz onu “dağıtma” adlandırırıq.


Dağıtma– bazar stereotiplərini qıran strateji ideyanın daim axtarışıdır. Gələcəkdə bu, yeni görüntü formalaşdırmağa və ya mövcud təsəvvürə yeni məzmun verməyə imkan verir.
Böyük reklam kampaniyaları həmişə nəinki üslub, həm də məzmun nöqteyi-nəzərindən hakim reklam dilindən uzaqlaşırlar. O markalar böyük olur ki, nə isə yeni bir söz deyir. Deməli, məsələ standartı, strateji səviyyədə ənənəvi düşüncəni sındırmaqdan ibarətdir.


Ardı →

Büdcəyə uyğun Marketinq araşdırması

Marketniq araşdırması sizin xidmətlərinizi və məhsullarınızı satmaq istədiyiniz insan qrupunun tədqiq edilməsidir. Marketiq araşdırmasına vaxt sərf olunması sizin risklərinizi azaldır və uğura olan şanslarınızı artırır. Hədəf bazarının tədqiq edilməsi sizi sağlam və obyektiv məlumatlar ilə təmin edir. Yeganə problem ondadır ki, marketinq tədqiqatı həddən artıq baha başa gələ bilər. Bələliklə əgər sizin büdcəniz məhduddursa siz necə araşdırma apara bilərsiniz? Az xərcli marketinq tədqiqatı mümkün olan bir şey deyil, icazə verin sizə izah edim.
Davamı →

Uğurlu reklam kampaniyası üçün

Reklamda universal qanunlar və düsturlar olmur, ən yaxşı halda ümumi sxemlərdən danışmaq olar. Lakin bir qanunun istifadəsində geniş sahə mövcuddur – sağlam düşüncə qanununun istifadəsi sahəsi.Reklamda çox şey öz başlancığını şəxsi təcrübədən və sağlam düşüncədən götürür. Bu, reklamda həyatın başqa sahələri ilə paralellər quraraq, aydın və çox aydın olmayan təcrübələri çox vaxt aşkar etməyə yardım edir. Lakin insanın davranışı və xarici təsirlərə reaksiyası çox vaxt qanunauyğunluğu nümayiş etdirir və bunlar reklama öz şəxsi qaydalarını, təlimatlar və normativlər toplusunu yaratmağa imkan verir. Marketinqin və reklamın hər bir əsas bölməsinə aid olan əsas prinsipləri aşağıda qısa və dürüst ifadə etməyə çalışdıq.


Ardı →

Marketinqin marketinqi

"Marketing is Everything" («Marketinq hərşeydir») -  bu ifadə yəqin ki, bir çoxlarına yad gəlməz. Bəlkə kimsə gündəlik söhbətlər arasında marketinqin mövqeyini müdafiə etmək üçün vəya öz ixtisasını öyrənməyə başladıqca beynində formalaşan mənzərəni təsvir etmək üçün bu söz birləşməsindən istifadə edib. Ola da bilər, kimlərsə də, bu adda bir məqaləylə qarşılaşıb və onu mütaliə edib. Recis Makkenna dünya marketinq və biznes mühitində tanınmış simalardan biri, özünəməxsus əsərlərin müəllifi, biznes-məsləhətçi və müəllimdir. O təxminən 20 il əvvəl bu böyük iddianı səsləndirəndə HBR (Harvard Business Review) nəşrlərinin ənənəsinə uyğun olaraq xeyli müzakirə edildi. Marketinq hər şey ola bilərmi? Axı heç nə hər şey ola bilməz. Bəs onda bunu ən vacib qanunlardan biri kimi səsləndirən marketinq necə hər şey olur?Bu müzakirə əslində heç  də 20 il öncə başlamayıb və çox güman da hələ  davam edəcək.
Ardı →

Gəlirli istehlakçı

Son nəticədə marketinq – gəlirli müştərilərin cəlb edilməsi və əldə sax­lanılması sənətidir. American Express kompaniyasının eksperti C. Putten iddia edir ki, onun kompaniyasında gəlirli müştəri dedikdə, orta amerikalıya nisbətən, pərakəndə ticarətə-16 dəfə, restorana-13, avia­uçuşlara-12 və meh­manxanada yaşamağa-5 dəfə daha çox pul sərf edən müştərilər nəzərdə tutulur.10 Amma bütün müştərilər gəlirli deyil­dir. Paretonun məşhur qaydasına görə, istehlakçıların 20%-i kompa­niyanın mənfəətinin 80%-ni gətirir. Uilyam Şerden buna əlavə etmişdir – 80/20/30.O hesab edir ki, «ən gəlirli 20% müştəri kompaniyanın mənfəətinin 80%-ni təmin edir və bunlardan yarısı 30% ən az gəlirli is­tehlakçılara xidmət göstərilməsi zamanı itirilir».11 Nəticə etibarı ilə, istə­nilən kompaniya «ziyanlı» alıcılarla vidalaşmaqla mənfəətini artıra bilər.
Davamı →

Rəng psixologiyası və reklam

Psixoloqlar müəyyən edib ki, rəng baxımından tarazlıq təşkil edən  şərait yaradıcılıq ab-havası, sakitlik yaradır, eləcə  də insanlar arasında olan münasibətləri yaxşılaşdırır. Rəng insanın bilavasitə psixointellektual əhvalına da təsir göstərir. Rənglər hisslərə təsir edir, məntiqə deyil, daha doğrusu:

  • psixoloji reaksiyaya səbəb olur;
  • keyfiyyəti, əhval-ruhiyyəni, hissi nəzərə çarpdırır; soyuq və ya isti ab-hava yaradır; ilin fəsilləriniəks etdirir və s.;
  • müsbət və ya mənfi optik qıcıqlandırıcı fizioloji nəticələr göstərir;
  • duyğulara toxunur: məmnunluq, xoşagələn xarici görünüş və i. a.;
  • hisslərə sövq edir: mühitə və əşyalara həcm əlavə edir.

Ardı →

Reklam haqqında qanun

Bu Qanun Azərbaycan Respublikasında hüquqi və fiziki şəxslərin əmtəə, iş və xidmət (bundan sonra — əmtəə) bazarında reklam istehsalı, yerləşdirilməsi və yayımı prosesində meydana çıxan münasibətləri tənzimləyir.

Maddə 1. Əsas anlayışlar

Bu Qanunda istifadə olunan anlayışlar aşağıdakı məna daşıyır:

  • «reklam» — fiziki və hüquqi şəxslər, əmtəə, ideya və yeniliklər (reklam informasiyası) haqqında maraq formalaşdırmaq və ya bu marağı saxlamaq, əmtəənin satılmasına, ideya və yeniliklərin həyata keçirilməsinə kömək göstərmək məqsədi ilə yayılan informasiya;
  • «sosial reklam» — qeyri-kommersiya xarakteri daşıyan Azərbaycan Respublikasının müstəqilliyi və dövlətçiliyinin möhkəmləndirilməsi istiqamətində görülən tədbirlərin, həyata keçirilən islahatların mahiyyətinin açıqlanması və geniş xalq kütləsinə çatdırılan, Azərbaycan Respublikasının müstəqilliyinə qarşı biganəliyə qarşı barışmazlıq, milli, hərbi vətənpərvərlik hissini gücləndirən, ictimai şüuru yeni iqtisadi münasibətlərə uyğunlaşdıran, sahibkarlıq və xeyriyyəçilik kimi milli ənənələri bərpa edən, əhalidə nikbinlik, gələcəyə inam, təmkinlik ovqatlarını formalaşdıran, siyasi, sanitariya, ekoloji mədəniyyət səviyyəsinin yüksəldilməsi məqsədi ilə dövlət orqanları, ictimai institutlar tərəfindən sifariş olunan və istənilən reklam daşıyıcıları ilə yayılan informasiya;

Ardı →

Röya və Nokia N8 telefonu

Maraqlı reklam hamının xoşuna gəlir. Azərbaycanda isə maraqlı reklam az olur. Reklamın maraqlı olması üçün gərək orda keyfiyyətli məhsul və cəlbedici məqamlar olsun.Məsələn,nümunədə göstərdiyim Röya və Nokia N8 reklamı kimi:




Ardı →