2.2 Marketinq strategiyasının hazırlanma prosesi

Təşkilat məqsədini müəyyənləşdirəndən sonra bu məqsədə çatmaq üçün marketinq strategiyasını hazırlayır. Biz marketinq strategiyasının hazır­lanmasına üç əsas səviyyədə baxa bilərik: baza strategiyasının yara­dıl­ması, kompaniyanın rəqabətli mövqeləşdirilməsi və strategiyanın tət­biqi (şəkil 2.3).
Səmərəli marketinq strategiyasının yaradılması kompaniyanın potensial imkanları ilə yanaşı-rəqiblərə nisbətən onun zəif və güclü tərəfləri- ətraf mühitinin yaratdığı imkan və təhlükələrin  yaradıcı və ətraflı qiymət­lən­di­rilməsi ilə başlayır. Belə təhlil əsasında marketinq məqsədini və onlara çatılmanın əsas istiqamətlərini müəyyənləşdirən kompaniyanın baza strategiyası seçilir.
Marketinq strategiyasının hazırlanma prosesi

Şəkil 2.3.Marketinq strategiyasının hazırlanma prosesi

Növbəti mərhələdə isə bazar məqsədi seçilir (həm müştərilər, həm də rəqiblər üçün). Bu vaxt təşkilat rəqiblərə nisbətən məqsədli müş­tə­rilərə fərqli üstün və ya rəqabətli üstün xidmət göstərməyi müəy­yən­ləş­dirir. Fərqli üstünlüyün müəyyənləşdirilməsi və məqsədlərin təyin edil­məsi təşkilatın rəqabətli mövqeləşdirilməsini və onun təklifini təşkil edir.
Strategiyanın müəyyənləşdirilməsi mərhələsində strategiyanın təcrübədə reallaşdırmağa qabil olan marketinq təşkilatı yaradılmalıdır. Strategiyanın uğurlu olmasında marketinq təşkilatının strukturu həlledici rol oynaya bilər. Strategiyanın tətbiqi, həmçinin, məqsədli bazarda həm məhsulu, həm də xidməti mövqeləşdirə bilən məhsulların, qiymətin, reklam-təbliğat fəaliyyətinin uyğunlaşdırılmasından asılıdır. Nəhayət, strategiyanın tətbiqinin uğurluluğunu yoxlamaq üçün nəzarət mexanizmi lazımdır. Nəzarət həm strategiyanın səmərəli tətbiq edilməsilə, həm də bu strategiyanın son nəticəliliyiyilə bağlıdır. İndi də strategiyanın hər üç səviyyəsini ətraflı nəzərdən keçirək.

Həmçinin bax:

2. Marketinqin strateji planlaşdırılması

2.1 Təşkilatın məqsədi və ya missiyası

2.2 Marketinq strategiyasının hazırlanma prosesi

2.3 Baza strategiyasının müəyyənləşdirilməsi

2.4 Rəqabətli mövqeləndirmənin yaradılması

2.5 Strategiyanın tətbiqi

2.6. Praktikadan misal: Playboy

0 şərh