2.6. Praktikadan misal Playboy

Kişi erotikası üzrə ixtisaslaşdığından və bunu zövqlə həyata keçir­diyin­dən fəxrlə danışan  Playboy Enterprises bazar ertəsi Vivid TV-ni əldə et­məklə daha açıq-saçıq pornoqrafiya dünyasına addım atdı.

Playboya baxışların dəyişdiyini göstərən sövdələşmədə, kompaniya, Vivid-in, VOD İnc.-in 41.7 mln.dollarlıq hissəsinin, həmçinin, The Hot Network The Hot Zone-un 28.3 mln. dollara əldə edildiyi elan edildi. 
Kompaniya elan etdi ki, sövdələşmə “istehlakçılara və distribyutorlara təq­dim edilən  televiziya proqramlarının seçim imkanlarını əhəmiyyətli dərəcədə genişləndirir”.Playboy jurnalı üzərində seksual qız-Kim Kardashyan
Playboy kompaniyasının icraçı direktoru Kristi Hefner və onun təsisçisinin qızı Hyu qabaqlar Playboy brendinin “aşağı keyfiyyətli deyil, yüksək keyfiyyətli əyləncə” məqsədinə xidmət etdiyini iddia edirdilər.
Keçənilki müsahibəsində o elan etdi ki,  Palyboy “seksual əyləncə” və “qəşəng erotikanın fotoqrafiyaları” üzrə ixtisaslaşır.
Onun sözlərinə görə, Playboy brendinin pornoqrafiya ilə heç bir əlaqəsi yoxdur: onun “kişi ehtirası” ilə əlaqəsi var.
Mister Hefnerin bazara jurnal şəkilində çıxardığı Playboy ən məşhur dünya brendlərindən birinə çevrildi.
Vivid TV açıq-saçıq pornoqrafiya nümayiş etdirir və Playboy Enterprises-ın öz auditoriyasını saxlamaq üçün daha rəngarəng erotika təqdim etmək qərarına gəldiyi fikrini yaradırdı.
Sövdələşmə Playboyun öz üzərində nə qədər rəqabət təzyiqi hiss etdiyini göstərir. Kompaniya televiziyaya və internetə daha açıq seksual mate­rial­ların vebsayt və kabel pornokanal televiziyalarında yayımlanması səbəbindən keçdi.
Playboy Enterprises bazar ertəsi elan etdi ki, 2001-ci ildə sövdələşmə faiz­lərə, vergiqoymaya və amortziasiya hesablanmasınadək olan mən­fəətə 5 mln. dollar əlavə edəcək.
Dünənki sözvdələşmə nəticəsində Playboy kanalı ümumi sayı 91.9 mln  nəfər olan 36.2mln. mülki əhatə edəcək.
The Hot NetworkThe Hot Zone və həmçinin, onlarla bağlı televiziya aktivləri Califa Entertaintment Group tərəfindən əldə edilib.
Vivid TV Stiv Hirş, Devid Ceyms və Bill Aşer tərəfindən əldə edilib.
Əgər təşkilat müəyyən edilmiş plan göstəricilərinə nail olsa, onda, şəbəkənin dəyəri 12 mln.ABŞ dolarına qədər qalxa bilər.

Mənbə:James Harding, “Palyboy enters hardcore market”,
Financial Times, 3 July 2001, p.32

Həmçinin bax:

 

3 şərh

bankir
Bilməyənlərin nəzərinə bəri başdan çatdırım. Jurnalın üzündəki seksual qız Kim Kardashian (Kim Kardaşyan) adlı qızdır:-)
Ferbara
Tanıyırıq. Deyilənə görə çox qalmaqallı məxluqdu.
marketoloq

Marketinqə aid başqa yazılara şərh yazılmır.Amma bir lüt qız şəkli hər şeyi dəyişir:)