Marketinq anlayışı və marketinqdə 5P prinsipi

Marketinq – ingilis dilində “market” sözündən götürülüb və bazar mənasını verir. Azərbaycan dilində “bazarda fəaliyyət” kimi tərcümə olunur.  Geniş mənada isə insanların sosial ehtiyaclarının müəyyənləşdirilərək təmin edilməsi prosesidir.
Marketinq anlayışı
  • Müasir ədəbiyyatda çox sayda marketinq  anlayışı mövcuddur. Bunlardan bir neçəsini sadalayaq:
  • Marketinq ehtiyacları qarşılamağa yönəlmiş bir növ insan fəaliyyətidir – Philip Kotler
  • Marketinq insanların və təşkilatların ehtiyac və istəklərini yerinə yetirməyə yönəldilmiş sosial prosesdir – Lamben Jean-Jacques
  • Marketinq fərdlərin və təşkilatların məqsədlərini təmin edən mübadilə vasitəsilə qiymətlərin, ideyaların, məhsulların və xidmətlərin reallaşdırılması və həyata keçirilməsi prosesidir – Amerika Marketinq Assosiasiyası (AMA)
  • Marketinq məhsulların yaradılması və onların mübadiləsi vasitəsilə lazım olanları əldə edən sosial idarəetmə prosesidir – Golubkov E və s.
Marketinq 5P
Beləliklə ümumi olaraq marketinq mənfəətdir.
Marketinqdə 5P prinsipi
Əvvəlcə marketinq 4əsas hissədən ( 4P ) ibarət bir anlayış idi. Sonra bu anlayış daha da genişlənərək 5P konsepsiyasına çevrildi:
  • Məhsul (Product)
  • Qiymət (Price)
  • Yer (Place)
  • Təqdimat (Promotion)
  • İnsan (People)
Bu konsepsiya ilə daha yaxından tanış olaq.
Məhsul (Product)
İstehlakçıya təklif edəcəyimiz məhsul və ya xidmətin müəyyənləşdirilməsi:
  • Markanın simvolu: adı, loqosu, korporativ şəxsiyyəti
  • Məhsulun funksionallığı məhsulun və ya xidmətin zəruri və unikal xüsusiyyətləridir. Daha ətraflı olaraq, məhsulun funksionallığı məhsulun səviyyəsini anlamaqda kömək edəcək
  • Məhsul keyfiyyətinin lazımi səviyyədə olması. Məhsulun keyfiyyəti istehlakçıların qəbuluna əsaslanır. (Məsələn, bəzi istehlakçılara görə çörəyin keyfiyyəti dad və qoxu ilə, digərlərinə görə isə çörək üçün istifadə olunan buğda növü ilə əlaqədardır)
  • Məhsulun görünüşü – stil, dizayn, qablaşdırma
  • Məhsulun dəyişkənliyi və məhsul çeşidi
  • Dəstək və xidmət səviyyəsi
Qiymət (price)
İstehlakçı tərəfindən qəbul edilən dəyər və istənilən gəlir dərəcəsi əsasında, məhsulun və rəqiblərin qiymətləri müəyyən edilir:
  • Pərakəndə qiyməti
  • Müxtəlif satış kanalları üçün qiymətlər
  • Mövsümi endirimlərin mövcudluğu
  • Reklam tədbirləri ilə bağlı siyasət (endirimlərin verilməsi şərtləri, maksimum və minimum endirimlər, reklam tədbirlərinin tezliyi və s.)
marketinqdə 5P prinsipi
Yer (Place)
Satış yeri hədəf bazar üçün məhsulun mövcudluğunu təmin edir və şirkətin mallarını bazarda doğru zamanda təqdim etməsi deməkdir. Başqa sözlə, satış yeri şirkətin paylama modelidir.
Təqdimat (Promotion)
Potensial müştərilərin məlumatlandırılması sistemidir. Əsas məqsəd məhsul və ya xidmətin  tanıdılması üçün müxtəlif üsullarla (reklam, PR, xidmət və s.) müsbət rəy yaratmaqdır.
İnsanlar (People)
“İnsanlar” termini hədəf bazarının gözündə məhsulun qəbuluna təsir göstərə bilən insanlar deməkdir. Əhəmiyyətli istehlakçı qruplarına – sadiq istehlakçılar və şirkət üçün vacib satış həcmini yaradan VIP müştərilər aiddir.
  • Şirkətinizi və məhsulunuzu təmsil edən işçilər
  • Hədəf istehlakçı ilə əlaqəli satış personalı
  • Kateqoriyada “rəy liderləri” olan istehlakçılar
  • Malların dəyər və keyfiyyətinə təsir göstərə biləcək istehsalçılar
Bu insanların əhəmiyyəti isə hədəf istehlakçının gözündə məhsulun qəbuluna əhəmiyyətli dərəcədə təsir göstərə bilməsi ilə bağlıdır:
  • Motivasiya yaratmaq
  • “Rəy liderləri” və istehlakçıların rəylərinə təsir göstərə bilən digər şəxslərlə işləmək üsulları
  • Sadiq müştərilər və VIP-müştərilər üçün proqramlar
  • Satış işçiləri üçün təlim proqramları
  • Əlaqə toplama üsulları
 
Mənbə: seven.services

0 şərh