Reklam və reklamdan maksimum fayda qazanmağın yolları

Reklam nədir?
Əsrlər boyu mühüm semantik dəyişikliklərə məruz qalan, latın  sözü olan “reclama” və “reclamare” sözlərindən yaranmış reklam – marketinq kommunikasiyalarında məlumatın yayılmasıdır. O əsasən müxtəlif yollarla reklam verenlərin məhsulları, xidmətləri, ideyaları haqqında, ümumilikdə ödənişli olan, şəxsi xarakter daşımayan bir məlumat ötürülməsidir.
Əsas əlamətləri
  1. Qeyri-şəxsi xarakterə malik olması
  2. Birtərəfli istiqamətlənmiş proses olması
  3. Qeyri-müəyyən olması (reklamın təsirini ölçmək heç də asan deyil)
  4. İctimai xarakter daşıması (yəni məhsulun qanuni olaraq qəbul edilməsi, belə ki, zərərverici dərman preparatlarının reklamını edə bilməzsiniz)
  5. Hər zaman müştərilər haqqında olan bir mesaj ehtiva etməsi (məhsuldan və ya xidmətdən kimlərin yararlanacağı məlum olur)
  6. Obyektiv olması
Reklam və reklamdan maksimum fayda qazanmağ
Reklam – müxtəlif texniki vasitələrin köməyi ilə həyata keçirilən kommersiya və digər məlumatların yayılması yolları ilə əlaqəli bir növ kommunikasiya sistemidir. Onun mahiyyətini müəyyən etmək üçün, hər biri özünəməxsus  xüsusiyyətlərə malik olan və biznes strukturunun fəaliyyət məqsədlərinə əsasən tətbiq oluna bilən bir neçə əsas növə bölünür:
Ən çox təsviri olanlar istehlakçı reklamlarıdır. Başqa sözlə desək ticari reklamlardır. Onların əsas hədəfi istehlakçıda məhsul (marka) haqqında aydın  fikir formalaşdırmağa yönəlmişdir.
Ticari və pərakəndə reklamçılıq məhsulların və ya xidmətlətin təqdim olunma yerlərini hədəfləyir. Bu cür reklamların məqsədi alıcıları və istehlakçıları təqdim edilmiş reklam yerlərinə cəlb etmək, həmçinin həmin reklam yerlərinin fərqli təsvirini yaratmaqdır.
Korporativ reklamların məqsədi markanın tanıdılması və ictimaiyyətin diqqətini cəlb etməkdir.
Reklam prosesində iştirak edənlər aşağıdakılardır:
  1. reklamçılar  (istehsalçılar);
  2. distribyutorlar (kütləvi informasiya vasitələri və digər məlumatlar);
  3. bütün mümkün dəstəkləyici strukturlar.
Reklamın əsas qanunu
Bir çox hallarda reklam potensial müştəriləri hər hansı bir markanın məhsul və ya xidmətlərindən istifadə etməyə inandırmağa cəhd göstərir. Buna görə də o şirkət və ya şirkətin məhsulu haqqında deyil, hər zaman müştəri haqqında olmalıdır. Yəni müştərilərin şirkətin məhsul və ya xidmətlərindən hansı faydanı əldə edəcəyi haqqında məlumatı müştərilərə çatdırmalıdır.
Biznesmenlər öz reklamlarından maksimum gəlir əldə etmək üçün hədəf auditoriyasını düzgün seçməyi bacarmalıdır. Hədəf auditoriyasının yanlış seçilməsi artıq xərc və vaxt sərfinə səbəb olur. Hansı ki, bu xərclər son illərdə artmaqdadır. Bunun əvəzində isə düzgün hədəf auditoriyasını müəyyən etməklə reklamı həmin istiqamətdə daha da  inkişaf etdirərək daha çox gəlir əldə edilə bilər.


Mənbə: seven.services

0 şərh