12.3.2. İqtisadi və texniki amillər

Bazarın iqtisadi xarakteristikasını və istifadə edilən texnologiyanı daha geniş əks etdirən məsələlər aşağıda verilib.

Bazara daxil olmağa maneə
Müdafiə olunan texnologiya və ya digər məhsullara keçmənin yüksək dəyəri olan bazarlar oranın iştirakçılar üçün cazibədar, iddiaçılar üçün isə cazibəsizdir. Uzunmüddətli perspektivdə ancaq barmaqla sayılacaq qədər bazarın daxil olma üçün ciddi maneələrə malik olmasına baxmayaraq, əksər kompaniyalar üçün bu maneələri aşmaq bütün təşəbbüsləri həddən artıq bahalı və iqtisadi cəhətdən sərfəsiz edə bilər.

Bazardan çıxmağa maneə
Əksinə, kompaniyaların müdafiə üçün yararsız və ya sərfəsiz mövqelərin əsiri ola biləcəyi bazarlar mahiyyətcə cazibədar deyillər. Məsələn, bəzi yeni potensial bazar məqsədləri əhəmiyyətli investisiya maneələrinə (daxil olmağa maneə) malik ola bilər və əgər kompaniya bu maneəni aşsa, onda, o, yaratdığı gücdən istifadəni davam etdirmək məcbu­riy­yə­tində qalacaq. Digər bazarlarda nüfuzlu müştərilər daha zəngin sek­torlarda işlə məşğul olmaq müqabilində məhsul/xidmətin tam spektrini tələb edə bilər. Yüksək riskə malik yeni məqsədli bazarlara xidmət gös­tərməyə keçmə zamanı əsas diqqəti, kompaniyanın mövqeyinin müdafiə olunmaq üçün yararsız olduğu təqdirdə, çıxma strategiyasına yönəltmək lazımdır.

Təchizatçının bazar gücü
Lazımi məhsul və xidmətlər yaratmağa imkan verən xammal təchizatını və üçüncü tərəfin digər paylarını da nəzərə almaq lazımdır. Təchizatçıların inhisarda olduğu və ya inhisara yaxın olan gücə malik olduğu bazarlar, bir-birilə rəqabət aparan müxtəlif təchizatçıların xidmət göstərdikləri bazarlara nisbətən az cazibədardırlar (bax, Porter, 1980).

Texnikadan istifadə səviyyəsi
Texnikadan istifadə və onun səviyyəsi müxtəlif rəqiblər üçün bazar məqsədlərinin cazibədarlığına müxtəlif cür təsir edir. Texniki baxımdan daha qabaqcıl kompaniyalar öz təcrübələrindən tam olaraq istifadə edəcəkləri və bu xüsusiyyətin digər kompaniyaların daxil olmasına maneə olacaq bazarlara maraq göstərirlər. İnsanlar və insani müna­sibətlər kimi digər sferalarda vərdişlərə və güclü tərəflərə malik texniki baxımdan daha zəif inkişaf etmiş kompaniyalar texnika ilə daha az səviyyədə bağlı olan bazarlara daha uyğundur.

Lazımi investisiya
Lazımi investisiyanın, maliyyə və digər öhdəliklərin həcmi bazarın cazibədarlığına təsir göstərir və bəzi kompaniyaların eyni zamanda bir neçə bazar məqsədinə malik olmasını qeyri-mümkün edə bilər. İnvestisiya tələbləri daxil olmağa maneə olmaqla iştirakçıları müdafiə edə və iddiaçıların daxil olmasını əngəlləyə bilər.

Mümkün zolaq (marja)
Nəhayət, maya dəyəri və satış qiyməti arasında fərq müxtəlif bazarlarda müxtəlif olacaq. Bunun səbəblərindən biri qiymətə həssaslıq, digəri isə rəqabət mübarizəsidir. Qida məhsullarının pərakəndə ticarət sferasında, bildiyiniz kimi, fərq böyük olmadığı halda (2-10 faiz), digər bazarlarda o 50 faiz və daha çox ola bilər.

 

0 şərh