12.3.5. Meyarları necə başa düşülən və dəqiq müəyyənləşdirilmiş etmək olar?

Bazarın/seqmentin qiymətləndirilməsinin bəzi real meyarları həddən artıq subyektiv və xüsusi ola bilər. Məsələn, pivəbişirmə zavodu öz məhsulu üçün alternativ bazarları qiymətləndirərək bazarın cazibədarlıq meyarlarını aşağıdakı kimi müəyyənləşdirmişdir:

  • Bazarın ölçüsü. Zavod müəyyənləşdirmişdir ki, minimal bazar dəyəri onun üçün maraqlı olacaqdır.
  • Bazarın artım tempi. Mülayim artım məqsədəuyğun hesab edildi (zavod əlavə məhsullar bazarındakı artımdan geri qal­ma­maq üçün böyük vəsaitlər investisiya etmək istəmirdi).
  • Gərgin olmayan rəqabət. Birbaşa rəqiblərlə qarşılaşmaq istəmirdi.
  • Stabillik. Pul vəsaitlərinin stabil gəlməsini istəyirdi.
  • Təvazökar rol. Zavod KİV-də və ya hakimiyyətin tənzimləyici fəaliyyətində tənqidə səbəb olacaq istənilən sferaya vəsait qoy­maq istəmirdi.

Bizim qarşımızda keyfiyyətin və miqdarın, obyektivliyin və subyek­tiv­liyin əlaqələndirilməsi durur. Bununla belə, bu, həmin idarəetmə qrupu üçün əhəmiyyətli olan məsələlərdir. Real meyarların bəzilərinin bazarın iqtisadi təhlilinin deyil, korporativ mədəniyyəti və rəhbərliyin seçimini əks etdirməsinə baxmayaraq, onları daha dəqiq göstərmək olduqca vacibdir.
Virgin Group son işlərində Virgin üçün cazibədar olacaq yeni bazarların meyarlarını qəti surətdə müəyyənləşdirmişdir. Korporasiyanın inkişaf üzrə direktoru Bred Rasor elan edir ki, Virgin, bazara, ən azı aşağıda verilmiş dörd meyara cavab verdiyi halda vəsait investisiya etmək niyyətindədir (Piercy, 1997):

  1. Məhsullar prinsipial yeni olmalıdır.
  2. Onlar bərqərar olmuş avtoritet fikirlərə iddia etməlidirlər.
  3. Onlar müştərilərə pula görə əhəmiyyətli dəyərlilik təqdim etməlidirlər.
  4. Məhsullar yüksək keyfiyyətli olmalıdırlar.
  5. Bazar genişlənməlidir.

Burada Virgin-in missiyası verilib – “yüksək keyfiyyətli məhsulları biznes-klass qiymətinə” təqdim etmək və brendi yeni bazar imkanlarına uyğun istifadə etmək.

 

0 şərh