14.4 Məhsul yığımı strategiyası

Quruculuq, qoruma və bazar yuvası strategiyaları kompaniyanın ya artım, ya da gələcəkdə gəlir əldə etmə potensialı olan məhsul və xidmətlərinə nisbətdə tətbiq olunur.
Əksər məhsul və xidmətlərin həyat tsiklinin müəyyən mərhələsində onların uzunmüddətli perspektivinin olmadığı aydın olur. Bunun səbəbi müştərinin tələbindəki radikal dəyişikiklər və kompaniyanın məhsulunun onunla ayaqlaşa bilməməsi ola bilər. Yaxud da ki, texnika və texnologiya dəyişməsi nəticəsində təklif mənəvi cəhət­dən köhnələ bilər. Belə şəraitdə məhsul yığımı (maksimal mənfəətin əldə edilməsi) strategiyası tətbiq oluna bilər ki, bu, onun son “ölümündən” və ya bazardan çıxarılmasından öncə maksimum qazancın əldə edilməsidir (14.14).
Kotler (Kotler, 1997) məhsul yığımını belə müəyyənləşdirir:
“Xərcləri azaltmaq və/və ya nəğd vəsaitlərin axıb gəlməsini artırmaq ümidi ilə rəhbərliyin təşkilata investisiyanı azaltmaq barədə strateji qərarı. Kompaniya satış həcminin və/və ya bazar payının azalmasına göz yumur, ancaq, ümid edir ki, xərclərin azaldılması artıqlaması ilə itirilmiş mənfəəti kompensasiya edəcək. Rəhbərlik satışın, son nəticədə, tələbatın baza səviyyəsinə qədər düşəcəyini proqnozlaşdırır. Tələbatın bu baza səviyyəsində qazanmaq mümkün olmadıqda və ya əgər kompaniyanın istənilən digər istiqamətdə resurslarından istifadə daha çox mənfəət gətirə biləcəksə fəaliyyət növü ləğv ediləcək”.
Məhsul yığımı strategiyasına namizədlər, kompaniyanın mütəmadi olaraq inzibati və maliyyə resursları ayırmasına baxmayaraq, zərər gətirən fəaliyyət növləri və ya ayrı-ayrı məhsullar və yaxud da ki, kompaniyanın və onun rəqiblərinin novator fəaliyyətləri ilə bağlı köhnələn məhsul və ya fəaliyyətlər ola bilər.
Şəkil 14.14. Məhsul yığımı strategiyası

Məhsul yığımı strategiyasının tətbiqi xərcləri aşağı salmaq məqsədilə reklama, satışa kömək etməyə və sonrakı tədqiqat və təkmilləşdirmələrə marketinq dəstəyinin minimum səviyyəyə qədər azaldılmasını nəzərdə tutur. Bildiyiniz kimi, məhsulun assortimentinin optimallaşdırılması aparılır ki, bu da kompaniyaya istehsalı və digər birbaşa xərcləri azaltmağa imkan verir. Bundan başqa, istehsalın həcminin azaldılması gözləntiləri ilə satış qiyməti və maya dəyəri arasında fərqi yaxşı­laşdırmaq üçün qiymət səviyyəsinin artırılması da mümkündür.

14.5. Ləğv etmə / Kənarlaşdırma
Əgər kompaniya məhsul yığımı strategiyasını aparmağın qeyri-mümkün olduğu qənaətinə gəlirsə, məsələn,  fəaliyyət növünün və ya məhsulun bütün səylərə baxmayaraq kompaniyaya zərər gətirdiyi hallarda, ləğvetmə və ya kompaniyanın portfelindən çıxarılma zəruri ola bilər (şəkil 14.15).
Ləğv etmə — konkret bazardan və ya konkret biznesdən çıxma qərarı – heç vaxt kompaniyaya asanlıqla başa gəlmir. Konkret fəaliyyət növünü və ya məhsulu kənarlaşdırılmağa namizəd kimi baxanda, bu biznesin kompaniyanın ümumi portfelində rolunu tədqiq etmək olduqca vacibdir.
Həm istehlak, həm də sənaye bazarında fəaliyyət göstərən bir kompaniya öz fəaliyyət portfelini öyrənərək aşkarladı ki, birbaşa xərclərin bölüşdürülməsi üsulundan asılı olaraq, onun istehsal əmə­liy­yatlarından heç nə qazanılmır. Ancaq sonrakı təhlil göstərdi ki, sənaye əmə­liyyatları, kompaniyanın fəaliyyət göstərdiyi istehlak bazarında istifadə edilən texnoloji işləmələrə təkan verir. Kompaniyanın sənaye müştərilərinin daha yüksək texniki tələbatı tədqiqat və təkmilləşdirmə bölməsini istifadə edilən texnologiyanı yaxşılaşdırmağı stimullaşdırırdı. Bu texnologiyalar biznesin istehlak hissəsinə yönəlir və kompaniyanın bu bazarlarda möhkəmliliyini təmin edirdi. İstehsal əmliyyatlarının olmadığı təqdirdə, kompaniyanın istehlak bazarında uğur əldə edə biləcəyi məsələsi müəmmalıdır. Konkret halda sənaye əməliyyatlarının iqtisadi əhəmiyyəti yox idi və iqtisadi əlamətlər üzrə ləğv etmə, kompaniyanı məhv edə bilərdi.

Zorla qopartma strategiyası

Şəkil 14.15.Zorla qopartma strategiyası

Ləğv etmə qərarı qəbul ediləndən sonra, kompaniyanın digər fəaliyyət növlərinin bütün istiqamətləri diqqətlə qiymətləndirilir, qəbul edilmiş strategiyanın tətbiqi bazardan və ya biznesdən mümkün qədər ucuz və sürətlə çıxmaqdan ibarət olacaqdır.

 

0 şərh