1.6 Marketinq-keys: Psion
Təcrübədən misal Psion
Son 20 il ərzində Psion dəfələrlə çətinliklərlə qarşılaşmış və portativ elektron orqanayzerlərin istehsal edilməsinin davam etdirilməsi barədə onda suallar yaranmışdır.
Ardı →
İnkişaf etmək istəyənlər üçün maraqlı məlumatlar olan kollektiv bloq servisi
Təcrübədən misal Psion
Son 20 il ərzində Psion dəfələrlə çətinliklərlə qarşılaşmış və portativ elektron orqanayzerlərin istehsal edilməsinin davam etdirilməsi barədə onda suallar yaranmışdır.
Strateji idarəetmənin dəyişən marketinq şəraitinə uyğunlaşması üçün, o, gərək bazarla tənzimlənsin. Strategiyanın hazırlanması və tətbiqində marketinqin rolunu şəkil 1.7-də göstərildiyi kimi müəyyənləşdirmək olar. Rol üç hissədən ibarətdir.
Şəkil 1.7. Təşkilatda marketinqin rolu
Marketinqin yuxarıda qeyd etdiyimiz baza konsepsiyasına, resurslara istiqamətlənən marketinqin qanunauyğunluqlarına və ümumi biznesin iştirakçılarının alternativ maraqlarına əsaslanaraq marketinq nəzəriyyə və praktikasında əsaslanıla biləcək bir sıra əsas və yüksək səviyyəli tətbiqi marketinq prinsiplərini irəli sürmək olar. Bu prinsiplər dəyərə əsaslanan və Vebster tərəfindən təsvir olunan proseslərin məntiqinə tabedir. Bu prinsiplərin hər biri o qədər aydındır ki, onların ifadə edilməsinə ehtiyac qalmır. Buna baxmayaraq bu prinsiplərin qəbul edilməsi və təşkilatın fəaliyyətində tətbiq edilməsi təşkilatın müştərilərin ehtiyaclarına reaksiyasında və müştərilərlə qarşılıqlı əlaqələrində köklü dəyişikliklərə səbəb ola bilər.
Faktlar göstərir ki, bazarda uğurla fəaliyyət göstərən təşkilatlar səhmdarlar üçün təşkilatın dəyərini yüksəldərək yüksək maliyyə göstəricilərinə nail olur. Misal üçün, Homburq və Pflesserə görə(Homburg and Pflesser, 2000) bazara istiqamətlənmə mədəniyyətini qəbul edən təşkilatlar maliyyə cəhətdən onu qəbul etməyənlərə nisbətən daha üstün mövqedə olacaq. Bir çox digər tədqiqatlar da bazara istiqamətlənmə, müştərilərin razı qalması və təşkilatın maliyyə vəziyyəti arasında birbaşa əlaqəni sübut edir.
Təşkilat nə üçün mövcuddur? Kommersiya təşkilatları üçün cavab sadədir: təşkilatın mülkiyyətçiləri və səhmdarları üçün qoyulmuş investisiyaya görə mənfəət qazandırmaq. Xeyriyyə təşkilatları, vəkil edilmiş təşkilatlar, ictimai xidmət və digər bu kimi qeyri-kommersiya təşkilatlarında isə onun mövcudluq səbəbi müəyyən qrup insanlara xidmət etmək istəyidir. Lakin həm kommersiya, həm də qeyri-kommersiya təşkilatları çox nadir hallarda belə sadə məqsədlər üçün idarə edilir. Qərarlar, əksər vaxtlarda, ya bir-birini tamamlayan, ya da öz aralarında bir-birilə rəqabət aparan çoxsaylı tələbatlara uyğun qəbul edilir.
Təxminən son on il ərzində elmi tədqiqatçılar və marketinq menecerləri “bazara istiqamətlənmə”nin mahiyyətinin (bu cür istiqamətin qiymətləndirilməsi və ona çatmanı) anlaşılmasında mühüm irəliləyişlər əldə etmiş və strateji menecment sahəsində inqilab baş veməkdədir.
1980-ci illərdə Harvard biznes məktəbinin nümayəndəsi Maykl Porterin strategiya haqqında baxışları hakim mövqe tutmuşdur(Porter, 1980, 1985) və o hesab edirdi ki, strategiyanın açarı sahənin xüsusiyyətlərində və dinamikasındadır. Porter hesab edirdi ki, bir sahə digər sahəyə nisbətən daha cəlbedicidir və rentabelliyi müəyyənləşdirən əsas amillər sahəvi rəqabəti yaradan amillərdən qaynaqlanır. Lakin iş nəticələrinin müxtəlifliyini izah edən səbəblərə yeni yanaşma diqqəti firmanın xarici mühitindən(onun fəaliyyət göstərdiyi sahə) firmanın özünə yönəltdi.
Üçüncü minilliyin əvvəllərində marketinqin iş metodu və fəaliyyət istiqaməti kimi inkişafı məsələsində tam aydınlıq yoxdur: o təşəkkül mərhələsini keçmişdirmi, tam inkişafa çatmış, yoxsa tənəzzülə uğramışdır. Hələ on il bundan əvvəl ən yüksək səviyyədə əksər idarəedicilər marketinqə baxışda yanılaraq onu ancaq satış və reklam prosesinin yeni adlandırlıması hesab etmələrinə baxmayaraq, bu gün həmin idarəedicilərin böyük əksəriyyəti marketinqin kifayət qədər dəqiq, hətta demək olar ki, elmi tərifini verə bilərlər: Onlar deyə bilərlər ki, marketinq gəlir əldə etmək məqsədilə istehlakçıların tələbatlarının aşkarlanması və ödənilməsi üzərində qurulur; çox ehtimal ki, onların böyük bir hissəsi hətta qeyd edə bilərlər ki, onların təşkilatları “bazara istiqamətlənib”. Qreyzerin sözləri ilə desək, marketinq əmin-amanlıqla funksional fənnən təşkilatın işinin təşkili ilə bağlı konsepsiyaya “miqrasiya” etmişdir (Greyser 1997). Bu cür yanaşma ilə yanaşı marketinq həm də təşkilatların (ənənəvi kommersiya kompaniyalarından fərqlənən) — xeyriyyə və incəsənət təşkilatları, siyasi partiya və hətta polis xidməti kimi dövlət sektoru təşkilatlarının daxil olduğu qeyri-kommersiya təsisatlarının - fəaliyyətinin əsas istiqaməti kimi də nəzərdən keçirilir.