Рейтинг
+23.95

Marketinq strategiyaları

24 üzv, 147 topik

Böyük markaların marketinq hiylələri: Mallarda bizi necə aldadırlar?

Bütün dünya reklam və marketinqin ətrafında dönür. Bəli, reklam çox önəmlidir, hətta deyərdim, dünyada ən önəmli şey reklam və marketinqdir. Bu sistemin necə işlədiyi həmişə diqqət çəkr. İnsanı heyrətə gətirən məqamlara diqqət edək.
Alış-veriş mərkəzlərinə, mollara heç vaxt saat qoymazlar, çünki istəyirlər ki, siz ora girəndən sonra vaxtın necə keçdiyini hiss etməyəsiniz. Həmçinin, alış-veriş mərkəzləri qapalı olur, günəş işığı girmir və içəri tam işıqlandırılır. Beləcə, siz gecə, yoxsa gündüz olduğunu bilməz, “Aaa, hava qaralıb, tez çıxaq” deməzsiniz.

Davamı →

Rəqəmsal konslager

Artıq uzun müddətdir ki, sosial şəbəkələrdə liberal dünyagörüşünə əks olan, vətənpərvər, milliyətçi, ifrat sağı və Donald Trampı dəstəkləyə və s. istifadəçilərin müxtəlif səbəblərlə kanallarının, səhifələrinin qapadılmasını müşahidə edirik.
Azad platformalar kimi tanıdığımız «Google», «Youtube», «Twitter», «Facebook» və «Instagram» bu məsələdə xüsusilə aktivdirlər. Məsələ burasındadır ki, müəlliflərin yalnız liberal dəyərlərə əks olan fikirlərinin qeyd olunduğu paylaşımlar deyil, ümumilikdə kanalları, səhifələri yerli-dibli silinir. Məsələn, siz uzun illər fəlsəfə, sosiologiya, psixologiya, siyasət və başqa müxtəlif mövzularda mühazirələr deyirsiniz və bir gün, liberal dəyərlərə əks olan bir ifadə səsləndirdiyinə görə, uzun illər boyu paylaşdığınız bütün materiallar yerli-dibli silinəcək. Bununla da, müəllif sanki heç vaxt mövcud olmamış kimi, rəqəmsal dünyadan yox edilməyə çalışılır.

Davamı →

PR necə yarandı

Müasir dünyaya inteqrasiya etdikcə yeni peşələrin mövcudluğundan xəbər tutur, o peşələrin sahibləri ilə rastlaşırıq. Son onilliklərdə ictimai və iş həyatımıza girən, o cümlədən bir çox mənalarda istehlakımıza təsir edən sahələrdən biri də ingiliscəPR (Public Relations), yəni İctimaiyyətlə Əlaqələrdir. Artıq əksər qurumlarda bu sahədə çalışan əməkdaşlar üçün ştat nəzərdə tutulur və bu demək olar ki, bir şərtə çevrilib. “Piar aparmaq”, “piarçı” kimi anlayışların da dilimizdə və düşüncəmizdə artıq oturuşduğunu hesab edə bilərik.

Davamı →

Müştəri təmsilçisi kimdir?

10-12 il əvvəl, qlobal agentliklərlə işləyərkən bu sözü tez-tez eşidirdim – account manager. Marketinq sferasında yeni və öyrənməyə çox həvəsli olduğumdan vəzifəsini və məsuliyyətini dəqiq bilmək, hiss etmək istədiyim ilk iş bu idi deyə bilərəm. Etiraf edim ki, ilk illərdə elə bilirdim bu adamların işi-gücü ancaq ortalıqda dolanmaq, apar-gətirdir. Təbii ki, bunların davamı olaraq da “havayı pul alır”lar qənaətinə də gəlməmişdim desəm, yalan olar.

Davamı →

Bəzi markalar öz liderləri ilə birlikdə ölür

Təsisçisi olduğum “INPRESS PR Solutions”un internet səhifəsinin ön sözündə yazıldığı kimi “dünya dəyişir”.
Dünya dəyişdikcə dəyişənlər də var, birbaşa dünyanı dəyişdirənlər də, ya da hər ikisi eyni anda baş verir.
Əlbəttə, heç dəyişməyənlər də var, amma onlar mövzumuz deyil, yəqin ki, bir müddət sonra heç kimin mövzusu olmayacaqlar. Həm dəyişən, həm də dəyişdirən proseslərdənbiri PR-dır. Burada PR-ı proses adlandırdım. Bəlkə də, artıq hər şeyi proses adlandırmağın vaxtı gəlib. Bir şey özü proses olmadan necə deyişə bilər ki? PR prosesinin indiki sabit olmayan və dəyişməyə davam edən vəziyyətini çoxları Modern PR adlandırır. Başqa adlar da vermək olar, amma adından daha da vacib olan onun necə idarə edilməsidir. Bir prosesi idarə etmək vasitələr (“tools”) tələb edir. Burada ənənəvi PR-ın ənənəvi vasitələrinə toxunmadan modern PR-ın 3 vasitəsi haqqında fikirlərimi sizinlə bölüşəcəyəm.

Davamı →

Biznesdə çaşqınlıq, yoxsa yeni inkişaf mərhələsi?

Bir müddətdır, dünyada məşhur olan və pandemiya dövründə istehsal və realizasiya problemləri yaşayan markaların siyahısı sosial mediada dövr edir. Siyahını tələbələr, magistrlər, holdinq, bank vs sahələrin əməkdaşları, ən çox da marketoloqlar 3 dildə paylaşır və şərhlərdən də nagümanlıq, qeyri-müəyyənlik və qorxu hissləri yayılır. Siyahını yerli sahibkarlar, brend idarəçiləri də görür, paylaşır, narahatlıqlarını bildirirlər. Mənim özümə siyahını bir-birinə aidiyyəti olmayan neçə nəfər göndərərək, fikir paylaşımı edib, narahatlığını bildirib deyə bu yazını yaxmaq qərarına gəldim.

Davamı →

Pandemiyadan sonra həyat

Hazırda dünyanı öz cənginə alan, milli iqtisadiyyatları çökdürən, bizneslərə ciddi ziyan vuran və ən əsası əhalinin həyat tərzini dəyişən bir virusla yaşamaqdayıq. Hələ müəyyən araşdırmalara görə bu virus uzun müddət bizimlə yaşayacaqdır. Koronavirusa oxşar pandemiyalar dünyada dəfələrlə baş vermişdir. Təbii ki, virus özü ilə ciddi böhran gətirdi və hələ böhranın uzun müddət əks effektini görəcəyik.
Bugün dövlətlər, bizneslər, insanlar tamamilə yeni oyun qaydaları ilə davam etməyə necə deyərlər məcburdurlar. Çünki hələ virusun vaksini tapılmayıb və vaksini tapılsa belə virusun müxtəlif mutasiyalara məruz qaldığı üçün necə effektiv olacağı sual altındadır.

Davamı →

Marketinqdə rəqiblərin analizi

Sektorda yerini möhkəmləndirmək və uğur qazanmaq istəyən biznes sahibləri, rəqiblərinin müəyyənləşdirilməsinə, onların nə etdiyinə, fərqli nələr edə biləcəklərinə və rəqiblərindən necə bir addım öndə olacaqlarına nəzər yetirirlər. Rəqiblərin analizi, imkanları müəyyən etməyə və müəyyən biznes fəaliyyətlərinə aid olan təhlükələri nəzərə almağa imkan verir.

Davamı →

Satış qıfının marketinqdə faydaları

Rəqəmsal marketinqdə əsasən  “sales funnel”,  “purchase funnel”,  “sales pipeline”  kimi ifadə olunan “Satış qıfı” termininə tez-tez rast gəlinir. Bir çoxlarının bu termin haqqında  demək olar ki, məlumatı olduqca azdır. Bu məqaləmizdə sizlərə satış qıfının marketinq üçün  faydaları haqqında məlumat verəcəyik.
Satış qıfı nədir?
Davamı →

Satışların psixologiyası, hisslərin və qiymətlərin satışlara təsiri.

Şimali Amerikada pərakəndə satış zəncirləri Target, Macy’s və J.C. Penney, bütün keçmiş illərdə müştəriləri cəlb etmək və satışları stimullaşdırmaq üçün müxtəlif strategiyaları sınayırdı. Rəqabət isə əsasən qiymət fərqində olurdu, çünki müştərilər müxtəlif satınalma məhsulları üçün müxtəlif endirimlər və gəlirli təkliflər axtarırdılar.
Sadəcə aşağı qiymət təklif edin və müştərilər özləri gələcək. Lakin bu hər zaman belə deyil.
Davamı →