Harun Yəhya "Qlobal Massonluq"

TAMPLİYERLƏRDƏN QƏDİM MİSİRƏCƏN
Xaçlılar (Səlibçilər)

Masonluğun tarixini araşdıran ekspertlərin əksəriyyətinin fikrincə, onun kökü Səlib yürşlərinə qədər gedib çıxır. Düzdür, masonluq rəsmən 18-ci əsrin əvvəllərində İngiltərədə qurulub, amma əslində onun gizli tərəfləri dediyimiz kimi, 12-ci əsrə gedib çıxır. Həmin dövrdə masonluğun yaranmasında "Tampliyerlər ordeni" adlandınlan Cəngavərlər qurumunun böyük rolu olub. "Yeni Masonluq sistemi" adlı kitabımızda Tampliyerlərin tarixini incəliklərinə qədər vermişik. Buna görə də onlann üzərində çox durmayacağıq. Bu kitabda masonluğun mahiyyətini, dünyaya göstərdiyi təsiri dahà dərindən araşdıraraq, "Qlobal Masonluğ"un nə olduğu-nu ortaya çıxaracağıq.
Bəllidir ki, Səlib yürüşləri (və ya Xaçlı Səfərləri) xristianlıqla nə qədər əlaqələndirilsə də, onların əsasında maddi qazanc əldə etmək niyyəti dayanırdı. Avropanın böyük yoxsulluq və səfalət içində yaşadığı bir dövrdə Şər-qin, xüsusilə də Orta Şərqdəki müsəlmanların rifah və zənginliyi avropalıları cəlb etmişdi. Və elə bu cazibə də xristianların dini simvollarıyla pərdələnərək, Xaçlı Səfərlərinin əsasını qoyub. Buna qədər sözdə sülh və barışı təbliğ edən Xristian dini qəfildən savaş bayrağına çevrilir.
Xaçlı səfərlərini Papa II Urban başladıb. 1095-ci ildə topladığı Klermon Konfransında papa Xristian dininin o vaxta qədər mövcud olan barış doktrinasının dəyişdirildiyini bildirdi və "Müqəddəs torpaqları müsəlmanlardan qurtarmaq" məqsədilə "Müqəddəs Savaş" elan etdi. Bıınıın ardınca isə həm cəngavərlərdən, həm də on minlərlə adi insandan ibarət olan nəhəng bir "Xaçlı Ordusıı" yaradıldı.
Tarixçilərə görə, savaş elan etməkdə Papa II Urbanın məqsədlərindən biri də öz rəqibini  papalığa digər namizədi geridə qoymaq olub. Papanın qərarına həyacanla tabe olan avropalı krallar, şahzadələr, əsilzadələr və digər insanlar əsasında zənginlik həvəsi duran savaş çağırışını qəbul edirlər. "Fransız cəngavarləri dahà çox torpaq istəyir, İtaliya tacirləri yeni və zəngin bazarlar arzulayırdılar... Çoxlu adi insan isə sadəcə, normal yaşamını təmin etmək üçün səfərə çıxmışdı". Bu insanlar yolboyu qarşılanna çıxan xeyli müsəlmanı - hətta yəhudini də, yalnız qızıl və ləl-cəvahirat tapmaq arzusuyla qətlə yetirdilər. Xaçhlar hətta öldürdükləri insanların qarınlarını yırtaraq,onlann "ölməzdən öncə udduqları" qızılı və daş-qaşı axtarırdılar. Onlanrın zənginləşmək həvəsi o qədər böyük idi ki, VI Xaçlı Yürüşündə Konstantinopolu (indiki İstanbulu) yağmalamaqdan belə çəkinməmişdilər, Ayasofyadakı xristian freskalarının qızıl çərçivələrini də söküb aparmışdılar.
Bəli, "xaçlılar" adlandırılan bu qaragüruh xeyli yeri xaraba qoyandan,minlərlə müsəlmanı qıhncdan keçirəndən sonra 1099-cu ildə Qüdsə çatdı.Təxminən 5 həftə çəkən uzun mühasirədən sonra şəhər çökdü və xaçlılarQüdsü tutdular. Bir tarixçinin dililə desək, "rastlanna çıxan bütün ərəbləri və türkləri öldürdülər, kişi-qadın demədən hamını qətlə yetirdilər..." Reymon Agile (Raymund of Aguiles) adlı bir səlibçi bu vəhşəti belə təsvir edir:

- Möhtəşəm hadisələr baş verdi. Bizimkilərin ən mərhəmətliləri düşmənlərinin sadəcə başlarını kəsirdi. Digərləri onları doğrayır, diri-diri oda atıb işgəncə verirdilər. Şəhərin küçələri kəsilmiş başlar, əllər və ayaqlarla doluydu. Yolda onlara ilişmədən getmək mümkün deyildi. Amma bütün bunlar Süleyman məbədində edilənlərin yanında heç nədir. Orada nə olmuşdu? Əgər doğrusunu desəm, inanmazsınız. Sadəcə bunu deyim ki, orada axan qan bizmkilərin dizinə qədər çıxırdı.

Xaçlı ordusu iki gün ərzində Qüdsdəki müsəlmanları bu cür vəhşiliklərlə qırıb-çatdı. Bıından sonra Qüdsü öz paytaxtları elan etdilər və sərhədləri Fələstindən Antakyaya qədər uzanan Latın Krallığını qurdular. Bu tarixdən də xaçlıların Orta Şərqdə məskunlaşma mübarizəsi başladı. Qurduqlan dövləti yaşatmaq üçün onların təşkilatlanmaları lazım idi. Buna görə də xüsusi "hərbi təriqətlər" yaradıldı ki, əvvəllər heç vaxt onlara bənzəyən bir qurum olmamışdı. Bu təriqətlərin üzvləri Avropadan Fələstinə köçərək, orada xüsusi tərzdə monastır həyata yaşayır, eyni zamanda müsəlmanlara qarşı savaşmaq üçün hərbi təlim keçirdilər. Həmin o təriqətlərdən biri digərlərindən tamam fərqli yol tutdu və tarixin inkişafına təsir göstərəcək işlər gördü. Bu, "tampliyerlər" təriqətiydi.

Harun Yəhya "Qlobal Massonluq"

 

10 şərh

2ral
Şəkillərin keyfiyyəti bir az aşağıdır,lakin postu bəyənməmək olmaz.
mr13
Şəkillər kitabdan götürülüb. İnşallah davamı olacaq. Demək olar ki, bütün kitabı vermək istəyirəm. Hazır olduqca yerləşdirəcəm.
papatürk
Mənə maraqlıdır ki,indiyə kimi niyə bir müsəlman ölkəsində xaç yürüşləri haqqında gözəl,dünyada məşhur olan bir film çəkilməyib. Postda yazılan dəhşətləri təsvir edən filmdə olsa daha yaxşı olar.Yoxsa Avropa filmlərində alicənab cəngavərlərin Şərq səfərinə nə qədər baxmaq olar?
HTML
Ölmürəm belə postlar üçün? Şəkillərin üzərində təsvir yazılanda elə bilirəm kimsə mənə xoş söz deyir.Mouse hər dəfə şəklin üstünə gətirəndə yazıçıxanda ləzzət edir. mr13,papatürkün müavini oldun masonluq sahəsində.Davamını gözləyirəm.
mr13
Massonluq haqda bir kitab var ki, onu oxuyandan sonra bütün qalan kitablara ehtiyyac qalmır. " Священная кровь и священный грааль " Çox maraqlıdır amma heyif ki, tərcümə etməyə vaxt yoxdu, Azərbaycancasına isə rast gəlməmişəm.
mr13
Harun Yəhya da  «Священная кровь и священный грааль» -dan bu kitabında çox yararlanıb.
Kaka
Sən o urusun kitabını tərcümə etsən daha yaxşı olar. Ümumiyyətlə gərək Kayzen.az saytında copy-paste məsələsinə qarşı qəti imkan tədbirləri görülsün. Bu reytinq məsələsində şəffaf rəqabətə zərbə vurur. Harun Yəhyanın kitabını yükləmək istəyənlər bu linkdən istifadə edə bilər:

us2.harunyahya.com/selectMirrorForDetail.php?dev-t=40SI373P287&mode=download&with=mod=file,id=37396&keepThis=true&TB_iframe=true&height=450&width=510

Burda şəkillər də yaxşı düşüb. MR-in istifadə etdiyi şəkillər mspaint-dən çıxdığına görə şəffaf düşməyib. xexexe

Harun Yəhyanın digər kitablarını da bu linklə yükləyə bilərsiz:

http://www.harunyahya.az/az.m_book_index.php

Kitab haqda ümumi yazıb, sonda yükləmə linkini yazsaydın, daha yaxşı olardı. Yox bir davamı olacaq. Heç kimə daha lazım deyil davamı.
Kaka

Hə bir də onu deyim ki, birinci linki yoxladım. Uzun link olduğuna görə yaxşı işləmir. Yaxşı olar ki, kitabın pdf versiyasını bu linkdən yükləyəsiz:

http://us2.harunyahya.com/Detail/T/40SI373P287/productId/2791/QLOBAL_MASONLUQ

mr13
Hörmətli kaka əgər məni copy paste-də günahlandırırsansa onda pdf versiyasından bura heç olmasa bir fəsil copy paste elə. :( Onda mənim əziyyətimi qiymətləndirərsən. Əgər ona qalsa burdakı çox postlara demək olar ki, get filan dükanda həmin kitab var. al oxu.
Səbinə
mr13,fikir vermə. Özləri heç bir şey yazmırlar,amma yaxşı tənqid edirlər. Dediyin kimi,hünərləri var özləri bir şey qoysunlar.Məndə də bir pdf kitab var.Özü də yazıları copy-paste etmək olmur Adobe Reader proqramında.Allah bilir ki nə qədər əziyyət çəkib o yazıları yerləşdirirəm.bəlkə də əllə yazsaydım daha asan olardı:)