Harun Yəhya "Qlobal Masonluq" - Tampliyerlər

Tampliyerlər
Tam adı "İsanın və Süleyman məbədinin kasıb əsgərləri" olan Tampiyerlər təriqəti (ordeni) 1118-ci ildə, yəni Qüdsün işğalından təxminən 20 il sonra quruldu. Təriqəti yaradanlar  Hyu de Pen (Nugh des Payens) və Qodfri Sent-Omer (Godfrey of St. Omer) adlı iki Fransız cəngavəriydi. Öncə 9 adamdan ibarət olan təriqət getdikcə böyüdü. Onların adının Süleyman Məbədilə əlaqələndirilməsinin səbəbi isə bu idi ki, öncə həmin məbədin yerləşdiyi təpədə yurd salmışdılar (Fransızca tamrle - "məbəd" deməkdir). Qeyd edək ki, İslam aləminin müqəddəs məscidlərindən olan Məscidül-Əqsa da orada yerləşir.
Tampliyerlər özlərini "yoxsııl əsgərlər" kimi tanıtsalar da, qısa müddətdə varlanırlar. Avropadan Fələstinə gələn xristian xaçlılann səfərləri tamamilə bıı ordenin nəzarətindəydi və onlann sayəsində tezliklə böyük sərvət toplayırlar. Bank sisteminə bənzər ilk sistemi də ilk dəfə məhz onlar qurublar. Hətta BBC-nin şərhçiləri Mayk Begen (Michael Baigent) və Riçard Leyin (Richard Leigh) fikrincə, onlar orta əsrlər kapitalizminə bənzər təsərrüfat yaradaraq, faizlə pııl verirmişlər.
Müsəlmanlar qarşı təşkil edilən xaçlı hücumlarının və qətliamların da məsuliyyəti tampliyerlərin üzərindədir. Məhz buna görə 1187-ci ildə Hiddin savaşında xaçlı ordularını əzərək, Qüdsü azad edən böyük İslam komandanı Səlahəddin Eyyubi xristianlann əksəriyyətini bağışlasa da, tampliyerləri edam etdirmişdi.
Amma Qüdsü itirmələrinə və xeyli itki vermələrinə baxmayaraq, tampliyerlər mövcudluqlarını qoruyub saxlaya bilirlər. Amma bu dəfə Avropada güclənərək, başda Fransa olmaqla, əksər Avropa ölkələrində "dövlət içində dövləf"ə çevrilirlər. Bu siyasi güc, şübhəsiz ki, Avropadakı kralları narahat edirdi. Amma tampliyerlərin təkcə kralları deyil, din xadimlərini də narahat edən başqa bir özəllikləri də vardı: təriqət artıq Xristian inancından qopmuş, Qüds dövründə bəzi mistik xüsusiyyətlər qazanmışdı, onların qəribə ayinlər yerinə yetirmələri haqqında söhbətlər gəzirdi.
Nəhayət, 1307-ci ildə Fransa kralı Gözəl Filip (Philir le Bel) və Papa V Klement təriqət üzvlərinin həbs olunmasıyla bağlı ortaq qərar çıxanrlar. Tampliyerlərin bir qismi canlannı qurtara bilsələr də, çoxu yaxalanır. Ardınca uzun-uzadı istintaq, sorğu-sual dönəmi başlayır; tampliyerlərin çoxu gerçəkdən də dindən sapdıqlannı, Xristian inancına qarşı çıxdıqlarını, ayinlərində Hz. İsaya həqarət etdiklərini boyunlanna alırlar. Sonda Kilsənin və Kralın əmrilə 1314-cü ildə başda tamplyerlərin "böyük ustad" adlandırdıqları liderləri Jak de Mole (Yacques de Molay) olmaqla xeyli təriqətçi edam olunur. Bir xeyli tampliyer isə zindanlarda çürüdülür. Beləliklə, hərəkat dağıdılır və rəsmən tarixdən silinir.
Amma təriqətin rəsmən ləğv edilməsi heç də onun gerçəkdən yox olması demək deyildi. 1307-ci il hadisələri zamanı tampliyerlərin bir qismi qaçıb gizlənərək, canlarını qurtara bilmişdilər. Əksər tarixi qaynaqlara görə, tampliyerlərin önəmli bir hissəsi 14-cü əsr Avropasında Katolik Kilsəsinin hakimiyyətini tanımayan yeganə dövlət olan Şotlandiyaya sığınırlar. Burada şotland kralı Robert Bryusun himayəsilə yenidən təşkilatlanırlar. Bir müddət sonra isə varlıqlarını davam etdirmək üçün yeni kamuflyaj tapırlar: orta əsrlər Britaniyasında ən önəmli "sivil cəmiyyət təşkilatı" olan bənna lojalarına yol açırlar və bir müddət sonra bıı lojalan tamamilə ələ keçirirlər. 
Bənna lojalan müasir dövrün başlanğıcında ismini dəyişərək, "mason lojaları" adlanmağa başlayır ("Mason" kəlməsinin anlamı elə bənna deməkdir). Masonluğun ən qədim qolu olan Şotland Riti (Məclisi) isə 14-cü əsrin əvvəllərində Şotlandiyaya sığınan tampliyerlərdən miras qalmışdı. Qeyd edək ki, Şotland Ritinin ən üst dərəcələrinə verilən adlar əsrlər öncə Tampliyer Ordenində cəngavərlərə verilən adlar idi. Bu, elə ində də belədir.
Qısası, tampliyerlər məhv olmamışdılar, öz fəlsəfə, inanc və ayinlərini masonluq pərdəsi altında davam etdirirdilər. Qərbin mason olan və olmayan əksər tarixçiləri bu versiyanı sözsüz qəbul edirlər. Onu sübut edən çoxlu tarixi arqumentlər də var. Bu arqumentlər "Yeni mason sistemi" adlı kitabımızda ətrafiı şərh olunur.
Masonluğun kökünün tampliyerlərə dayanması versiyası türk masonlarına məxsus olan jurnallarda da tez-tez bildirilir. Masonlar bu mövzuda heç nəyi gizlətmirlər. Məsələn, türk masonlranna aid nəşrlərdən biri olan "Memar Sinan" jurnahnda tampliyerlər ordenilə masonuq arasındakı əlaqə belə açıqlanır:
- Fransa kralının Kilsənin təzyiqilə Tampliyerlər Ordenini qapatması və onlann əmlakını Qüdsdəki Sent-Jan (Saint Yean) cəngavərlərinə verməsilə tampliyerlər məhv olmadı. Onların böyük bir qismi Avropadakı mason lojalarına sığındı. Tampliyerlərin başçısı Mabeyna (Mabeignac) isə yaxın ətrafıyla birgə şotland bənnası kimi və Mak Benak (Mac Benach) saxta adıyla Şotlandiyaya sığındı. Şotland kralı Robert Bryus onları çox yaxşı qarşıladı və ölkəsindəki mason lojaları üzərində böyük təsirə malik olmalarını təmin etdi. Nəticədə Şotland lojaları həm peşə, həm də intellekt baxımından xeyli inkişaf etdilər. Masonlar indinin özündə də Mak Benak adını böyük sayğıyla çağınrlar. Tampliyer mirasının sahibi olan Şotland masonları çox illər sonra yenidən Fransaya döndülər və Şotland Ritinin təməlini orada da qıırdıılar.
Sitat gətirdiyimiz "Memar Sinan" jurnahnda tampliyerlərlə Masonluq arasındakı əlaqə haqqında çox geniş bilgi verilir. "Tampliyerlər və azad masonlar" başlıqlı bir məqalədə deyilir ki, Tampliyer Ordeninin ayinləri günümüzdəki mason ayinlərinə son dərəcə bənzəyir. Elə həmin məqalədə daha son ra bildirilir ki, Tampliyer Ordeninin üzvləri bir-birlərinə eynilə masonluqda olduğu kimi, "qardaşım" deyə müraciət edirlər. Yazının sonuncu bölməsində isə bunlar deyilir:
- Tampliyerlər Ordeni və masonluq qurumu bir-birlərinə çox böyük təsir göstəriblər. Hətta ayinləri də az qala tamamilə eynidir. Buna görə də, masonların özlərini tampliyerlərlə eyniləşdirdikləri və mason ezoterizminin (gizlilik) içində böyük ölçüdə tampliyer mirasının olduğunu müəyyənləşdirmək olar.

Göründüyü kimi, masonlarının kökünün Tampliyerlər Ordeninə qədər gedib çıxdığı və masonların bu təriqətin fəlsəfəsini yaşatdıqlan açıq-aşkar bir gerçəklikdir. Bunu onlar özləri də etiraf edirlər. Amma əsas məsələ həmin fəlsəfənin nə olmasında, mahiyyətindədir. Tampliyerlər nəyə görə Xristianlıqdan çıxaraq, "yoldan sapmış" bir təriqətə çevriliblər? Onlan buna nə məcbur edib? Necə olub ki, Qüdsdə böyük bir dəyişikliyə uğrayıblar? Onların qəbul etdikləri bu fəlsəfə masonluq vasitəsilə dünyaya hansı təsiri göstərib?

Harun Yəhya «Qlobal Massonluq»


7 şərh

bankir
Ya şəkilləri yığışdır,ya da yaxşısını tap.Mətni isə birnəfəsə oxudum.
mr13
Oldu. Sadəcə kitabdakı şəkilləri vermək istəyirdim. Mənə məsləhət verin mənim burada özümün tapdığım şəkilləri qoymağım düz olarmı? Yəni müəllif hüququ baxımından. bununla müəəlifin hüquqların tapdalamıram ki? Cavablara görə indidən təşəkkür.
təpəgöz
Şəkilləri özün tapıb yerləşdir. Əgər tapılan şəkillər mövzuya uyğundursa müəllif hüququ pozulmamış kimi sayılır. Müəllif razılaşar ki,onun pis şəkillərinin verilməsindənsə özgənin yaxşı şəkilləri verilsin.
papatürk
Çoxları deyir ki,13 nəhs rəqəmdir.Amma əslində 13 rəqəminin niyə nəhs sayıldığı məhz masonlarla bağlıdır.
Magicboy
Papatürk 13 rəqəminin masonlarla bağlı olduğunu daha aydın şəkildə izah edə bilərsiz? Əgər hər hansı mənbə bilirsizsə deyin də, zəhmət olmasa. Mənə çox maraqlıdır bu məsələ…
papatürk
Magicboy,Amerikada binaların çox vaxt 13-cü mərtəbəsi olmur,13-cü küçə də çox yerdə yoxdur.Bəzən 13-cü evi,küçəni 12A və 12b ilə əvəz edirlər.Qısaca olaraq 13 rəqəmindən qorxamaya triskaidekafobiya deyirlər(Трискаидекафобия). Amerikada buna xüsusi fikir verirlər.Hətta F-13 təyyarəsi olmayıb,Boeing təyyarələrində isə oturacaqda 13-cü sıra yoxdur.
Bunu çox vaxt İsanın 12 həvarisi ilə əlaqəndirirlər,guya 13-cü İuda İskariot və s. ilə əlaqəldir.Amma ən maraqlı versiyalardan biri odur ki,postda adı çəkilən tampliyerlərin başçısı Jak de Mole məhz 13 oktyabr 1307-ci ildə tonqalda yandırılıb və buna görə də masonlarda ən kədərli gün sayılır.Onların bu günü pis sayması sonradan ənənə halını alıb bugünümüzə qədər çatmışdır.
mr13
Jak de Mole 18 oktyabr 1314-də yandırılıb. 13 rəqəminin və ya cümə gününün 13-nün tampliyerlər üçün uğursuzluğu isə başqa hadisəylə bağlıdır. 14 sentyabr 1307-ci ildə Fransada kral tərəfindən bütün vəzifəli şəxslərə məktub-qərar göndərilir və tapşırılır ki, 13 oktyabr cümə günü məktublar açılsın. və həmin gün bütün Fransa üzrə Tampliyer ordeninin üzvləri həbs olunur, başda Böyük Magistr Jak de Mole olmaqla. Ancaq bununla belə Tampliyerlər əsas sirrlərini yəni Süleyman məbədindən tapdıqlarını aradan çıxara bilmişdirlər. Və müasir massonluq da məhz bu sirli sənədlərin üzərində qurulub və bu sənədlərin nə olduğu özlərindən başqa heç kəsə məlum deyil.